BAYRAM BAYRAMOV

BAYRAM BAYRAMOV HAQQINDA

Bayram Bayramov 1918-ci il dekabrın 11-də  YELİZAVETPOL QUBERNİYASI-nın (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün sadiq dost, gözəl insan, füsunkar xanım, ecaskar söz – sənət dünyasına sahib həkim-şairə Nərgiz Qurbanovanın doğum günüdür. Ad gününüz, mübarək, Nərgiz xanım… Uca Yaradandan Sizə uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətinizdə uğurlar arzu edirik… Uğurlarınız bol olsun…. Yaşayın, yaradın…. Biz də feyziyab olaq… Var olasız…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“C” HƏRFİNƏ AİD ŞEİR

“ C “

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

SAYMAN ARUZ

Sayman Aruz (Həsənzadə) June 21, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub.

Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və daha sonra fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, “Mərdom və cameə”, “Məhdi Azadı”, “Şəms”, “Yarpaq”, “Yaşmaq”, “Günəş” və s. dərgi və qəzetlərdə cap olunmuşdur.

2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan “Süküt kimi sakit”, “Barış xətabaləri” və Bakıda nəşr olunmuş “Bahar gəlmədi”, “Paltarlarım adamsızdır”, “A hərfinə uduzmaq” adında şeir və “Yüz il inqilab” adında roman kitablarının müəllifidir.

Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəridir. İndiyə kimi Cənubi Azərbaycanın müasir şairlərinin DAYAQ adına on yeddi kitabı nəşr olunmuşdur. Eləcə də dünyada yaşayan soydaşlarımızın ədəbi yaradıcılığını əks etdirən qurumun elektron səhifəsi yaradılmışdır. Hazırda Bakıda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri vəzifəsində işləyir.

Aşağıdakı kitabların; “Süküt kimi sakit”,

“Barış xətabaləri”,

“Bahar gəlmədi”,

“Paltarlarım adamsızdır”,

“A hərfinə uduzmaq”,

“Yüz il inqilab” müəllifidir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURİDƏ ATƏŞİ

Hələ ki, yaşaya

bilirəm sənsiz…

Elə bilmə, dünyam sənsiz daralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

Elə bilmə, günüm sənsiz qaralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

Çatmasa da sənə ünüm,

Görməsə də  səni gözüm,

Qəmdən saralsa da üzüm,

Hələ ki, yaşaya bilirəm sənsiz.

Dayana bilməsəm sənsiz,

Dünyam onda dağılacaq.

Yaşaya bilməsəm sənsiz,

Evim onda yıxılacaq…

Hələ ki, yaşaya bilirəm sənsiz.

Kəsə yol

Sən mənim dan ulduzum,

Mən yorğun bir sarvanam,

Uzaq yoldan gəlirəm –

nabələdəm bu yola,

Səfərim uzaqlara.

Gözünün zülmətində

Azdırırsan, məni hey

Çaşıb qalmış yolçuyam.

Ürəyinin yolunu –

arayan, soraqçıyam.

Budur sevgimin yolu –

Eşqinlə içim dolu,

Gəl göstər öz xoşunla,

Qəlbinə çıxan ən kəsə yolu!

Salma məni dağa-daşa!

Heç bir qadın

Heç bir  qadın belə gözəl “Yox” eşitməyib,

Heç bir qadın belə asan tərki-silah edilməyib.

Heç bir sevgini belə

                     mehriban rədd etməyiblər,

Heç bir qadını belə səmimi ağlatmayıblar.

Heç demədi məni sevə bilməyəcək,

Heç demədi mənə ümid verməyəcək,

Heç demədi bir daha gəlməyəcək,

Heç bir  qadın belə gözəl tərk edilməyib.

Hər gün məktublarımı oxuyub, susdu,

Ah- naləmi duyub da, çarəsiz durdu,

Bir gün sözarası yazdı sevgilisi olduğunu,

Heç bir qadın qəlbinə belə xəncər saplanmayıb.

Hansı qadın belə qəlbən  rədd edilib?.

Hansı qadın belə içdən etiraz görüb?

Hansı qadın ürəyinə belə məğlub edilib?

Heç bir qadın!

Heç bir qadın belə gözəl “Yox”eşitməyib!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQİL ABBAS

Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda “Ədalət” (1990-cı ildən), “Boz qurd” (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir (2003). “Batmanqılınc” və “Dolu” kimi maraqlı – tarixi əsərlərə imza atıb.

Ümumilikdə ; Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.

Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.

Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.

Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.

Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh. Kitablarının müəllifidir.

2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov (Axundzadə)

(1812-1878)

Mirzə Fətəli Axundov  yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. Mirzə Fətəli Axundov 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
M.F. Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundovun dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.M.F.Axundov Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.M.F.Axundov öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundov 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur. Ruhu şad olsun. Amin.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru