Lilpar Cəmşidqızı “Ayın Yazarı”

Tanınmış şairə Lilpar Cəmşidqızı ustac.az – ın təşkilati dəstəyi ilə yazarlar.az-ın keçirdiyi “AYIN YAZARI” Müsabiqəsinin qalibi olmuşdur. O, 2019-cu il İyul ayının nəticələrinə görə “AYIN YAZARI” (iyul – 2019) adını qazanan şairə eyni zamanda təşkilatçılar tərəfindən “BAYRAM BAYRAMOV” DİPLOM-una layiq görülmüşdür. Müsabiqənin nəticəsinə görə şairənin adı bu gündən etibarən “AYIN YAZARI” səhifəsinə qeyd olunur. Diplom isə 2020 – ci ilin iyul ayında Milli Mətbuat Günü ərəfəsində təşkil olunacaq təntənəli tədbirdə digər laureatlarla birlikdə təqdim olunacaq. Lilipar Cəmşidqızını bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun…

ARAYIŞ

AUDİTORİYA (ƏSAS OXUCU KÜTLƏSİ) HAQQINDA:

Azərbaycan – 90%

ABŞ – 6%

Gürcüstan – 2%

Türkiyə – 1%

Rusiya – 1%

FOTO SƏNƏD: FOTO ARXİV

YAZARLAR.AZ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSUBLU

qardaş şeiri

(Sənsizliyin altıncı ili… İllər durna qatarı kimi uzaqlaşdıqca mən sənə yaxınlaşıram…)

QARDAŞ!

Gecə keçir səhər olur,
Ərməğanım qəhər olur,
Həyat acı zəhər olur,
geri dön.

Qəribsəyən tər güllərə,
Boynubükük bülbüllərə,
Yetimləşən könüllərə
geri dön.

Lal suların axarıyla, 
Yurdumuzun baharıyla, 
Uçan durna qatarıyla
geri dön.

Buludların harayında,
Arzuların sarayında,
Sənsiz ilin hər ayında
geri dön.

Torpağın hər qarışında,
Şimşəklərin yarışında,
Ayla günün baxışında
geri dön,
geri dön.

Müəllif: NAİBE YUSUBLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

ATA, ANA HAQQINDA ŞEİR

GÖZLƏRİMİN QABAĞINDA…

Hər günü – bir göz qırpımı, tutub əlindən,
Bizə dəyər-dəyməzinə sırıyır zaman.
Gözlərimin qabağında qocalır atam,
Gözlərimin qabağında qarıyır anam.

Bu dünyanın zər libası gəlmir əynimə,
Mən bu ömrü ömür kimi yaşayammıram.
Özgələrin atəşidi yandıran məni,
Mən özümün atəşimə yaxşı yanmıram.

Üzü soyuq adamlarda daş nəfəsi var,
Üzü soyuq adamlardan küsməyim çətin.
Söz üstündə yarpaq kimi əsirəm, anam,
Niyə sənin başın üstdə əsməyim çətin?!

Atam mənim, Tanrı qulu olmaq zülümdü,
Dəbdəbələr taxtı sevən qullara gedir.
Əfv et, hər an yanınızda ola bilmirəm,
Ömrün çoxu yaşam üçün yollara gedir.

Bilən bilir – mən ömrümü hey zəiflərə,
Budağında yellər döyən yarpağa verdim.
Kürəyinə sığınmağa tək Allah qaldı –
Dost-qardaşın şahlarını torpağa verdim.

Görən, kimi isitməyə doğuluruq biz,
Bəlkə dünya bizi yaxan bir buxarıdır?
Boş əllərim yerdə-göydə ömür axtarır,
Ömrüm məndən ya aşağı, ya yuxarıdır.

Tanrı verən bir ömürdü, mənim ha deyil –
Ya doğmama bağışlayam, ya yada satam.
Gözlərimin qabağında əriyir anam,
Gözlərimin qabağında qocalır atam.

Müəllif: Rafiq Hümmət

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ GÖYÇƏLİ

OLSUN

Var , dövlətdə yox tamahım,
Vurub, tutan qolum olsun.
Yayılmasın göyə ahım,
Şirin dilim balım olsun.

Alın tərim zəhmətimlə,
Tanrı verən möhlətimlə,
Namus , qeyrət, ismətimlə,
İşləməyə halım olsun.

Düz danışım, düz söyləyim,
Halal olsun duz, çörəyim,
Pula, vara yox gərəyim,
Ürəyimdə ləlim olsun.

Allah verən bu ömrümü,
Çox eyləsin şad günümü,
Küsdürməsin heç könlümü,
Pay verməyə əlim olsun.

Rafiq, bəsdi daha demə,
Yüklənmisən dərdə, qəmə,
Gəl fikir ver gələn dəmə,
Şirin , şəkər dilin olsun.

Müəllif: RAFİQ GOYCELİ ( Rafiq Göyçə Cil )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İNTİQAM YAŞAR

Ədəbi aləmdə kövrək addımlarını atan gənc yazarımız İntiqm Yaşar ölkəmizin sərhədlərindən kənarda da özünü – sözünü kifayət qədər tanıtdırmağı bacarıb. Beləki, bu yaxınlarda gənc şair Qırğız Respublikası Yazıçılar Birliyinin “ALTIN KALEM” yəni bizim bildiyimiz anoloji “QIZIL QƏLƏM” mükafatına layiq görülüb. Bu münasibətlə İntiqm müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru