Naibə Nəva Qafanlı

QAFAN HƏSRƏTİM

Nə tarixə sığar, nə də kitaba,
Mənim Qafan dərdim, Qafan həsrətim.
Bircə an unuda bilmirəm Allah,
Könlümü dağıdır tufan həsrətim.
Mənim Qafan dərdim, Qafan həsrətim.

Gah zildə ağlaram, gah da ki pəsdə,
Dərd kədər canımı salıbdı xəstə.
Qafan söyləyəcəm mən son nəfəsdə,
Görən sağalarmı bu can həsrətim,
Mənim Qafan dərdim, Qafan həsrətim.

Əzabdan dağ boyda qalalar tikir,
Tikdiyi qalanı yenidən sökür,
Görün məni necə sınağa çəkir,
Bu sultan həsrətim, bu xan həsrətim.
Mənim Qafan dərdim, Qafan həsrətim.

Müəllif: Nayibe Qafanlı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir