LƏNKƏRAN SƏFƏROV – HƏKİM

Bu gün ( 9 iyul 1975 – 4 yanvar 2015 ) gözəl insan, əsl ziyalı, tanınmış həkim Lənkəran Səfərovun doğum günüdür… Təəssüf ki, bizi vaxtsız tərk etmiş digər yaxşı insanlar kimi o da bu gün aramızda yoxdur… Bu dünyada cəmi-cümlətanı 39 dəfə qeyd edə bildi ad günün… Çoxunu məktəbli kimi, az qala elə onun qədər tələbə kimi, sonra xidmətdə… Elə indi-indi hər şey yoluna düşür deyirdi ki, … Allah rəhmət eləsin… Ruhu şad olsun…

QISA ARAYIŞ:

Səfərov Lənkəran İldırım oğlu 9 iyul 1975 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Ağdam rayon Yusifcanlı kənd orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirərək ürək – damar cərrahı ixtisasına yiyələnmişdi. Azərbaycan Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində Tibb Xidməti bölməsində həkim-zabit kimi xidmət keçmiş, ehtiyatda olan tibb xidməti həkim-zabiti idi. Öz ixtisası üzrə həkim işləyirdi. 4 yanvar 2015 -ci ildə qəfil ürək tutmasından dünyasın dəyişib. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir