DAMƏT SALMANOĞLU

RUHUNU SIXMASIN EŞQİN KÖYNƏYİ

Əllərini əlimə əmanət eylə,
Gəl ömür yolunu birlikdə gedək.
Gedək bu ömrün sonuna kimi,
Hicrana, həsrətə əlvida deyək.

Paxılın ,nakəsin çatlasın bağrı,
Adımın yanında adın gedəndə.
Bozarmış çöhrəsi allansın, gülüm,
Baxıb arxamızdan qeybət edən də .

Zövq alaq sevginin şirin dadından, 
Könlüm bu ləzzətə min alqış desin.
Gülüşün süsləsin hər saatımı,
Xainin qəlbini qəm-kədər yesin.

Çoxalsın ayımız ilə çevrilsin,
Bax belə yaşlanaq ,yaşayaq gülüm.
Saflıqdan mayası tutulan eşqin,
Olmasın talehi baş-ayaq, gülüm.

Yapışaq vüsalın ətəklərindən,
Bu gözəl çağları verməyək boşa.
Ruhunu sıxmasın eşqin köynəyi,
Adımız çəkilsin hər yerdə qoşa.

Müəllif: Damət Salmanoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir