MAYIL DOSTU – QALIB

Q A L I B

Ümidlər sozalır, inamlar itir,
Arzu boşa çıxır, gümanlar itir,
Şeytan at oynadır, imanlar itir,
Deyəsən, bizimki Allaha qalıb.
***
Bədxahı, zalımı basıb döyəsən,
Xainin üzünə tutub, söyəsən,
Qardaşım, inanın mənə– deyəsən,
Çarə and içməyə, “Vallah”a qalıb.
***
Həqiqət yaşmanır, utanır doğru,
Daha gözə girir dələduz, oğru,
Qurtarmır milləti üzən bu ağrı,
Ümid “təvəkkülə”, “pənaha” qalıb.
***
Şit tərif ət tökür, meydan sulayır,
Gerçək qorxusundan quyruq bulayır,
Ləyaqət çaqqala dönüb, ulayır,
Kürsülər yaltağa, məddaha qalıb.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 4 İyun 1969 ) dəyərli həmkarımız Namiq Həsənovun doğum günüdür. Ad gününüz mübarək, Namiq müəllim. Bu xoş gününüzdə Uca Yaradandan Szilər üçün möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər diləyirik. Var olun. Uğurlarınız bol olsun…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 N-li məktəb-liseyin müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb.

Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin İbtidai Sinif Müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb. Mükafat adı çəkilən məktəbin akt zalında təşkil olunmuş təntənəli tədbirdə Zaur Ustac tərəfindən təqdim olunmuşdur:

Gözəl xanımı bu münasibətlə təbrik edir, müqəddəs, şərəfli eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru