TAHİRƏ İLYASQIZI

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi şairə Tahirə İlyasqızının doğum günüdür. Bu xoş gün münasibəti ilə Tahirə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tahirə xanım…

Tahirə İlyasqızından bu günlə bağlı bir şeir:

Ad günüm…

Mənim ad günümdü bu gün bilirsən?
Təbəssüm “nur”unu üzümə yaxır,
Amma ki, könlümün açılmır aynı,
Ötən çağlarıma boylanıb baxır.

İllərin bu qədər tez ötdüyünü,
Yalnız ad günümdə hiss eləyirəm,
Üst-üstə yığılan xatirələrmi,
Kövrələ-kövrələ vərəqləyirəm.

Xoş anlar gözümün önünə gəlir,
Duyğulanır könlüm elə çağlayır,
Bu özəl günümdə doğum günümdə,
Xəyallar qəlbimə məlhəm yağlayır.

Səhər oyananda elə bilirəm,
Atamın-anamın səsi gələcək…,
Məni əzizləyir həmişəki tək,
Öpüb qucaqlayıb təbrik edəcək…

Tahirəyəm,indi xatirələrimi,
Sıxıb ürəyimə həkk eyləmişəm,
Ehh, gəncliyim məni tərk etdiyini,
Xəbərim olmayıb heç bilməmişəm.
10.07.2019.

Müəllif: Tahira İlyas Qızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir