ANA – ETİBAR VƏLİYEV

ANA

(“Ana şeirləri” layihəsindən ilk şeir)

Sən mənsiz neynirsən ana,
O dünyada kiminlə dərdləşirsən?
Mən bu dünyada, özüm özümlə dərdləşirəm.
Söylə, hansı yaxşıdı, 
bu dünya,
yoxsa o dünya.
Söylə ordada varmı,
ev dərdi,
iş dərdi,
çörək dərdi,
qız dərdi, oğul dərdi.
Söylə, nə var o dünyada,
kənd varmı,
şəhər varmı.
Bağ necə, baxça necə,
Ordada gül açırmı.
Söylə ki necə olur,
oranın yayı, qışı.
Orda kim var,
adam var, yoxsa insan.
Hansı dildə danışır,
o dünyanın sakinləri,
Hansı dildə şeir yazır şairləri.
Bilirsən, ana
keçən gecə səni yuxuda gördüm,
Sakit,
səssiz,
Üzündə nur,
gözündə nur,
Həmən ətir,
həmən qoxu.
Söylə,
cənnətin ətri beləmi olur ana!
Yox demə,
Yox demə ana!
Ayağı altı cənnət olan ananın,
Yeri də cənnət olar.
Əgər bilsəm ki, cənnətdə deyilsən,
Cəhənnəmə inanmaram.
24.02.2019

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir