20 N-li məktəb-liseyin müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb.

Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin İbtidai Sinif Müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb. Mükafat adı çəkilən məktəbin akt zalında təşkil olunmuş təntənəli tədbirdə Zaur Ustac tərəfindən təqdim olunmuşdur:

Gözəl xanımı bu münasibətlə təbrik edir, müqəddəs, şərəfli eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 3 İyun 1959 ) tanınmış şair, gözəl insan Səxavət Talıblının doğum günüdür. Ad gününüz mübarək, Səxavət müəllim. Sizə bu keşməkeşli həyat yollarında möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ana şeiri – Şəmsiyyə Qaramanlı

Ana

Şəfqəti əridər şaxta, sazağı,

Nigaran baxışı həsrət ocağı,

Qəlbində bir vətən, bir övlad dağı,

Qüssə, kədərimin çarası anam.

****

Keçər səhvimizdən bağışlar bizi,

Gözləri tükənməz qayğı dənizi,

Alnında qırışlar sərt həyat izi,

Bütün gözəllərin sonası anam.

****

Ümidim, gümanım, dayağım, andım,

Düşəndə çətinə halıma yandın.

Ana vətənimi laylanda sandım,

Ana torpağımın anası anam.

Müəllif: Şəmsiyyə Qaramanlı

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:006  #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

BİR GÜN GÜLƏR ELLƏRİMİZ

Qəm eyləmə dəli könlüm,
Bir gün gülər ellərimiz..
Zaman gələr “urra” deyər,
Bu lal olan dillərimiz..

Tanrı özü qurub qoşar,
Hər bir ürək sevgi yaşar..
Sular basıb bəndi aşar,
Coşub daşar sellərimiz..

Sevinc qəmi bəndə salar,
Qaz vurarıq, qazan dolar..
Hər kəs üçün iş güc olar,
Bekar qalmaz, əllərimiz..

Üzlər Aydan nur götürər,
Dağlar düzə qar gətirər..
Bağ baxcamız bar bitirər,
Çiçək açar, çöllərimiz..

Rahimin xoş arzusudur,
Neyləyim ki olan budur..
Niyyət toxum, arzu sudur,
Qoy solmasın güllərimiz..

Ağdam-01.06.2019

Müəllif: RAHİM UCOGLANLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ UŞAQLAR

Uşaqlarla daha çox vaxt keçirin… Suallarını cavabsız qoymayın… Mümkün qədər arzularını reallaşdırın, alınmadıqda səbəbini mütləq izah edin… Uşaqların qoroyun, öyrədin… Məsləhət verməyin, nümunə göstərin… Heç bir halda uşağı vurmaq olmaz… Onlarla yüksək tonla, basqı edərək danışmayın… Çox danlamayın… Səhvlərinin əksini anladan nümunələr misal çəkin… Uşaqları sevin…

XATIRLATMA!!!

UŞAQLARI HEÇ BİR HALDA “DİV”, “XORTDAN”, “HAMMA”, “XURCUNLU KİŞİ”, “ADAMYIĞAN KİŞİ”, “SAQQALLI KİŞİ”, “KİŞİ”, “POLİS”, “QAÇQIN” VƏ BAŞQA BU KİMİ MİFOLOJİ VARLIQLARLA QORXUTMAQ OLMAZ!!! “QORXMAQ” SÖZÜNÜ UNUDAQ…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏMSİYYƏ QARAMANLI

Şəhid məktubu

Bağışla bizi anam,bağışla.
Əsən küləklə, yağan yağışla
bizi bağışla.
Küləklər ətrimizi gətirər sənə,
Yağışlar xatırladar şıltaqlığımızı
Küləklə bərabər dünyanı dolaşıb
bizi tapmağa çalışarsan.
Yağışla bərabər ağlayıb
yoxluğumuzu
qədər, qismət kimi qəbullanarsan.
Nəbadə, anam, nəbadə,
beşiyimiz başında çaldığın
laylanı xatırlayıb:

“Şeh düşübdü çəmənə,
Nərgizə, yasəmənə.
Mən balama qurbanam,
Balam qurban vətənə” –
özünü peşman sayasan.
Bağışla bizi, oğul çiynində gedəsi
tabutunun üç küncünü
boş qoyduğumuza görə,
Bacı,qardaşımızı ağır yük altında
çaşbaş qoyduğumuza görə
Cənnət şəhidlər üçün
sorğu-sualsız məkandır.
Haqqını halal et, anam
uğrumuzda çəkdiyin əziyyətlərə
təəssüflənib ayağının altını
bizə çox görmə, amandır.

Müəllif: Şəmsiyyə Qaramanlı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Təranə xanımın – müasir ədəbiyyatımızda öz dəsti-xətti olan şair, nasir, rəssam, vətənini sevən ictimai xadim-dövlət adamı, incə zövqlu, bu gözəl dünyamızı özünəməxsus musiqi duyumu ilə duyan və yaradıcılığında bizə anladan, əsrimizin Xurşidbanu Natəvanı adlandırdığımız gözəl bir insanın, nümunəvi Azərbaycan xanımının doğum günüdür… Ad gününüz mübarək, Təranə xanım!!! Bu gün münasibəti ilə Sizi təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik… Var olun !!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956 – cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsini bitirib. 1981 – 1990 –cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”,  “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Признание” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru