AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 3 iyul 1985 ) incə ruhlu, həsas şair qəlbli bütün digər ictimai-siyasi, mədəni-kütləvi fəaliyyətləri ilə yanaşı çağdaş lirik poeziya yaradanların sırasında özünəməxsus yeri, dəsti-xətti olan Leyla xanımın ad günüdür. Bu münasibətlə onu təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, bütün işlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Leyla xanım!!! Sizin uğurunuz bizim uğurumuzdur!!! Var olasız!!!

QISA ARAYIŞ:

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb.

2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.

2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir.

2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalınını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır.

2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır.

2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

12 iyul 2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb.

2011-ci ilin oktyabrında Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb.

22 noyabr 2011-ci ildə BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb.

2012-ci ilin sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.

2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb.

2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif edilib. 2015-ci il noyabrın 4-də Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda Rusiya Prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

İki oğlu, bir qızı var.

İLKİN MƏNBƏ: Bioqrafiya

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir