MƏMMƏD MƏRZİLİ

MƏMMƏD MƏRZİLİ “ÜÇ YARPAQ” – DA

AY QƏDİR…

Yanıqlı-yanıqlı vurub zəngulə,
Verdi təravəti “Sona bülbül”ə.
Atdı qarmaqdakı balığı gölə,
Vətənin nisgilli sənətkar oğlu.

Sellər aparanda nakam Saranı,
Gəzdi Xançobanı, bəxti qaranı.
Əritdi səsiylə qarı, boranı,
Daş qəlbi, xalqımın fədakar oğlu.

“Neçün gəlməz” -deyib haray çəkəndə,
Sanki nur çilədi bərəyə, bəndə.
Elin dar günündə qalmadı gendə,
Ağdamsız, Ağdamın yadigar oğlu.

= = = =

APARDI MƏNİ…

Yediyim baldirqan kölnümdən keçdi,
Lülparla su içmək yadıma düşdü.
Gəlib xatirələr yenə diresdi,
Uzaq keçmişimə apardı məni.

Topallı yamacdan kəkotu yığar,
Sıldırım qayanın başına çıxar…
Çəhlimin üstünə gətirən cığır,
Dumanda azmaqdan qurtardı məni.

Çınqıllı selavda qantəpər nə çox,
Dərədə əvəlik qalxardı şux-şux.
Qaynayan bulağın gözlərinə bax,
Axtaran ”Dörbənd”də tapardı məni.

= = = =

MƏRDLİK RƏMZİ
(Hacı Əkbərin anadan olması münasibətiylə)

Hacı Əkbər -vətən üçün,
Candan keçən vətəndaş,
sədaqətli yoldaş,
qeyrətli qardaş,
şəhid atası,birlik rəmzidi.

Hacı Əkbər -Şagirdləri min-min,
nəvələri çempion,
idman müəllimi,
Sadə bir insan,
mərdlik rəmzidi,

Hacı Əkbər -millətin sevən kişi,
düşməni əzən kişi,
Yurd həsrətli,
haqqın carçısı,
Ağdamın bir parçası
vətən pərvərlik rəmzidi.

Müəllif: Memmed Merzili

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir