“MAKLER – VİP” N- 007

“MAKLER – VİP” N- 007 (0007) 20.06.2019 – BAKI.

KAFAR DA ÜZÜMÜ GÖRMƏSİN, QARDAŞ…

Haçandır, əlinə dəyməyir əlim,
Düşmənin maaşla yaşasın, qardaş…
Kəsilib ipliyim, qırılıb belim,
Gavır da bu günə düşməsin, qardaş…
* * *
Topaynan alardıq, lüm-lüm udardıq,
Şaxlayıb, çinləyib, qom-qom yığardıq,
Çalardıq, oynardıq, him-cim atardıq,
Heç kim dördə birə düşməsin, qardaş…
* * *
Yəqin, bu barədə yazacaq Ustac,
Xəbəri olsun ki, tay qalmışıq ac,
İndi ki, urcahsan, verməlisən bac,
Dədəm də qarşıma çıxmasın, qardaş…

20.10.2017. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir