“CAHANA SIĞMAZAM”

Bu gün – 20 may 2019 – cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi ictimaiyyət və poeziyasevərlərin iştirakı ilə “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi, filosof-alim, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə çap olunmuş “Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib. “Elm və təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın məsləhətçiliyi və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiqın redaktəsi, eyni zamanda AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurla birlikdə tərtibatçılığında ərsəyə gəlmiş kitab böyük maraqla qarşılanmışdır. Bu poeziya almanaxında klassiklərdən Nəsimi, Rəsul Rza, Əli Kərimlə yanaşı, müasirlərimiz olan tanınmış söz adamları Fikrət Qoca, Firuzə Məmmədli, Oqtay Rza, Əbülfəz Ülvi, Damət Salmanoğlu, Sabir Zamanlı, Zaur Ustac, Etibar Vəliyev və başqa olduqca müxtəlif kateqoriyalardan olan ədəbi nəsillərin, eyni zamanda çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. Bu gözəl mədəniyyət hadisəsi münasibəti ilə bütün ədəbiyyatsevərləri təbrik edir və qələm sahiblərinə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru