Şəmsiyyə Qaramanlı

durnalar…

Pərən düşmüş dəstənizi qatara
Düzüb uçun Qarabağa, durnalar.
Yol gözləyən el-obanı kəndbəkənd
Gəzib uçun Qarabağa, durnalar.

Yadlar yığışıbdır Çətir bulağa.
Çatladı dodağım, yetir bulağa.
Topla gözəlləri gətir bulağa,
Sızıb uçun Qarabağa, durnalar.

El talandı Xocalıda, Laçında,
Tel qalmadı qiz-gəlinin saçında.
Halay qurun, dövrə vurun Xaçında
Süzüb uçun Qarabağa, durnalar.

Yurd yağıya əsir düşdü-rəzalət.
İllər ötür, qurtuluş yox-qəbahət.
Bəsdi, bizi basdı daha ətalət
Bezib uçun Qarabağa, durnalar.

Bir himə bənd,çək arxanca qoşunu,
Vermə yada torpağını, daşını,
Gədiklərdə azğınların başını
Əzib uçun Qarabağa, durnalar.

21.07.2019.

Müəllif: ŞƏMSİYYƏ QARAMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir