NAZİM YAQUBOĞLU

NAZİM YAQUBOĞLU “ÜÇ YARPAQ”- DA

NƏSİMİ
****
“Ənəlhəq”söylədi,”Haqq mənəm ” dedi , 
Dinin keşiyində durdu Nəsimi .
Dönməz vüqarıyla , cəsarətiylə 
Həyata möhrünü vurdu Nəsimi . 
****
Qorxmadı , qorxunun daşını atdı ,
Mənsur Hüseyninin yolunu tutdu .
Ucaldı , ən uca məqama çatdı ,
Taxtını göylərdə qurdu Nəsimi .
****
Cəsarət olubdur dövləti , varı ,
Pozmadı heç zaman əhdi , ilqarı .
Candan artıq sevdi doğma diyarı ,
Vətəni , Milləti , Yurdu Nəsimi .
****
Fitrətdən yaranıb , açılmaz sirdi ,
Əvəz olunmazdı , təkcədi , birdi ,
Sınanmış ocaqdı , müqəddəs pirdi ,
Əbədi sönməyən nurdu Nəsimi .
****
Zəkası siğmadı bizim cahana ,
Böyük dəyər verdi kamil insana .
Yaşadı , yaratdı hey yana – yana ,
Alovdu , atəşdi , qordu Nəsimi .
****
Soyuldu , amma ki , ” Ağrımaz ” dedi ,
Şəhid olsam belə , ağrım az dedi .
Nə zalım sultana , şaha baş əydi ,
Nə də öz əhdini qırdı Nəsimi . 
****
Dindən qaynaqlandı ilki , əzəli ,
Çaldı ürəyini Təbriz gözəli .
Ellərin dilində əzbər qəzəli ,
Rastdı , Çahargahdı , Şurdu Nəsimi .

12 . 03 . 2019 – CU İL .

= = = =

KİMİ 
****
Qəm üstündə köklənmişəm ,
Ədalətin sazı kimi .
Bəxtim qara bürunubdur ,
Alnimdakı yazı kimi .
****
Başım üstə şimşək çaxır ,
Gözlərimdən qan – yaş axır .
Zaman mənə ögey baxır ,
Ədalətsiz qazı kimi .
****
Dəniz kimi ləpələndim ,
Quma dönüb gah ələndim .
Qürbət elə səpələndim ,
Səhraların tozu kimi . 
****
Dövran birin başa çəkir ,
Birisini dişə çəkir .
Niyə məni şişə çəkir ,
Körpə , əmlik quzu kimi ?
****
Nazim gizli çəkir dərdi ,
Əzablara sinə gərdi .
Əhdim birdi , sözüm birdi ,
Ərənlərin sözü kimi .

= = = =

YAN KECİR 
****
( Elə indi öz əhvalıma uyğun yazmışam . Sıgalsız – tumarsız . Nöqsanlara görə üzr istəyirəm ).
****
Düzü deyə – deyə düzdə qalmışam ,
Övlad da , qohum da , yar da yan keçir .
Əvvəl görüşümə tələsən gözəl 
İndi qarşılaşsaq , harda , yan keçir .
****
Düşkünə dönmüşəm bu cavan yaşda ,
Ögeylik görürəm doğma baxışda .
Darına durduğum dost da , tanış da ,
Görürlər qalmışam darda , yan keçir .
****
Çox ümid bağladım dosta , yoldaşa ,
Həyatda bir arzum , yetmədi başa .
Dönmüşəm yaralı bir qızilquşa ,
Bülbül də , qartal da , sar da yan keçir .
****
Nə dost yada salır , nə qardaş məni ,
Elə bil tanımır o sirdaş məni .
Tək qoyub zalımla bu savaş məni ,
Xətir də , hörmət də , var da yan keçir .
****
Nazim , heç özümə gələ bilmirəm ,
Ürəkdən sevinib gülə bilmirəm , 
Ölmək istəsəm də , ölə bilmirəm ,
Əzrail unudub , gor da yan keçir .

31. 07. 2019.

Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir