ABBAS İLHAM – ÇAĞIRMA…

SEVGİ ŞEİRLƏRİ

SƏNİNLƏ GÖRÜŞƏ GƏLMƏK ÖLDÜRƏR

( Çağırma görüşə…çağırma məni… )

Gündə bir bəhanə eyləyirəm mən,
Özüm də bilmirəm, neyləyirəm mən.
Susuram…içimdə söyləyirəm mən:
– Səninlə görüşə gəlmək öldürər…

Görsəm ki, qəmlisən, ürəyim sızlar,
Soyuq əllərindən əllərim buzlar,
Ağlasan damcılar yaramı duzlar –
Gözünün yaşını silmək öldürər…

Desən acı kəlmə, keçər qatımdan,
Qəlbim çat-çat olar…keçər çatımdan.
Gülüm, gileylənsən öz həyatından –
Sənin dərd-qəmini bilmək öldürər…

Qorxuram özümlə dava salam mən,
Qorxuram dəlitək havalanam mən.
O görüş yerində elə qalam mən…
Bir dəli “qəh-qəhə”, gülmək öldürər…
Səninlə görüşə gəlmək öldürər.

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir