TƏRANƏ MƏMMƏD

təranə məmməd “üç yarpaq”- da

Gecə

Önündə Aydan duvağın, 
Ulduzlardan boyunbağın.
Baxçan qara, zülmət bağın,
Gözləyirsən səhər çağın.

Şəvətək qara paltarın


Sərilib tül örpək kimi,


Dayanmısan mətin,

Məğrur sevənlərə örnək kimi.

Valeh edir sakitliyin,
Sən özüsən gözəlliyin.
Öz ətrin var həzin, incə
Ömrün Günəş görününcə…

= = = =

Ruhum bir quş kimi …

Ruhum bir quş kimi uçdu qoynuna,
Açıb qanadların saldı boynuna.

O elə gözəldi,elə möhtəşəm!
Elə sevinirdi, olmuşdu sərsəm!

Sənə sığınaraq o həzz alırdı,
Qəlbində özünə yer axtarırdı.

Lakin, sən tətiyi çəkərək birdən,
Ruhuma dərs verdin sanki qəfildən.

Sərsəm xəyallarım ucdu, dağıldı, 
Ruhum yaralandı, o, şikəst qaldı.

Bir güllə səsindən bağrım yarıldı,
Ürəyim sızladı,ruhum sarsıldı,
Ağrıdı,ağrıdı,yaman ağrıdı…

= = = =

Tənhalığım ol.

Gözümdən süzülən yaşım,
Gözümün üstündə qaşım,
Etibarlı bir sirdaşım
Olma…

Evimdəki çıl-çırağım,
Saçlarımdki darağım,
İçimdə yanan ocağım
Olma…

Ürəyimdən gələn sözüm,
Qəlbimin aynası gözüm,
Həsrət nəğmən mənim özüm
Olma…

Qovuş təkliyimə, tənhalığıma,
Arxamca sürünən lal bir kölgəm ol!
Dözmə onun kimi ayrılığıma,
Əbədi həmdəmim, tənhalığım ol!

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir