ABBAS İLHAM

GÖZLƏRİM

( Ömür kitabının “Cavanlıq” fəslindən bir şeir )

Görəndə ilk dəfə gözlərim səni,
Elə bil, dünyanı verdilər mənə.
Yol boyu izlədi izlərim səni,
Beləcə, bir anda vuruldum sənə.

O zaman çiçəkli bir bahar idi,
Küçədən ötərdin arabir… hərdən.
Sənin də gözlərin mənə baxardı…
Bir sevgi umardım o şən gözlərdən.

Sonralar görüşdük…hər gün, hər axşam
Gözlər dediyini ürəklər dedi…
Sən getdin xəbərsiz…sənin adından 
”Əlvida!” sözünü küləklər dedi…

Gözlərim hələ də axtarır səni,
Axtarır..tapmayır…qəlbim odlanır.
Gəl, sil qəlbimdəki qəmi-qüssəni,
Gözlərim özünü günahkar sanır…

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “ABBAS İLHAM”

  1. Zaur bəy, şeirimi dərc etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm.Saytınız çox maraqlı və cəlbedicidir.Ümid edirəm, oxucularınızın sayı gündən-günə artacaq.Sizə və saytınıza uğurlar diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir