Mehman Göytəpəli

  sən həmişə mənimləsən

Yadımda belə qalmısan

Üzülməyib eşqin hələ
Canımda hələ qalmısan,
Sən ağ gülü çox sevərdin,
Yadımda belə qalmısan,,,

Yadımda qalıb gülüşün,
Yadımda gözlərin qalıb,
Qəlb qapımın kandarında,
Son ayaq izlərin qalıb,,,

Bu dünyamda hər şey yalan,
Bircə gülüm, sən gerçəkdin.
O gecəsiz, ağ dünyamda,
Mənim üçün ağ çiçəksən…

Sən sönməyən həyat eşqim,
Sən bir yaşam bəstəsiydin.
Sən ağ gülü çox sevərdin, 
Sən ağ gülün xəstəsiydin…

Gəl, o sənli arzuları,
Bir-bir üzüm, dərim sənə,
Gəl yolum ağ saçlarımı,
Gül əvəzi verim sənə…

Müəllif: MEHMAN GÖYTEPELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir