AQİL KƏNGƏRLİ

QARABAĞI İTİRİB, TURANDAN DANIŞIRIQ

Qarabağı itirib, Turandan danışırıq,
Qibləni tanımırıq, Qurandan danışırıq.
Yüz dəfə and içirik, yalandan danışırıq,
Yalan-palan deməyə dilimiz öyrəşibdi.

Otuz min şəhid verən xalqın televiziyası,
Göstərə bilirmi heç bu matəmi, bu yası ?
Ekranda toy, qonaqlıq, SMS yarışması,
Təlxəklərə baxmağa elimiz öyrəşibdi.

Çirkli oyunlar gedir, oyunda piyadayıq,
Öz kökünə saplanan ağzı iti baltayıq.
Rüşvətə “hörmət” deyib, götürməkdə ustayıq.
Rüşvətə, saxtalığa əlimiz öyrəşibdi.

Ağır yüklər altında qolu bağlı dustağıq,
Hələ ki, ölməmişik, hələ diriyik, sağıq.
Yığın kürəyimizə, yenə daşıyacağıq,
Yük daşıya-daşıya belimiz öyrəşibdi.

Düşünürəm bunların sonu necə olacaq ?
Nə vaxtadək əllərdə olacağıq oyuncaq?
Dərdimizin əlacı Allaha qalıb ancaq,
Ağıllımız mat qalıb,”dəli” miz öyrəşibdi.

Müəllif: AQİL KENGERLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbdürrəhimbəy Haqverdiyev

Bu gün 17 may Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyevin doğum günüdür. Allah qəni-qəni rəhmət eləsin. Ruhun şad olsun bəy…

QISA ARAYIŞ:

Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev (Ahverdoff) (азерб. عبدالرحیم بَی حق وئردیف, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 may 1870, Şuşa — 12 dekabr 1933, Bakı) — Azərbaycanın yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Teatr və İctimai Xadim, Klassik Azərbaycan ədəbiyyatının Korifeyi. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasına Azərbaycandan birinci 5 Diplomatlardan biri seçilmişdir, Azərbaycanlıların Gürcüstan Parlamentda Deputatı seçilmişdir, “Leyli və Məcnun” Operasının Premyerasında birinci dirijor, Teatr Şurasının, təsisçisi və birinci sədri, Yazıçılar Birliyinin birinci sədri, Azərbaycanın birinci Təhsil naziri, məşhur “Molla Nəsrədiin” jurnalın Baş editorlarından biri.

İLKİN MƏNBƏ: VİKİPEDİYA.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru