“ I “ HƏRFİNƏ AİD ŞEİR

“ I “ HƏRFİNƏ AİD ŞEİR

“ I “

I – nı yazmaq asandı,

Asan da yadda qalır.

Kim tanımır, tanısın

Lap çomağa oxşayır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

QÜDRƏT QULU

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 6 July 1955 ) şair ruhlu. həssas qəlbli. gözəl insan, dostumuz Qüdrət Qulunun doğum günüdür. Bu münasibətlə Qüdrət müəllimi təbrik edir. Möhkəm can sağlığı, uzun ömür, bütün işlərində uğurlar arzu edirik… Var olun, Qüdrət müəllim, yaşayın, yaradın…

…və yeni yaş, yeni gün münasibəti ilə Qüdrət müəllimin qələmə aldığı “İLLƏR NƏ TEZ GƏLDİ-KEÇDİ…” şeirini təqdim edirik:

İLLƏR NƏ TEZ GƏLDİ-KEÇDİ…

Qüdrət Qulu

İllər nə tez gəldi-keçdi,
Ömür necə qısa idi,
Bilmədim uşaqlıq, gənclik
Hardan gəldi, hara getdi.

İyirmilərdə dayçaydım,
Otuzlarda köhlən atdım,
Qırxı başa vuranadək
Səmalarda mən tərlandım.

Necə də xoşbəxtdim, Tanrım,
Anam, qardaş, bacılarım,
Dostlar, doğmalarım ilə
Canlanırdı arzularım.

Keçmiş oldu əllilərdə,
Çox arzular, ümidlər də,
Boylandım geriyə gördüm
Ömür qalmış keçmişlərdə.

Sevgim qaldı keçmişlərdə,
Ürək qaldı keçmişlərdə,
Qəlbimin ən əziz, ülvi
İzi qaldı o illərdə…

Artıq keçmiş zamanlardan,
Xatirələr, ümmanlardan,
Boylanır doğmalar, dostlar,
Şirin-acı duyğulardan.

Həyat bir gün keçmiş olur,
Gerçəklər xatirə olur,
İllərin yaddaş mücrüsü 
Keçmiş soraqlarla dolur…

Yaş altmışı haqlayanda,
Zirvədən düzə baxanda,
Xoşbəxtsən keçdiyin yolda
Xeyir əməllər qalanda.

Xoşbəxtsən, çünki sevmisən,
Kin, ədavət bilməmisən,
Dərd-kədəri bölüşdürüb,
Sevinclərə sevinmisən.

Kimsəni aldatmamısan,
Özgə haqqın çalmamısan,
Sən öz halal zəhmətinlə,
Yaşamısan, ucalmısan.

Hədər keçməmişdir ömrün,
Qüdrət, gəncdir hələ könlün,
Yaşa, yarat, fəth eylə sən
Yeni zirvələrin ömrün!

5 İyul, 2019-cu il

Müəllif: GUDRAT GULU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“X“ HƏRFİ HAQQINDA ŞEİR

“ X “ HƏRFİNƏ AİD ŞEİR

“ X “

Çarpaz iki xətt çəkib,

Adını “X” qoydular.

Xəbər çatdı, xoruza

Dedi, gecikib onlar.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

ƏBÜLFƏT HEYDƏR

Hörmətli sənətkarımız Sultan Abbasovun mənə ünvanladığı “Bu dağı sənnən” şerininə cavab. 

BU DAĞI SƏNNƏN

Bir elli, bir dərdli Əbülfət Heydərə
——————
Gəl xəyal bağında bir yuva quraq,
Qaranquşu mənnən, budağı sənnən.
Laylalı balamız – Vətən həsrəti,
Bərabər bəsləyək bu dağı sənnən.
——————-
Ulu Ziyaratım göylərə dayaq,
Ümid çırasını sərt dumanda yax.
Mən sənə təsəlli, sən mənə dayaq,
Yan-yana dolanaq bu dağı sənnən.
——————
Yazıq oldu şəriətə, həm dinə,
Orucoğlu həm ağlaya, həm dinə.
Verək duamızı Tanrı həmdinə,
Bəlkə, uzaq edə bu dağı sənnən.

27.03.2019 .
Müəllif: Sultan Abbasov

“DÜŞMƏN SÜNGÜSÜNƏ KEÇƏN AĞBABAM”

Yavaş- yavaş yaddan çıxır el-obam, 
Nənəm haray salır, inləyir babam.
Düşmən süngüsünə keçən Ağbabam,
Sızıldayan söhbətim ooy.., sözüm ooy…
————-
Dağılıb yurdumun piri oçağı, 
Sönüb sarayların əlvan çırağı,
Xəyalda gəzirəm aranı, dağı,
Talan olmuş topağım ooy.., düzüm ooy… 
————–
Kəfənə bürünüb aranım, dağım, 
Sönüb yurd yerində isti ocağım,
Sinəm üstə silinməyən bu dağım,
Odu sönüb külü qalan közüm ooy…
—————
Ürəkdə həsrətim qırış bağladı,
Hicran gözlərimdə qəhər çağladı. 
Ah çəkməkdən səbr daşı ağladı,
Selə dönən kirpiym ooy.., gözüm ooy… 
—————
Kəlbəcər, Laçınım düşmənə qaldı,
Çöyçəm, Şuşam, Ağdam tamam talandı.
Fizulim alışdı, Xocalım yandı,
Dərbəndim, Borçalım, can Təbrizim ooy… 
—————–
Dərd çəkmə, düşünmə belədi dünya,
Məni ələyindən ələdi dünya,
Deyib gülməkdən də elədi dünya
Kökdən düşən kamanım ooy.., sazım ooy… 
————–
Əbülfət Heydərin dərdi ağırdı,
Qayadan ağırdı, dağdan ağırdı.
A Sultan saçlarım vaxtsız ağardı,
Qışa dönüb baharım ooy.., yazım ooy…

28.03.2019 .

Müəllif: Abulfat Heydar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ H “ HƏRFİNİN ŞEİRİ

“ H “ HƏRFİNƏ AİD ŞEİR

“ H “

Həsən çıxdı hasara,

Nə yaman hündürimiş.

Hop eləyib, hoppandı,

Hündürdən hündürimiş!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“Ğ” HƏRFİNƏ AİD ŞEİR

“ Ğ “ HƏRFİ HAQQINDA ŞEİR

“ Ğ “

Qarğa ilə qurbağa

Getdilər qonaqlığa,

Sağsağanın toyuydu

Düşmüşdülər bolluğa.

Söz verildi qarğaya,

Sağsağan əhsən dedi.

Qurbağa başlayanda,

Bəyin  ürəyi getdi.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR