RÜSTƏM BEHRUDİ

RÜSTƏM BEHRUDİ HAQQINDA

Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində doğulub. Bütün ömrünü ədəbiyyata həsr eləmiş adamdır. Yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. O, türk dünyasında məhşur olan “Şaman duası”, “Salam, dar ağacı” kimi kitabların müəllifidir. Onun “Salam, dar ağacı” əsəri türkdilli xalqlar arasında dillər əzbəridir. C.Məmmədquluzadəyə həsr elədiyi “Daha gülə-gülə ağlamaq olmur”, həbsxana gündəliyindən ibarət “Nəfəs almağı unudan adam” poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur.

Şair “Yaddaşlara yazın”, “Şaman duası”, “Salam, dar ağacı”, “Yer üzü görüş yeridi”, “İblis mələkdən gözəldi”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Din sevdim din üstünə”, “Bir dəli ayrılıq kimi” və sair şeir kitablarının, “Göz yaşlarından baxan allah” adlı fəlsəfi-publisistik kitabın müəllifidir. “Şaman duası” kitabı türkdilli ölkələrdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada  və s. ölkələrdə çap olunmuşdur.

Təbrizdə və Tehranda çıxan şeir kitabları Güney Azərbaycan oxucusunun böyük rəğbətini qazanmışdır!

Yaradıcılığından seçmələr polyak, ukrain, fransız, belarus, rus və çex dillərinə tərcümə edilmişdir.

Almaniyada 2018-ci ildə “Der besorqte Baum im walde” adlı kitabı nəşr edilmiş və məhşur “Amozon” saytında satışa çıxarılmışdır. Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə, Mahmud Kaşqarlı adına beynəlxalq mükafata (M.Kaşqarlı adına medal) layiq görülmüş, Avropada keçirilən Türk Dünyası Uluslararası şeir festivalının qızıl mükafatını qazanmışdır. Bundan başqa o çox sayda ədəbi mükafatlara və diplomlara layiq görülmüşdür.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir