RUSLAN BORÇALI

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 30 July 1992 ) gənc şair Ruslan Borçalının doğum günüdür. Ad gününüz mübarək, Ruslan müəllim. Gənc şairə uzun ömür, can sağlığı, bütün işlərində uğur arzu edir və yaradıcılığından bi neçə nümunə təqdim edirik:

sevgi şeirləri

Gör məni haraya gətirdi yollar
Kəsir ayağımı qayası-daşı.
Gör nələr çəkirəm cavan yaşımda,
A bəxtsiz taleyim,a dərdli başım.

Gör məni haraya gətirdi yollar
Hay versəm haraya bir adam gəlməz. 
Niyə taleyimi qapqara yazdı?
Hərşeyi o görən,gözəgörünməz.

Gör məni haraya gətirdi yollar
Bir addım atmağa qalmadı gücüm.
Heç mənim özüm də bilmirəm vAllah,
Mən hardan gəlirəm,haradır köçüm?

Mən hər gün gedirəm bu dar yolları,
Gör məni haraya gətirdi yollar.
Ya Rəbbim sən özün kömək ol mənə,
Mənim bu yollarda özgə kimim var.

= = = =

Ömür nədir?! Gedər dönməz bir karvan,
Mən də bir gün o karvanda keçəcəm,
Ruhum bir də tapmayacaq başqa can,
Bu dünyadan əbədilik köçəcəm.

Bu dünya hey boşalacaq,dolacaq
Cavan ömrüm çiçək kimi solacaq,
Kimə qaldı,dünya kimə qalacaq? 
Bu dünyadan əbədilik köçəcəm.

Doymayacam,hələ gözüm qalacaq, 
Köçəcəyəm bəlkə izim qalacaq,
Mən ölsəm də,mənim sözüm qalacaq,
Bu dünyadan əbədilik köçəcəm.

= = = =

Çevrildim keçmişə baxdım, 
Axtardım gülən üzümü.
Niyə indi aynalar da,
Tanımır görən üzümü?!

Doğulduğma peşman oldum,
Dərddən lap yarımcan oldum,
Nə mənlə ağlayan oldu,
Nə də ki,silən üzümü.

Üzdə mənim güldü üzüm,
Öz içimdə doldu üzüm,
İkiüzlü oldu üzüm, 
Olmadı bilən üzümü.

Ya Rəbb yetir dözüm mənə,
Yad olmuşam özüm mənə,
Tanış gəlmir üzüm mənə,
Lap unutdum mən üzümü.

Müəllif: RUSLAN BORCALİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir