QÜDRƏT QULU

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 6 July 1955 ) şair ruhlu. həssas qəlbli. gözəl insan, dostumuz Qüdrət Qulunun doğum günüdür. Bu münasibətlə Qüdrət müəllimi təbrik edir. Möhkəm can sağlığı, uzun ömür, bütün işlərində uğurlar arzu edirik… Var olun, Qüdrət müəllim, yaşayın, yaradın…

…və yeni yaş, yeni gün münasibəti ilə Qüdrət müəllimin qələmə aldığı “İLLƏR NƏ TEZ GƏLDİ-KEÇDİ…” şeirini təqdim edirik:

İLLƏR NƏ TEZ GƏLDİ-KEÇDİ…

Qüdrət Qulu

İllər nə tez gəldi-keçdi,
Ömür necə qısa idi,
Bilmədim uşaqlıq, gənclik
Hardan gəldi, hara getdi.

İyirmilərdə dayçaydım,
Otuzlarda köhlən atdım,
Qırxı başa vuranadək
Səmalarda mən tərlandım.

Necə də xoşbəxtdim, Tanrım,
Anam, qardaş, bacılarım,
Dostlar, doğmalarım ilə
Canlanırdı arzularım.

Keçmiş oldu əllilərdə,
Çox arzular, ümidlər də,
Boylandım geriyə gördüm
Ömür qalmış keçmişlərdə.

Sevgim qaldı keçmişlərdə,
Ürək qaldı keçmişlərdə,
Qəlbimin ən əziz, ülvi
İzi qaldı o illərdə…

Artıq keçmiş zamanlardan,
Xatirələr, ümmanlardan,
Boylanır doğmalar, dostlar,
Şirin-acı duyğulardan.

Həyat bir gün keçmiş olur,
Gerçəklər xatirə olur,
İllərin yaddaş mücrüsü 
Keçmiş soraqlarla dolur…

Yaş altmışı haqlayanda,
Zirvədən düzə baxanda,
Xoşbəxtsən keçdiyin yolda
Xeyir əməllər qalanda.

Xoşbəxtsən, çünki sevmisən,
Kin, ədavət bilməmisən,
Dərd-kədəri bölüşdürüb,
Sevinclərə sevinmisən.

Kimsəni aldatmamısan,
Özgə haqqın çalmamısan,
Sən öz halal zəhmətinlə,
Yaşamısan, ucalmısan.

Hədər keçməmişdir ömrün,
Qüdrət, gəncdir hələ könlün,
Yaşa, yarat, fəth eylə sən
Yeni zirvələrin ömrün!

5 İyul, 2019-cu il

Müəllif: GUDRAT GULU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “QÜDRƏT QULU”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir