
GƏRAY GÖYYURD “ÜÇ YARPAQ” – DA
VƏTƏNİN
Dərdləri burğutək deşir sinəmi ,
Düşmənin gözünü deşən vətənin .
Görən biz tərəfə düşəcək haçan
İşığı dünyaya düşən vətənin ?
Simləyib göynəyir köhnə yarası ,
Yağıdadır torpağının parası .
Övladları gəzir çörək parası
Sərvəti çay kimi daşan vətənin .
Düşmənə atılımır vətən daşları ,
Arxayın uçmayır göydə quşları.
Necə xöşbəxt olar vəndaşları
Dərd –qəmi başından aşan vətənin ?
= = = =
SƏBR ET
Dayanma heç zaman , haqq üçün vuruş ,
Qarşına çıxacaq zülümə səbr et .
Xalq , millət yolunda Yanıq Kərəmtək
Sonadək alış , yan ,külünə səbr et.
Hər eşşəyə , palan olma , çul olma ,
Mübariz ol , kölə olma , qul oma !
Əqidəsi para olma , pul olma ,
Halal qazandığın puluna səbr et .
Qoyma ki , haqqını yesin hər alçaq
Zalımlar başında şimşək kimi çax !
Gələcək günlərə ümidlərlə bax ,
Pis gəlsə də yenə ilinə səbr et .
Vətəni ,yurdunu artıq bil candan ,
Dayanma qıraqda , boylanma yandan ,
Çəkilmə , qorxub da bir qaşıq qandan
Çatınca şərəfli ölümə ,səbr et !
Gəray ,haqsızlıqdan yığılıb cana ,
Təslim olma şərə , yağı düşmana !
Bu vətəni qoyub getmə heç yana ,
Biganə xalqına , elinə səbr et !
= = = =
HAZIR OLMASAQ
Bölüm -bölüm bölünmüşəm,
Daha tabım yox bölümə .
Yaram üstə səpəcəyəm ,
Yağı , toxunma külümə !
Üz tutub uca Allaha ,
Üsyan etdim dərdə , aha .
Hər bir misram oxdu daha ,
Zalımlar verən zülümə !
Haqqa dərmansan bəlkə də ,
Qaçıb gizlənmə kölgədə !
Haqq tamam ölər ölkədə
Hazır olmasaq ölümə !
Müəllif: GERAY GOYYURD
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru