TƏRANƏ MƏMMƏD

KÖNLÜM…

Çəkilib kənara tənha söyüdtək,
Yenə nə dalmısan xəyala, könlüm?
Keçir göz önündən günlərin tək-tək,
Nədən kövrəlirsən baxdıqca, könlüm?

Gecələr qovrulub, erkən oyandın,
İçindən odlanıb, içindən yandın.
Mənim dərdlərimi dərdlərin sandın,
Uca dağ vüqarlı, bəlalı könlüm!

Sirrlər ocağısan, kuskünsən, lalsan,
Ölərəm bircə gün mən sənsiz qalsam.
Səyyadın əlindən qaçmış maralsan,
Köksündən vurulan, yaralı könlüm!

Sən bir el sazısan, simlərin tarım.
Din ki, çuşa gəlsin kamanım, tarım.
Titrət simlərini,dərdinə varım,
Təkcə sarı simə toxunma, könlüm…

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru