Sona Abbasəliqızı – Dağlar


DAGLAR
Doğma elim ücün çox darıxmışam,
Sevincin üzünə enibdi axşam. 
Nə vaxtdı qoynuna həsrət qalmışam,
Qoyubdu yollarda gözümü dağlar.

Ələnib saçıma dərdin qırovu,
Dayanmır ömrümün bəxt qovhaqovu.
Çoxdan səngisə də vüsal alovu,
Qoymayır sönməyə közümü dağlar.

Kövrək arzularım dəyibdi daşa,
Duyğular dönübdü gözümdə yaşa.
Həsrətlə sinəmdə verib baş-başa,
İmtahan eyləyir dözümü dağlar.

Göyçənin bir qərib lalasıyam mən.
Qəmli könüllərin laylasıyam mən.
Ələsgər yurdunun balasıyam mən,
Hələ unutmayıb izimi dağlar.

Boylanıb baxıram Göyçəyə sarı,
Üşüdür gözümü həsrət hasarı
Sona,ümidlərlə qəlbini sarı,
Bir gün güldürəcık üzümü dağlar.
21.05.2019

Müəllif: SONA İSMAYILOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir