ETİBAR CAVAD

QOYMADILAR

Talandı yurdumuz göz görə-görə,
Yağılar daş üstdə daş qoymadılar.
Vurdular başından başbilənlərin,
Ağzında yeməyə diş qöymadılar.

Dadandı ,,quş” lara turist adıyla,
Ərəblər gəldilər doğma- yadıyla,
Keflənib şərabın ən boyadıyla,
Ovlayıb Muğanda quş qoymadılar.

Fitnəkar min oyun dolandı yurdda,
Qoyana çevrildi beş- altı qurd da.
Batırdı üstünə ağ ayı yurdda,
Altını yalayıb yaş qoymadılar.

Qulaq eşitmədi ağız deyəni,
Hərə bir tərəfə çəkdi yüyəni,
Cox oldu içini qurd tək yeyəni,
Gülləni hədəfə tuş qoymadılar.

Gün-gündən çoxaldı quşxanələri,
Cakuzi, duşxanə, xaşxanələri,
Uçsun başlarına daş xanələri,
Əti yeyilməyən leş qoymadılar,
Goru söyülməyən nəş qoymadılar.

Müəllif: Etibar Cavad

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir