NAZİM YAQUBOĞLU

NAZİM YAQUBOĞLU

RÜSVƏT OLMAYAN YERDƏ

Haqqın çırağı yanar ,
Dünya nura boyanar .
İblis varlığın danar ,
Güc – qüvvə qalmaz şərdə ,
Rüşvət olmayan yerdə .
****
Dərdlilər dərdin atar ,
Dincəlib rahat yatar ,
İnsan vüsala çatar ,
Güc gələrik hər dərdə ,
Rüşvət olmayan yerdə .
****
Sevinc kükrəyər , coşar ,
Ruzimiz başdan aşar ,
Qocalar cavanlaşar ,
Namərd qul olar mərdə ,
Rüşvət olmayan yerdə .
****
Qüssə , kədər azalar ,
Gənclər uğur qazanar ,
Mərdin ömrü uzanar ,
Xoş ötüşər ömür də ,
Rüşvət olmayan yerdə .
****
Yaltaqlıq dəbdən düşər ,
Ağlayanlar gülüşlər ,
Dünyamız gözəlləşər ,
Kəramət olar pirdə ,
Rüşvət olmayan yerdə .
****
Eşq camını içənlər ,
Şirin candan keçənlər ,
Bu dünyadan köçənlər 
Rahat yatar qəbirdə ,
Rüşvət olmayan yerdə .

Müəllif:NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir