Adil Cəfakeşlə görüş keçrilib

Bu gün – 07 iyun 2019 – cu il tarixində saat 15 – 00 da Badamdar qəsəbə İcra nümayəndəsi cənab Natiq Abbasovun və Badamdar qəsəbə Bələdiyyəsinin sədri cənab Təzəxan Məmmədovun dəstəyi ilə, Badamdar qəsəbəsində xanım Sədaqət Əzizovanın rəhbərlik etdiyi Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə tanınmış söz adamı, əsl xalq sənətkarı, aşıq – şair Adil Cəfakeşin “AĞAM ALIDI ” təcnislər və yeni çapdan çıxmış “AZMIŞAM ÖZ İÇİMDƏ ” adlı kitablarımın təqdimatı və oxucularla görüşü baş tutdu. 
Məclisdə tanınmış söz-sənət adamları iştirak etdilər. Tədbirin gedişi zamanı şairə Badamdar qəsəbə Bələdiyyəsinin sədri cənab Təzəxan Məmmədov tərəfindən “FƏXRİ FƏRMAN” və Yazarlar jurnalını baş redaktoru cənab Zaur Ustac tərəfindən “VİNTSAS MÜKAFATI” təqdim olundu. Adil Cəfakeş sonda öz təşəkkürlərini çatdırıb:“Uzaqdan, yaxından gələn bütün qonaqlara və  dəstəyə görə Natiq müəllimə, Təzəxan müəllimə və tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə məktəbin direktoru Sədaqət xanıma minnətdarlıq edib təşəkkür edirəm.” 

Ustac.az olaraq bir daha Adil müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir