“Sözün Sehri” bədii-qiraət müsabiqəsi – Nəsimi 650

Bu gün Bakı şəhəri daha bir əlamətdar hadisəyə şahidlik etdi. Beləki, Beynəlxalq Muğam Mərkəzində Az TV və Mədəniyyət kanalının təşkilati dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində əvvəlcədən seçilmiş 14 (7 qız-7 oğlan) finalçının iştirakı ilə “SÖZÜN SEHRİ” bədii-qiraət birinci televiziya müsabiqəsinin final mərhələsinin ilk yarışma günü (I TUR) baş tutdu. Münsiflər heyyətində hamımızın tanıdığı, sevimli sənətkarlarımız; İlham Rəhimli, Əminə Yusifqızı, Laləzar Mustafayeva əyləşmişdilər. Digər müsabiqələrdən fərqli olaraq daha bir tamaşaçılar arasında əyləşmiş gizli-münsif də var idi. Bir-birindən maraqlı ifalara şahidlik etdik. Bizim pərəstişkarlığını etdiyimiz iştirakçı Sabirə Abdullayeva elə ilk gündə 27 bal toplayaraq etimadımızı doğrultdu. Müsabiqənin şərtlərinə görə seşilmiş bütün finalçılar sona qədər iştirak edib topladıqları bala görə yer tutacaqlar. Bütün iştirakçılara uğur diləyir, dəstəklədiyimiz Sabirə Abdullayevanın qalib olmasını arzu edirik. Müsabiqənin gedişatında böyük əmək sərf edən şəxslərdən biri olan Sayman Aruz bəyə xüsusi təşəkkürlər. Olduqca maraqlı müsabiqədir. İzləməyə dəyər. Biz izləyirik. Siz də izləyin…

Qeyd:

AzTv (Mədəniyyət kanalı) efirində “Səsin sehri” bədii qiraət müsabiqəsini hər həftə 1-ci və 3-cü günlər 21:00-da izləyə bilərsiniz.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir