Sevda İbrahimli

SEVDA İBRAHİMLİNİN SÖZ ÇƏLƏNGİ

NAXÇIVAN

Əl çatmaz , zirvəli dağların sənin,
Meyvəli , üzumlü bağların sənin,
Yaraşır adına dağların sənin.
Şairlər vəsv edir səni, Naxçıvan!
Adına nəğmələr qoşum, Naxçıvan!

Qoynunda gəzdiyim o təbiətdən,
Kəkliklər oxuyan, yaylaqlı yerdən,
Suyunu içdiyim ” Qızlar bulaqdan” ,
Çox uzun zamandir ayrı qalmısam,
Yadıma düşmüsən, yenə Naxçıvan!

= = = =

ÜMİDLƏR ÖLƏRSƏ
Gülləri solubdur vətən bağının,
Ayağı murdardı çünki, yağının.
Sinəmi göynədən min- bir dağı var,
O vaxtan solubdur gülü Kərkinin.
Tarıma çəkiblər dözən səbrimi.

Dərdimin dərdinə oxşarı vardı,
Vətən sevgisiylə ürəyim yandı.
Ümudlər ölərsə ,yaşamaz ürək,
Söylərəm kamana,saza dərdimi.

= = = =


QARABAĞ


Qarabağ yurdumun yara dərdini
Vətənin qara bəxt qara dərdini.
Oyatma həsrətin ümidlərini,
Gün gələr tapılar saran dərdini.

Ahu zar bizlərin qisməti olub,
Deyirəm səbrimiz kasamız dolub.
Xocalı soyqırımı faciə olub.
Bir şair istərəm yaza dərdini.

= = = =

ANLAYAN YOXDU


Kəsilən qolbudaq vətənimin parçası,
Sızlayan ,ağriyan, bədəninin parçası.
Şəhid olan, itgin düşən, vətən balası,
Bir aqil istərəm qana dərdini.

= = = =

ÜMİDSİZLİK

Lal olub büllbüllər susub kəkliklər,
Üstünə yüyürüb yalan məkirlər.
Deyirəm gün gələr sahib çıxarlar,
Şad günü o zaman olar Kərkinin.
İmtahan etməyin bu gun səbrimi.

Müəllif: Sevda İbrahimli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 4 – cü yazı

DÖRDÜNCÜ  YAZI

 Erich  Maria  Remarque  yoxsa, Ramil Səfərov

Dəyərli oxucum, bu yazını yazmaqda  yeganə  məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi  tərifləmək,  nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları  lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların  adlarını çəkdiyi on müəllifdən biri Erich  Maria  Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu  açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich  Maria  Remarque olur?  Bu suala kəsədən  bəs  gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich  Maria  Remarque  ilk onluğa düşməyə  həqiqətən  layiq  bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım  ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı  oxumaqdan,  mütaliədən  danışır  mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich  Maria  Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich  Maria  Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich  Maria  Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən  dünyanın əksər ölkələrinə  yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları  dəyişsə də Erich  Maria  Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna  və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich  Maria  Remarque üçün olduqca ucqar  bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich  Maria  Remarque nin  necə yazar olmasına  heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək  sevimli yazarımız Erich  Maria  Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa  heç kimdə narazılq doğurmasın  və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları”  (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar ,  üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur,  ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir???  Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???

11.10.2016.  Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 3 – cü yazı

 ÜÇÜNCÜ    YAZI

 SÖZ  VƏ  KİTAB  HAQQINDA

Salam dəyərli oxucum. Şeirlər toplusu olan bir kitabın girişində yazdığım bu kiçik haşiyənin yaranmasının iki əsas səbəbi var. Birinci ən əsas səbəb ailəmdən başlamış və müxtəlif təhsil müəssisələrində müəllimlərimdən aldığım mühüm nəsihətlər vardır ki, onları başqalarının da faydalanması üçün əlçatan etməkdir. İkinci səbəb istər dost-tanışların, istərsə də çoxsaylı oxucu məktublarının daim maraq obyekti olmuş “şeir necə yaranır, bu şeirləri necə yazırsız, müxtəlif  sözləri necə bir-birinin yanına belə düzürsünüz” və s.  bu  kimi sualları cavablandırmağı  özümə borc bildim.

Ona görə hesabat xarakterli deyirəm ki, artıq əsrin dördə biri arxada qaldı. İlk yazım 24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifədə nəşr olunanda  məktəbli idim. Bu cümləni indi adi sözlər kimi bura yazsam da həmin günün təəssüratları tamam başqa idi. Hələ onu demirəm ki, heç gözləmədiyin anda (əlbəttə, birinci dəfə  mənim heç bu barədə anlayışım yox idi) səni poçta çağırıb pul verirlər və deyirlər ki, bunun adı qonorardır…   Bu sətirləri qeyd etməkdə məqsədim ondan ibarətdir ki, az müddət deyil, necə deyərlər – “bir igidin  ömrüdür”. O vaxtdan gör nələr keçib. Quruluş tamam dəyişdi. Dostlar dönüb düşmən, düşmənlər dönüb dost oldular. Bir sözlə çox əhvalatlar oldu, çox. Sadəcə mövzuya aidiyyatı olmadığına görə biz onların üstündən sükutla keçirik. Bu xırda giriş – məlumatı ona görə verirəm ki, aşağıdakı fikirləri söyləməkdə özümü tam haqlı sayıram. Eyni zamanda onu da bildirmək istəyirəm ki, aşağıda qeyd edəcəyim fikirləri bəyan etmək üçün uzun müddət yaşımın 40-ın üzərinə gəlməsini gözləmişəm. Daha əvvəl ona görə bəyan etməmişəm ki, birdən səhvə yol verərəm. Əgər 35-də bir söz deyib 40 –da özüm bilsəydim ki,  heç də belə deyil, bu çox dözülməz bir hal olardı mənim üçün. İndi tam məsuliyyətlə deyirəm ki, bəli bu belədir. Əgər desəm ki, ilk şeiri yazanda 5 yaşım var idi və ya 10 yaşım var idi bu yalan olar. Bu barədə sadəcə onu deyə bilərəm ki, erkən yaşlarda şeir yazmağa başlamışam. Yəni, yazı yazmaq üçün ən azı hərfləri tanımaq vacib idi. Deməli, hərfləri tanıyandan sonra yazmağa başladım. Ancaq bu yerdə tam səmimi bir etiraf da etmək istəyirəm. Hələ heç hərfləri tanımayanda da dəftəri qabağıma qoyub, nəsə  yazırmış  kimi  sətirləri  ziq-zaqla  axıra  qədər səliqə ilə doldurur, sonra aşağı sətirə keçirdim. Beləcə vərəqləri, dəftərləri doldururdum.  Məhz bu səbəbdən mən yazmağı və oxumağı məktəbə getməzdən çox əvvəl əmimdən-evdə öyrəndim. Beləliklə, ilk müəllimimin – mənə yazmağı və oxumağı öyrədən adamın adını açıqlayıram. Bu şəxs mənim əmim-Yaməndir. Bu səbəbdən nə qədər qələm əlimdədir ona bir ömür boyu minnətdarlıq borcum var. Burada ilk müəllimimdən gördüyüm və sizə edəcəyim ilk tövsiyyə gəlir, çalışın ki, uşaq məktəbə getməmiş hələ evdə olanda (normal uşaq 4-5 yaşlarında buna qadirdir) ən azından doğma ana dilində yazmağı və oxumağı bacarsın. Deyərdim ki, bu olduqca vacib və mühüm məsələ olub, uşağın bütün gələcək təhsil həyatı üçün qoyulan ən böyük sərmayədir. Bu bünövrə olmasa, sonrakı mərtəbələri dayaq söykəməklə-çox çətinliklə qaldıracaqsınız. İkinci, artıq oxumağı bacaran kimi, kiçik həcmli uşaq kitabları alıb oxumaq vərdişləri formalaşdırmaq lazımdır. Bunun üçün heç də uşağın məktəbə gedib, dərslik oxumasını gözləmək vacib deyil. İndi o qədər maraqlı uşaq kitabları var ki… Bu arada mənim oxuduğum ilk uşaq kitabı “Qızıl şamdan” adlanırdı. İndi də yadımdadır. Atam mənim üçün üç balaca uşaq kitabı almışdı, “Qızıl şamdan” – ı birinci oxuduğuma görə, ya  mənə çox təsir etdiyindən yadımda qalıb. Təəssüfki, digər ikisinin adını xatırlamıram.

Nəhayət,məktəb həyatı başladı. Onu qeyd edim ki, göründüyü kimi məktəbə tam hazır getdiyimdən demək olar ki, hazırlıqdan birbaşa birinci sinfə keçirdiklərin nəzərə almasaq, ibtidai siniflər heç nə ilə yadda qalmayıb.

O vaxtlar ibtidai siniflər üçüncü sinifdə bitirdi. Dördüncü sinif biologiya müəllimi Rövşən müəllimin çox dəyərli bir məsləhəti ilə yadımda qalıb. Onu qeyd edim ki, oxumaq, mütaliə etmək bacarıqlarımın formalaşmasında bu müəllimin əməyi böyük olmuşdur. Bu müəllimimə də bir ömür boyu minnətdarlıq borcluyam. O, bizə vaxtdan necə istifadə etməyi öyrətməyə çalışırdı. Onun bu vaxt bölgüsü məsələsinin necə ciddi-cəhdlə vacib olduğunu bizə anlatdığı yadıma düşdükcə əsl müəllimin obrazı gözüm önündə canlanır. Yaradana şükür edirəm ki, məni həmişə lazım olan məqamlarda lazımi insanlarla – müəllimlərlə qarşılaşdırıb. Rövşən müəllim bizə belə anladırdı ki, hamının evində  başının üstündə (divarda), stolun üstündə, cibində, çantasında vaxt bölgüsü cədvəli olmalıdır.  Vaxtı elə – belə, başdı – başına buraxmaq olmaz. Vaxta nəzarət etmək lazımdır. Vaxtı bölüşdürmək lazımdır. Rövşən müəllimin dördüncü sinifdə verdiyi bu məsləhətə hələ də əməl edirəm. Ziyan görməmişəm. Dördüncü sinifdə daha bir gözəl insan bizə müəllimlik  etməyə başladı. Bu Rus dili müəllimi Asif müəllim idi. Onun tövsiyyəsinin Rus dili ilə heç bir əlaqəsi olmasa da mənim üçün çox dəyərli bir məsləhət oldu. Bu gün də bu  məsləhətə əməl edirəm. Bəlkə də Asif müəllim elə birinci dərs günü bu sözü bizə demişdi. Yəqin ki, bu belədir. O, belə demişdi: -“ Bax, elə bu gün evə gedən kimi hərə özünə bir qalın dəftər tutsun, hər gün maraqlı nə baş versə axşam, günün sonunda ora qeyd edin. Bu dəftərə gündəlik deyirlər. İllər keçəcək 10 ildən, 20-ildən sonra nə qədər xeyirli bir iş tutduğunuzu özünüz görəcəksiniz…”, “kim istəyir tutsun, bunu mən sizin üçün deyirəm, yoxlamayacağam, dərsimizə aid deyil, sizin inkişafınız üçün vacibdir…” Həqiqətən də Asif müəllim sonralar nə bir dəfə də olsun o mövzuya toxundu, nə də kimin gündəlik tutub-tutmadığını yoxladı. Bu bizə lazım idi. O da bir dəfə deyib vəzifə borcunu yerinə yetirmişdi…  Keçdik beşinci sinfə birinci  dərsdəcə Ədəbiyyat müəllimimiz Həsən müəllim  belə bir sual verdi: – “Kimin evdə kitabxanası var?” – bu bizim ilk  Ədəbiyyat dərsinin  lap sonları idi. O vaxt kitabxana anlayışın tamam fərqli  şəkildə qavradığımıza  görə,  heç kimin dillənmədiyini görəndə Həsən müəllim bir də soruşdu: -“ Kimin evdə dərsliklərdən əlavə kitabları var, şeir, nağıl və s. ?” – bu vaxt o sıradan, bu sıradan əllər qalxmağa başladı. “Əllərinizi salın aşağı, ola bilsin bəlkə də kiminsə bu gün heç bir dənə də kitabı yoxdur. Sizə bir söz deyim, kim şəhərə gedəndə, atanız, əminiz, dayınız, böyük qardaşınız tapşırın sizə bir kitab alıb gətirsin. Bugün, sabah özünüz də böyüyüb tez-tez şəhərə gedəcəksiz, hər gedəndə bircə kitab alıb gətirsəniz,  məktəbi bitirəndə görəcəksiniz ki, böyük bir kitabxananız var.” – bu Həsən müəlimin  birinci Ədəbiyyat dərsində növbəti beş il üçün evə verdiyi tapşırıq idi. Ruhu şad olsun. Burada daha vacib bir məqama toxunmaq istəyirəm. Deməli, bu hadisə məktəbə getməmiş baş verib. Yayda. Yəni həmin yaydan sonra Sentyabrda dərs açılanda birinci sinfə gedəcəkdim. Nənəm uşaqbağçasında aşpaz işləyirdi. Arada anam icazə verəndə nənəmin yanına gedib, orada uşaqlarla oynayırdıq. Bura kəndin mərkəzində nisbətən böyük, qapalı həyəti olan bir yer idi. Uşaqbağçası, kəndin kitabxanası, həkimxana və kənd klubu bir – birinin yanında yerləşirdi. Biz içəridə, otaqda nənəmin yanında oynayırdıq. Bağçanın müəlliməsi dedi ki, gedim bir kitab götürüm oxuyum, mən dedim ki, məndə götürmək istəyirəm, təəccüblənsə də məni də apardı. Yadımdadır ki, müəllimə Salam Qədirzadənin o vaxt xüsusilə gənclərin çox oxuduğu, demək olar ki, əldən – ələ gəzən (indi adı yadımda deyil) bir kitabını götürdü. Mən də kitabxanaçıya dedim ki, Adil dayı mənə də bir kitab ver oxuyum. O isə cavabında dedi: – “Adil dayı yox, Adil müəllim deyərlər”- və getdi mənə kitab gətirməyə. Çox keçmədi, əlində jurnal şəklində olan bir qırmızı kitabla qayıtdı. Səhv eləmirəmsə adı “İliçin uşaqlığı” idi – dəqiq yadımda deyil. Onu bilirəm ki, Lenin uşaqlıq vaxtından bəhs edən bir kitab idi. Sonralar o kitabı bəlkə də on dəfə təkrar-təkrar oxudum. Nəsə, Adil müəllim kitabı gətirdi, mənim adıma abunəçi vərəqi açdı, yazdı-pozdu və kitabı mənə verib dedi: – “Get oxu, gedəndə gətirib təhvil verərsən. Cırma, pozma, ləkələmə.” Mən də – “oldu” – deyib getdim oxumağa. Elə kitabxanadan çıxan kimi həyətdə aşmış böyük qoz ağacının  kötüyünün üstündə oynayan uşaqlar məni də çağırdılar oynamağa. Təbii ki, mən də kitabı qoyub kötüyün üstünə qoşuldum onlara. Başladıq oynamağa. Bir vaxt ayıldıq ki, artıq axşamdı. Belə olanda adətən nənəmiz deyərdi: – “Bala, bala yenə şeytan sizi kirayə tutmuşdu???” – mənasını anlamasam da bu sözün mayasında bizim gördüyümüz nəsə qəbahət bir işin dayandığın anlayırdım. Sən demə, Adil müəllim də əvvəlcədən göz qoyurmuş, görüb ki, mən heç kitabı açmadan necə kötüyün üstünə qoydumsa, eləcə də götürüb gəlirəm təhvil verməyə…. Əlimdə kitab yaxınlaşdım Adil müəllimə, kitabxananın qarşısındakı hündür talvarın altında stul qoyub oturmuşdu. Kitabı verib, getmək istəyirdim ki, Adil müəllim soruşdu: – “Oxudun?” Mən də ani olaraq cavab verdim ki, bəli. Adil müəllim kitabı açıb ordan-burdan suallar verməyə başladı. Təbii ki, cavab verə bilməzdim. Çünki, kitabı apardığım kimi də gətirmişdim. Adil müəllim də bunu yaxşı bilirdi. O gün Adil müəllim “Oxudun?” – sualından başqa mənə heç bir söz demədi… Ancaq mənim o günkü pərtliyim bu gün də hər yadıma düşəndə məni narahat edir… (Burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Kim üçünsə əhəmiyyətli və ya maraqlı ola bilər düşüncəsi ilə bunları da qeyd etməyi özümə borc bilidim.  Oxuduğum ilk iri həcmli kitab üçüncü siniflə dördüncü sinfin arasındakı yay tətilində “Koroğlu” dastanı olub.  Xatırlayanlar varsa, üstündə qalxan şəkli olan göy üzlü qalın kitab idi. İlk çoxcildli kitab isə “Min bir gecə” nağıllar oldu. Bu kitabı da təxminən həmin illərdə oxudum. O da göy üzlü üstündə ay ulduz olan bir kitab idi. İlk xarici ədəbiyyat nümunəsi ilə tanışlığım isə beşinci sinifdə Coğrafiya müəllimimiz  Yusif müəllimin tövsiyyəsi üzərə Jül Vernin  “Kapitan Qrantın uşaqları” – Azərbaycan dilində – kitabı oldu. İndi düşündükcə bir hal mənə çox qəribə gəlir. Müəllimlərimiz hansı kitabı tövsiyyə etsə və ya özümüz hardansa adını eşidib axtarsaq,  o kitabı adi kənd kitabxanasında tapıb oxuya bilirdik. Bir də dərs oxuyan da oxumayan da bədii ədəbiyyatı hamı oxuyurdu. Hətta dərs oxumayanlar vaxtları çox olduğuna görə bədii ədəbiyyatı daha çox oxuyurdular. Yadımdadır, qızlar dərsliklərin cildini qopardıb, oxuduqları kitabı üzləyər, dərs boyu da ayrıla bilmədikləri romanı və ya povesti oxuyardılar…)  Bu kitab mənim kitabxanadan götürdüyüm ilk kitab kimi yadımda elə qaldı ki, bu hadisədən sonra nəinki, kitabxandan götürdüyüm,  dost-tanışdan aldığım kitabları hətta hardasa gördüyüm bir elanı, afişanı mütləq oxumalıyam…

Beləcə maraqlı məktəb həyatı başa çatdı. Orta məktəbi bitirəndə Həsən müəllimin dedikləri düz çıxmışdı. Artıq təxminən 450-500 kitabdan ibarət özümə görə zəngin bir kitabxanam var idi. Düzdü, kitabların çoxunu atam almışdı, ancaq bu mənim kitabxanam idi. Həm də birinci şəxsi  kitabxanam. Bakı Dövlət Universitetinin tələbəsi oldum. Bu məktəb o vaxtlar prorektor olmuş Rasim müəllimlə bir-iki maraqlı söhbətdən bir də birinci kursda uşaqlarla çəkdirdiyim  fotodan başqa heç nə ilə yadda qalmadı. Bircə, o vaxtlar əsas binanın girişində asılmış Birinci Qarabağ Müharibəsində şəhid olan tələbələrin portretləri hələ də gözümün önündən getmir. Hamısa da yuxarı kurs tələbələri idi… Sonralar nədənsə o portretləri oradan yığışdırdılar.  Elə oldu ki, mən də orduya qoşuldum. Birinci Qarabağ Müharibəsində iştirak etdim. Ancaq, harda olsam da ən azı yanımda bir-iki kitab, cibimdə isə mütləq qələm və dəftərçə var idi. Bunu məni yaxından tanıyanların hamısı təsdiq edə bilər. Bütün əsgərlik boyu mənim dolabım olduğu bölüyün kitabxanası olub. Bu gün də həmin kitablardan ən azı ikisi mənim kitabxanamda qalmaqdadır. Beləcə atəşkəs oldu. Daha bir il də ötdü. Komandirlərin təşəbbüsü  və əsgər yoldaşlarımın təkidi ilə təhsili davam etdirmək qərarına gəldim. Hərbi hissədən beş günlük məzuniyyət verdilər ki, sənədlərimi toplayım. Sənədlərimi topladım, hərbi hissəyə qayıtdım. Yenidən müddətsiz məzuniyyət verib oxumağa göndərdilər. Sənədlər qovluqda gəldim Bakı Dövlət Universitetinə. Rasim müəllimlə elə onun kabinetində xeyli söhbət etdikdən sonra bir az onun məsləhəti, bir az da xeyir-duası ilə sənədlərimi verdim Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə və təhsilimi orada davam etdirdim. Beləliklə kursant həyatı başladı onu qeyd edim ki, oxumaq, öz üzərində məşğul olmaq üçün kursantın imkanı, vaxtı tələbəninkindən qat-qat çox olur. Bu vaxtlar mən artıq üçüncü böyük kitabxanamı yaratmışdım. Bu məktəbdə çox yaxşı müəllimlərim olub. Ancaq burada mövzuya aid olduğuna görə, dörd il bizə “Atış və döyüş işi” – fənnindən dərs demiş Loğman müəllimin adını çəkməyi özümə borc bilirəm. Yadımdadır, dördüncü kursun son günləri idi. Loğman müəllimin fənnindən dövlət imtahanlarına hazırlaşırdıq. Loğman müəllim bu imkandan istifadə edib bizə öz tövsiyələrini   verirdi. Sizcə birinci məsləhət nə ola bilərdi? Onun  dediyi sözbəsöz yadımdadır: – “ Harda olursuz olun başınızın üstündə kitab qoymağa heç olmasa bir gözlü rəfiniz olsun” Loğman müəllimin bu tövsiyyəsinə bütün xidmətim boyu əməl etdim. Rəf olmayanda kitablarımı mərmi qutularında saxladım. Dördüncü kitabxanamın kitabları sözün əsl mənasında barıt qoxulu kitablar idi. Ordu həyatı da başa çatdı. Unutma ki, dünyada daimi heç nə yoxdur. Zaman ən iti dağ çayından belə sürətlə axır. Elə ki, mülki həyata başladım, gördüm ki, oxumadan olmur. Lap elə bu gün də maraqlı bir kurs diqqətimi cəlb edən kimi tez ora yazılıb iştirak edirəm, öyrənirəm. Belə kursların birində Mustafa Ünlü adlı müəllimimin kitab haqqında növbəti bir tövsiyyəsini eşitdim: – “İçimizdən birisini hansısa bir mövzu narahat edirsə və ya kimsə hiss edirsə ki, onun deməyə, kimlərəsə çatdırmağa sözü var mütləq bunu kitab kimi yazmalı özündən sonra gələcək nəsillərə ötürməlidir” İnanın ki, bu məqama qədər heç vaxt kitab yazmaq xəyalında olmamışdım. Onu qeyd edim ki, bu hadisədən heç bir il keçməmış “Oriyentir Ulduzu” çapdan çıxan kimi dərhal birini yazıb dəyərli müəllimim-Mustafa Ünlüyə göndərdim. Düzü, indi bu sətirləri yazarkən düşünürəm, niyə “Oriyentir Ulduzu” – ndan əvvəl çapdan çıxmış üç şeir kitabların deyil məhz onu göndərmişəm müəllimimə??? Ümumiyyətlə, nə qədər araşdırsaq da, dəqiq olmağa çalışsaq da  həyatımız suallarla doludur. Mövzunun  sonunda  nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün həyatımın müxtəlif dövrlərində mövcud olmuş beş fərqli kitabxanamın  hamısından (zabitlik dövrü istisna olmaqla, çünki, bu kitablar çətin tapılan sırf ixtisas kitabları olduğuna görə bütün  kitabxanamı elə ağzı bağlı – böyük mərmi qutusunda xidmətdə qalan zabit yoldaşlarıma hədiyyə etdim) heç olmasa bir – iki nümunə olmaqla təxminən min kitabdan ibarət olan, zəngin bir kitabxanaya  sahibəm.  Daha maraqlısı odur ki, bu kitabların içərisində ondan artıq kitabın müəllifi mən özüməm. İndi mən də düşünürəm və eyni zamanda sizə də sual edirəm, əgər müəllimlərimin məsləhət və tövsiyələrinə əməl etməsəydim bu nəticəyə nail ola bilərdimmi? – Sizin nə cavab  verəcəyinizi gözləmədən öz qənaətimi sizinlə bölüşmək istəyirəm. Bu günə qədər qazandığım bütün naliyyətlərimə görə əvvəl müəllimlərimə  sonra isə kitablara borcluyam….

İndi gələk, ikinci məsələyə. İlk əvvəl onu qeyd edim ki, (mən bunu dəfələrlə qeyd etmişəm) sözü kimin deməyindən, qələmə almağından asılı olmayaraq mənbəyi təkdir, ancaq zaman və məkan şərtdir. Buradan məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, eyni məzmunlu sözü müxtəlif insanlar, başqa-başqa zamanlarda, dünyanın dəyişik yerlərində bir –birindən xəbərsiz şəkildə deyə və ya qələmə ala bilər. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Hamı azad düşüncə haqqına sahib olduğuna görə əksini  də  iddia  edə və ya sadəcə  razılaşmaya bilər. Məncə, söz yaradıcılığı (fərqi yoxdur nəsr və ya nəzm) üç əsas şərtə söykənir. Birinci bu genlə, nəsillə bağlıdır. İkinci mühitlə, yəni gələcək yazarı əhatə edən, təbiət, insanlar və yaşam tərzi, həyat şəraiti. Üçüncü isə daha maraqlı şərti ruhdur. Gələcək yazarın ruhu. Mən tam məsuliyyətlə deyirəm ki, 4 yaşlı Zaurun ruhu ilə 40 yaşlı Zaurun ruhunun arasında heç bir fərq yoxdur. Zaur  14 yaşında yazdığı şeirlərdə işlətdiyi sözləri 41 yaşında da işlədir. O vaxt da şeirdə ard-arda muncuq sapa düzülən kimi sözləri yazanda çoxunun mənasın bilmirdim. İndi də belə olur. Onu qeyd edim ki, mənim bütün bu dediklərim söz gələndə kağız – qələm axtaran və ya indiki  müasir dövürdə telefona, planşetə yazan adamlara aiddir. Yoxsa, kağız – qələmi qabağına qoyub söz axtaran adamlara deyil. Mən hətta bir az irəli gedib söz yaradıcılığının  reinkarnasiya hadisəsini sübut edən tutarlı dəlillərdən biri olduğunu iddia edərdim. Çünki, yenə qeyd edirəm, istər nəsr, istər nəzm söz yazılanda bir-birinin ardınca elə gəlir ki, sanki, kimsə sözbəsöz diktə edir. Yazanın boynuna sadəcə vaxt tapıb bu sözləri qəbul etdiyi kimi qeyd etmək qalır. Məhz buna görə də ilk vaxtda anlamını bilmədiyimiz sözü yazmağımız məntiqi cəhətdən doğrudur. Mən yazıları müxtəlif adlarla növlərə bölməyi xoşlamıram. Bəlkə də bacarmıram. Mənim üçün bütün yazılar iki qrupa bölünür. Tamlar və natamamlar. Əgər söz gələn məqamda imkanın olub onu olduğu kimi qeyd edirsənsə, bu olur tam. Yox əgər həmin məqamda yazmaq alınmırsa, sonradan onu yadında qalan kimi yazırsansa bax bu olur natamam. Bu yazlar ilk oxunuşdaca seçilir. Şeirləri hansısa başqa dilə tərcümə etməyin əleyhinəyəm. Uzaqbaşı bir şeiri eyni köklü ana dilin başqa-başqa qruplarına, şivələrinə, ləhcələrinə uyğunlaşdırmaq olar. Məsələn biz ana dilmizdə yazdıqlarımızı Osmanlı türkcəsinə, türkmən ləhcəsinə  və ya özbəkcəyə uyğunlaşdırmaq olar. Yoxsa, sən bunu çevir rus dilinə, ingilis dilinə, fars dilinə və s. Bu yol verilməz bir haldır. Yəni bu vaxt sən yazdığın qalır bir kənarda, ortaya tamam qondarma bir məhsul çıxır. Bu barədə sözümü öz başıma gələn bir misalla yekunlaşdırmaq istəyirəm. Demək “Tuncaya” şeiri  bəlkə də 10-15 dəqiqə ərzində gəlib:

TUNCAYA

Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana  sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi

*      *      *

Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!

*      *      *

Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa  sədaqət, güvən sənindi!

*      *      *

Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni  kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!

*      *      *

Unutma ki, lap binədən belədi,

Mərhəmətli, yuxa ürək sənindi!

Xilas etdin, bağışladın ənamlar,

Yamana yaxşılıq,  ancaq sənindi!

*      *      *

Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!

*      *      *

Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz,  şanlı əsgər sənindi!

*      *      *

Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü  sənindi!

*      *      *

Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət  bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

Yazandan sonra oturub bu şeiri oxuyuram;

“Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!”

bu bəndə çatanda dayandım. Özüm-özümə deyirəm, bu lap ağ oldu ki, “Savaşda, uçağı kəməndlə  tutan,”

bu boyda şişirtmə olmaz. Bu bəndi sildim. Gördüm nəsə əlaqə pozulur bir –neçə bənd sildim. Şeir oldu heç. Qoydum kənara. Bu hadisədən bir müddət keçəndən sonra kitab dükanlarının birində almaq üçün kitab seçirəm. Birdən əlimdəki göyüzlü, hələ kimdən, nədən bəhs etdiyi mənə məlum olmayan kitabın üzqabığına çıxarılmış bir cümləyə sataşdı. O cümləni olduğu kimi yazıram: -“Osman Baturun 11 yıla sığdırdığı əfsanəvi milli mücadiləsi dildən-dilə anlatıla-anlatıla gəlmişdir. Kəməndlə uçaq düşürən, düşmənə aman verməz cəsarəti və nişançılığı ilə dolu həyat mücadiləsi….” bu kəlmələri oxuyan kimi tez kitabı alıb dükandan çıxdım. İndi yol boyu şeirdəki sözü düşünür onun da təxminən bu məzmunda olduğunu xatırlayır, ancaq dəqiq necə olduğunu yadıma sala  bilmirdim. Gəlib evə çatdım. Şeiri yazdığım dəftəri uzun axtarışdan  sonra  tapdım. Qaraladığım bəndləri oxudum və heyrətə gəldim. Bu hadisədən sonra heç bir sözə – şeirə dəyişiklik etməyəcəyimə mümkün qədər olduğu kimi vaxtında və dəqiq qeyd edəcəyimə söz verdim.

İndi qayıdaq birinci şərtə gen – nəsil barədə bir balaca açıqlama verim. Burada onu qeyd edim ki, bu yazdıqlarımı  psixoloqlar, ədəbiyyatçılar, tədqiqatçılar və ümumiyyətlə araşdırmaya həvəsli hamı üçün birinci mənbədən maraqlı qaynaq hesab edirəm. Deməli mənim atam da uşaqlıq və gənclik illərində şeir yazıb, indi yazırsa da mənə məlum deyil. Mən yuxarıda da qeyd etdiyim kimi vaxtını dəqiq bilməsəm də erkən yaşlardan şeir, hekayə, məqalə yazıram. İndi isə hamısı gözümün qabağında olan, rahat araşdıra bildiyim qızımın yazdıqlarıdır. Deməli, Gülü 5 yaşından etibarən gözümün qabağında şeir yazmağa başlayıb. Özü  də çox səliqəsizdi. Evdə, özünün nə qədər dəftəri olsa da görürdün əzik-üzük bir vərəğə iki sətir ya dörd sətir yazıb gətirib. Ata bax  “şeir”  yazmışam.  Ancaq onu qeyd edim ki, onun artıq 9-10 yaşında yazdıqlarına şeir demək olar. Yəqin ki, o məndən çox qabaqdadır.

Əziz və dəyərli oxucum bu uzun – uzadı,  nala – mıxa vurmalarla səni yorsam da, yeganə məqsədim çox uzun zaman ərzində böyük çək–çevirlərlə yəqinləşdirdiyim  cüzi mətləbləri sənə çatdırmaq oldu. Yuxarıda oxuduqlarının hamısı real həyat hadisələridir. Ya gərək bu və ya buna oxşar mülahizələri qəbul edək, ya da söz məsələsin də dünyanın bizim üçün hələ də qaranlıq qalan digər sirləri sırasına qoşaq. Seçim sənindir. Bu işdə hamımız özgürük. Sən bir başqa cür düşünə bilərsən. Mən bir başqa fikirdəyəm. Mənim sənə çatdırmaq istədiyim bunlardan  ibarət idi.

21.08.2016.  Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USTADNAMƏ” kitabında ön söz, “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu – Yalan YETƏR…

biz biz olsaq, kim nə deyər bizlərə

RUHUM OXLANIB

Ağlım var, sırıma mənə yalanı,
Zər deyib geydirmə, nimdaş palanı,
Dağlansın, milləti oda salanı —
Qarğışa keçmişəm, əlim bağlanıb.
***
Nəyi gözləyirsən, adil millətim?
Qurtarmır əzabın, sönmür zillətin,
Düşmən əlindədir namus, qeyrətin,
Şərəfi don vurub, qeyrət buğlanıb.
***
Deyin, bu münvalla gedirik hara?
Nədən aciz olduq, tapmırıq çara,
Dilimiz lal olub, qəlbimiz yara,
Sinəmiz bir qızmar şişlə dağlanıb.
***
Odum söndürülüb, kül olub qorum,
Çatlayacaq, belə getsə, hər gorum,
Mənə yağ adına sırınır şorum,
Şorum qaymaq tutub, yaman “yağlanıb.”
***
Duyğular buxovlu, çapa bilmirəm,
Yurd kündəm küt gedir, yapa bilmirəm,
Halıma özgə ad tapa bilmirəm,
Cismim güllələnib, ruhum oxlanıb.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli

SEVDA İBRAHİMLi haqqında

Sevda İbrahimli (13 October 1965 ) müqəddəsliyin rəmzi, mədəniyyətlər beşiyi, qədimdən qədim Naxçıvan torpağında dünyaya göz açıb. Ana yurdun əsrarəngiz mənzərələri artıq erkən yaşlarında ruhunu çuğlamış və bu təkarsız gözəlliklər onun tutduğu qələmdən özünə yeni ad-ünvan qazanmağa başlamışdı… Bu ünvanın adı şeriyyat, mənzili isə Sevda İbrahimli şeiri idi… Uca Yaradandan sevimli, xanım-xatın şairəmizə uzun ömür, can sağlığı, bütün işlərində müvəffəqiyyətlər arzu edir və bir neçə nəzm nümunəsi təqdim edirik:

SONETLƏR
Ey insan qələmdən utanmaq olmaz,
Qələm naşı əldə olanda utan.
Qələmim itidi, mərmi, güllədi,
Sapı özümüzdən olan baltadan utan.
25.07.2019

Yazır qələmimiz meydan oxuyur,
Nisgildən gileydən xəlçə toxuyur.
Naxışlı ilməsi, mərmi, güllədi,
Qırmızı rəngi var qanla toxuyur.

25.07.2019

İNCİYƏM

Qələmimdən süzülən dürrüdür incidir mənim,
Könlümun sevgisidir, sevincidirki mənim,
Mirvaritək süzülür bulaqların gözundən,
Hər danəsi incidir düzülüb sətirlənib
Sevinc ilə qəm ilə boyanıb çətirlənib.
Hər sözüm ,misralarım ürəyimin səsidir
Müşkü – ənbərə bürünüb ətirlə sehirlənib,
Hər sətrim hər sözüm mənimdir, bir incidir!

ARZU – İSTƏYİM

Oxucu qəlbinin qonağı olsam,
Ofsunlu sözümlə ruhunu alsam,
İsitsəm şerimlə milyon insanı,
Üşüyən könlünün istisi olsam,
Sözümlə dastanlar incisi olub,
Xalqımın sevimli şairi ollam,
Ədəbiyyat tarixində imzamı atıb,
Xalq şairi adımla əbədi qallam.

KÖNLÜM

Qələmin ucunda könlüm inləyir,
Çox sirri acmayır könlum gizləyir.
Qarabağ deyəndə, yaram göynəyir,
Çibanlı yara tək hey, gizildəyir.
Şüarlar yazırıq ağız dolusu,
Şerlər yazırıq kağız dolusu.
Tərənnüm edirik , ağı deyirik,
Bu haqsız davalar niyə bitməyir?

25.07.2018.

Müəllif: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 2 – ci yazı

İKİNCİ  YAZI

USUBCAN  ƏFSANƏSİ                                                               

Salam, dəyərli oxucum bu yazını həm Gülünün xahişi üzərinə, həm də bir növ onun mənə xatırlatdığı borc kimi dəyərləndirərək, qələmə aldım. Yazım Azərbaycanın, Qarabağın, dilbər guşələrindən olan qədim tarixə malik Yusifcanlı (Sufcalı, Usubcanlı) kəndi, onun tarixi, yerləşdiyi ərazi, adət-ənənələri, insanları haqqındadır. Yusifcanlı kəndinin yerləşdiyi ərazinin lap qədimdən, yəni Miladdan öncədən də yaşayış məntəqəsi olması müzakirə mövzusu belə ola bilməz – bunu kədin öz ərazisi daxilində yaşayış üçün əlverişli olmasına baxmayaraq, dəfələrlə yer dəyişməsi, ən qədim inancların 1993-cü ilin yayına kimi ilk günlərdə (ibtidai dövrlərdə – Adəm oğullarının indiki Təbriz şəhərinin olduğu ərazidən  Ağrı  dağı istiqamətində hərəkətə başladığı ilk vaxtlarda – hansı fikrə inanmağımızdan asılı olmayaraq) olduğu kimi təzə-tər qutsal şəkildə yaşaması, qədim “Elçi yolu” adlanan karvan yolunun üzərində yerləşməsi, bu günümüzdə də demək olar ki, bütün ərazidən addımbaşı müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrinin tapilmasıdır. Əsasən 1950-60-cı illərdə kəndin ətraf ərazilərində eləcə də daxilində qazıntılar zamanı tapılmış küplərin dəqiq İslamdan qabaqkı dövrə aid olduğu sübut olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnsitutunun əməkdaşlarının 1950-də “Kültəpə”, 1960-da isə “Çalağantəpə”də bir çox qədim maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində 7 – min illik tarixi olan daşlaşmış. kömürləşmiş buğda dənələri olmuşdur. Yusifcanlı kəndinin zəngin və olduqca qədim özünəməxsus tarixinə bir də inancalr bölməsində sadə xalqın təbii, tərəfsiz və qatqısız baxışları fonunda nəzər salacağıq. Bu bölmədə qısaca deyə bilərik ki, dövrümüzdə də hamı Nüşiravanlığı, Şah İsmayılı, Şah Abbası, Nikolayı, Lenini, Müsavatı- Hürriyətçiliyi, Stalini bütün gavur (kafir)-müsəlman, sünni-şiə, erməni-müsəlman (türk), dünya müharibələrin dildən-dilə, ağızdan-ağıza yaxşı xatırlayır və bütün bu tarixi hadisələr Azərbaycanın bütün torpaqları kimi həmişə Yusifcanlını da ətkiləmişdir. Özəllik ondadır ki, həmişə bütün hadisələrin tam ortasında qalmağına baxmayaraq, xüsusi ilə 1970 – ci ildən sonra – bu fakt olaraq belədir – böyük siyasətçi Heydər Əliyev 1969-da hakimiyyətə gələndən sonra Yusifcanlı böyük bir sıçrayışla inkişaf etmiş, 1990-cı illərdə sözün əsil mənasında ən parlaq – briliyant dövrünü yaaşamışdır, məhz briliyant- bunu ancaq və ancaq belə adlandırmaq olar. Bütün dövrlərdə əsas göstərici iqtisadi vəziyyət olmuşdur. Tam əminliklə qeyd edirəm ki, öz təmiz əməyi, zəhməti ilə yaşayan Yusifcanlı kəndində 1993-cü ilin yayında bir ailəni belə kasıb adlandırmaq olmazdı. Məsələn, orta statistik ailə hərbi xidmətdə olan varsa var, yoxsa hamı ailədə- kəndədir. Hamı işləyir. Həyətin meyvəsi, mal-qaraya da baxmaq lazımdır. Əsgərə nişanlanıb gedir, gələn kimi heç bir problemsiz ev tikilir toy edilir. Bütün aillələrin ən azı bir minik avtomobili və bir-neçə kənd təsərrüfatı texnikası var idi(adı savxozun olsa da). İnsanlar lap qədimdən bu tarixə qədər- 1993- cü ilin yayının o gününə səhər saat 10:00 – a qədər qurub yaratdılar. Hətda o gün də hamı səhər-səhər adi qaydada durub, işə getmişdi, ancaq daha heç  kim işdən öz evinə qayıda bilmədi. Bu sətirləri sözlə yazmaq çox asandır, ancaq dərk etməyə baş lazımdı – bir anın içində əsrlərdən bəri ata- babaların qurub yaratdıqlar bir göz qırpımında məhv olur yerində bu quru sözlər (hələ şükür, min şükür ki, biz Azərbaycan kimi bir ölkədə yaşayırıq) bir də nə vaxtsa mütləq bu torpaqlara qayıtmaq  ümidi  qalır…

Yusifcanlı kəndinin böyük bir hissəsi 1994-cü il aprelin 12-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur, kiçik bir hissəsi isə ordumuzun nəzarəti altındadır.

Tez-tez Ermənistan silahlı qüvvələri Yusifcanlı kəndinin işğal olunmuş hissəsindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur. Bütün hallarda  Azərbaycan Silahlı Qüvvələri  cavab atəşi ilə qarşı tərəfi susdurur.

Usubcan əfsanəsi

Əfsanənin kökləri Şah İsmayılın zamanından şox əvvəllərə gedib çıxır; deyilənə görə çox-çox qədimlərdə yəni, Şah İsmayıl  toy-büsatla bu yerlərdən keçib Təbrizə getməmişdən çox əvvəl Qarqarçayla Qobu arasındakı qalın olduqca sıx, keçilməz meşənin ortasında yerləşən bu kənddə Usubcan adlı çox güclü bir gənc yaşayırmış bir ucu Ərdəbildə, Təbrizdə bir ucu Bərdədə, Gəncədə, İrəvanda, Makuda bu ətrafda bunun kürəyini yerə vuran yox imış. Usubcandan əvvəl kəndin yəqin ki, hansısa adı olub, ya bəlkə də heç olmayıb. Nəsə əfsanəyə görə Usubcanın şöhrəti artdıqca kənd də tanınmağa başlayıb. Şah İsmayılın padşahlığı başlayandan sonra kənd Təbrizdən gəlib Gəncədən keçib gedən “Elçi yolu”-nun üstündə qalması ilə sonralar ətraf şəhərlərdən belə adamların köçüb gəlməsi(Qaladan zaman-zaman daha çox köçüb gələn olub- bu da yenə köç yolunun üzərində olması ilə əlaqəli olub yəqin) ilə daha da böyüyən kənddən ətrafa gediş- gəliş artıb; hardan gəlmisən sualının cavabı sözsüz ki, həmişə Usubcanın kəndindən olub. Bu minvalla sonralar aşağı (Təbrizə, Araza tərəf), yuxarı (Gəncəyə, Kürə tərəf) sülh vaxtı tacirlər, müharibə vaxtı əsgərlər yolüstü kəndin adın “Usubcanlı”, “Sufcanlı” deyə yaymağa başlamışlar. Günümüzdə də “Yusifcanlı” ancaq sənədlərdə yazılır, yəni siz bu kənddən olan bir nəfərdən soruşsaz ki, hardansan cavab ” Sufcanlı” olacaq.

Kəndin sayılıb seçilən ağsaqqalları olub:

  • Hacı İsmayıl,
  • Hüseyin Qara ,
  • Abış Kişi ,
  • Məşədi Mustafa ,
  • Vəli Kişi ,
  • Talış Kişi,
  • Məşədi Əzim ,
  • Cümşüd Kişi ,
  • Molla Mürşüd,
  • Alagöz Kişi və başqaları bu kənddə həmişə ağsaqqal sözü eşidilib, hörməti saxlanılıb. Bu yerdə özümün şəxsən müşahidə etdiyim  maraqlı bir məqamı diqqətinizə çatdırmağı özümə borc bildim. Deməli, son günlərədək, yəni şəhid xəbərləri, yas mərasimləri toyları səsiz edənə qədər heç kim cürət edib toy-düyün və digər şadyanalıq  şölənlərində süfrəyə sipirtli içki qoya bilməzdi. Cavanlar (içmək istəyənlə) gizlin bir yolun tapıb içərdilər. Ümumiyyətlə kənd camaatı çox dindar və adət -ənənələrə sadiq idi. Əsrlərdən bəri süzülüb gələn Şiəlik mövcud olmuş  atribut və tədbirləri  ilə bütün dönəmlərdə fasiləsiz şəkildə nəsildən nəsilə (babadan – nəvəyə)  ötürülmüşdür. Novruz bayramı “Qarqara çıxılan gün” , “Çilə günü”, “Çilə bayramı” (“Novruz”-dan başqa çox adlarla) çox zəngin adət və tədbirlərlə, oyunlarla həmişə,  bütün dövrlərdə fasiləsiz olaraq qeyd olunmuşdur. Qarqara çıxılan gün (21 mart)  bütün ətraf bölgələrin camaatı da “Sufcanlı”-ya bayramı qeyd etməyə, bəlkə də daha çox Kəndirbaza baxmağa, Dirədöymə oynamağa yığışardılar. Kəndə bayram tədbirləri fevralın axırında yanan yalançı çərşənbə ilə başlayar, qalan dörd gerçəkci  çərşənbələrin hamısı yelləncək günü kimi qeyd olunardı. Bu günlər  (dörd çərşənbə boyunca) evdə heç kim qalmaz hamı kəndin kənarında yellənck ağaclarında  (iki-üç yerdə) qurulmuş yelləncəklərin  ətrafına toplaşar, yumurta döyüşər, dirədöymə oynayardılar. Bayram şöləni hava tam qaralana qədər yelləncəklərin ətrafında, sonra məhlələrdə ki, çərşənbələrin başında, çox vaxt səhərə qədər evlərdə davam edərdi. Axırıncı çərçənbə məxsusi olaraq “Çilə gecəsi” adı ilə qeyd olunar, sübhə qədər hamı oyaq qalardı. Bütün yaş qrupunda olan insanlar dəstə-dəstə toplanar əvvəcədən hazırlıq görüb, seçilmiş evlərdə Çilə keçirərdilər. Bu gecələr çox maraqlı idi. Ən birinci hamı bu gecəni ilboyu səbirsizliklə gözləyərdi ki, Dağdağan ağacının altında niyyət edib, budağından gözmuncuğu düzəltmək üçün kəsəcək.  Kosa gedilər, torba atılar, cavalar niyət tutub dinləməyə gedərdilər. Maraqlı oyunlar oynanılırdı. Sübh olanda sonucu tonqal qalanar. (Sübhdən.) Kəhriz üstə gedilər, yol boyu arxların üstündən hoppanır, tənəyin altından keçərdilər. Qayıdanbaş kəhrizdən su gətirərdilər. Həmin gün martın neçəsinə düşürdüsə, o gündən 21-i matra (Qarqara çıxılan günə) qədər hər gün bayram olardı. Adamlar bir-birlərinə gedib gələrdi. Bu gün nə qədər çox olsa uşaqlar o qədər də sevinirdi. Kəndimiz adından əlavə Çöpçülər (boğazda qalan çöpü çıxardan türkə-çara təbiblər), Mollalar, Seyidlər adları ilə də tanınmışdı. Günü bu gün də (14 mart 2014) baxmayaraq ki, bütün kənd camaatı  bütün dünyaya səpələniblər, baş tutan məclislərdə – adətən toylarda ilk söz mütləq seyidlərə verilir.

Seyidlər:

  • Seyid Məmməd,
  • Seyid Əhməd,
  • Seyid Həşim ,
  • Seyid Mirəliş (Seyid Əliş) və başqaları gənclər…

Mollalar:

  • Molla Məmmədbağır ,
  • Molla Fərrux,
  • Molla Qulu ,
  • Molla Məhərrəm ,
  • Molla Məmməd və başqaları gənclər…

Sənətkarlar:

  • Təlifçi Pöhrüz ,
  • Dəllək Fəqan ,
  • Dəllək Allahyar ,
  • Usta Hümbətalı ,
  • Usta Fazil ,
  • Usta Şahin ,
  • Usta Yamən və başqaları gənclər… Deməli təlifçilər xeyir və şər mərasimlərində atın belində məhlə-məhlə gəzərək, bütün evləri bir-bir sabahkı və ya bir-neçə gündən sonra olacaq tədbirə (toy-düyün, yas məclisi;3,7, 40, il) dəvət edərdi. Təlifçinin mətni təxminən belə idi: “ Məhəmməd, Məhəmməd sabah Əhməd oğluna toy edir, ora dəvətlisiz…”  Dəlləklər həm təraş həm də sünnət işinə baxırdılar. Digər ustalar ev tikmədən tutmuş, müxtəlif xirda işlərə qədər bütün məsələri həll edərdilər.

İnanclar:

Yuxarıda qeyd etdik ki, Yusifcanlı kəndinin ərazisində lap qədimlərdən yaşayış olmuşdur. Təbiidir ki, mədəniyyət də müxtəlif və zəngin olacaqdır. Günümüzdə kəndin əhalisi bir mənalı olaraq şiə-müsəlman Azərbaycan-Türklərindən ibarət olub, bir dildə Azərbaycan Turkcəsində danışırlar. Bu tərkib Şah İsmayılın zamanından bəri belə formalaşıb və illər ötdükcə daha da möhkəmlənib, yekcinsləşib. Ancaq bunula belə ən qədim Totemizmdən üzü bəri Atəşpərəstlik-oda sitayiş və xristianlıq İslamla(Şiəlik) birlikdə yaşamış, hamısının varlığı sübut olunmuşdur. Zamanla demək olar ki, Xristianlıq öz izlərini qoyub tam ərimişdir, yəni Albaniya dövründən sonra, xüsusi ilə də İslamın qəbulundan sonra həm də kənd camaatının qatı dindar olması səbəbindən Xristianlıq öz izlərini bir neçə məsəldə və islamdan əvvəlki dövrə aid küplərin dibindən tapılmış şərab, üzüm çəyirdəyi qalıqlarında qoyub bir dəfəlik zamanın arxivinə keçmişdir.

Günümüzədək ağaca inam Totemizmi özünü qoruyub saxlamış və onu qeyd edim ki, Dağdağan ağacı müqəddəs sayılmaqla bərabər kəndin ərazisindəki xüsusi bir Dağdağan ağacı var ki, onun hörməti son günlərə qədər kənd məscidinin hörmətindən çox olub ki, az olmayıb. Bu ağacla bağlı rituallarda kifayət qədər Şamanizm əlamətləri də olub.

Atəşpərəstlik-Oda sitayiş də həmişə İslamla qoşa addımlayıb. Belə ki, sadə insanlar, yəni xalq, əsas elektarat bir dəfə Allaha and içəndə beş dəfə də Oda, Günəşə and içib həmişə: “o, Gün haqqı”, “o, İşıq haqqı”, “o, isti zindan haqqı” hətta daha müasir formada, “o, peç haqqı” od-ocaq həmişə müqəddəs sayılıb.

Adətlər:

  • Yellənçək (bayram adəti) ,
  • Çilə çıxartmaq (bayram adəti) ,
  • Qarqara çıxmaq (bayram adəti) ,
  • Ciyar axşamı (toy adəti) ,
  • Kəmləşmək (toy adəti) ,
  • Kosa getmək (bayram adəti) və başqa unutduqlarım ola bilər, baxmayaraq ki, çalışmışam heç nə yaddan çıxmasın..

Bayramlar- bir bayram var idi o da bahar bayramı;

  • Qarqara çıxılan gün

Oyunlar:

  • “Topaldıqaç”,
  • “Huydurma ağac”,
  • “Dirədöymə”,
  • “Mətə-mətə”,
  • “Ənzəli”,
  • “Çilikağac” və başqa unutduqlarım ola bilər…

Şəhidləri- bu qanlı- qadalı ilər bizim kəndən də yan keçmədi, əksinə tam ortasında qaldı, ən anlaşılmaz (bu gün-14 mart 2014, cavabsız suallar çoxdur…) məqamlar yaşadı. Canlar aldı və hələ də almaqda davam edir….

“Ustaclıyam, əlim ərşi – əlada,

Bu nə sitəm, Millətim nə bəlada???!!!…”

  • Vahid Abbasov Muxtar oğlu
  • Knyaz Abbasov Əliqulu oğlu
  • Əliyev Zəfər Düşgar oğlu
  • Tağıyev Həmzə Tağı oğlu
  • Hüseyinov Hüseyin Əkbər oğlu
  • Mejdunov Etiraz Oruc oğlu
  • Xəlilov Elbar Eldəniz oğlu
  • Seyidov Abuzər Rəsul oğlu
  • Rüstəmov Sərdar Böyükkişi oğlu bu siyahının bitməsini daha uzanmamasını arzu edirəm….

İtginlər – şəhidlərimizdən əlavə səsi-sorağı olmayan oğullarımız da var:

  • Quliyev Heydər Qurban oğlu,
  • Rüstəmov Azad Həsənqulu oğlu,
  • Əliyev Kamil Hidayət oğlu,
  • Quliyev Mübariz Ramiz oğlu, bitsin bu siyahılar…..

Tarixi abidələri:

  • Yataq təpəsi ,
  • Cənnətalı məscidi,
  • Mahmudun körpüsü ,
  • Hacı İsmayıl məscidi ,
  • Su dəyirmanı ,
  • Hacılar Od dəyirmanı (motorla işləyən) ,
  • Qayabaşı Od dəyirmanı (motorla işləyən) , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Meydan və küçələr:

  • Həbibin evinin dalı (baş meydan) ,
  • Dükanın qabağı ,
  • Poçtun qabağı ,
  • Daş yol (əsas yol ),
  • Dar yol (aralıq yol da deyilir), çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Toponimlər:

  • “Elçi yolu” ,
  • “Köhnə Qarqar” ,
  • “Təzə Qarqar” ,
  • “Qışlaq arxı” ,
  • “Təzə arx” ,
  • “Yataq təpəsi” ,
  • “Təpə-təpələr” ,
  • “Üzərlik təpəsi”,
  • “Öküzçü” ,
  • “Daşlıq aralığı” ,
  • “Kərpicli” ,
  • “Quzeydən” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Bağları:

  • Vəlinin narlığı ,
  • Hərifin palıdlığı ,
  • Mahmudun bağı ,
  • Böyük bağ ,
  • Kiçik bağ ,
  • Saqqızlq ,
  • Şıx Həsən,
  • Hacılar qırması, çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Məhəllələr:

  • “Sivişdili” ,
  • “Ənbərdə” ,
  • “Hacılar” (Hajılar) ,
  • “24-lər” ,
  • “Şəhrili” ,
  • “Təzə məhlə” ,
  • “Aşağı məhlə” ,
  • “Yuxarı məhlə” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Aydınları:

  • Kərbəlayi Əşrəf (1895 – 1959) -din alimi ,
  • Sadıqov Hümbət (1922) – tanınmış müharibə veteranı, şair,
  • Zeynalov Qurban (1926 – 1941) – publisist, müəllim,
  • Əhməd Qasımov (1927 – 1998) – ictimai xadim, jurnalist,
  • Şahnəzər Hüseyinov(… – 2004) – alim,
  • Abbasov Zeynal (… – …) – alim,
  • Xəlilov Allahqulu(… ) – hərbiçi, polkovnik,
  • Əmirov Həsən (….) – hərbiçi, polkovnik,
  • Salam İbrahimoğlu (1950) – rəssam, şair,
  • Şahin Qasımov (1951) – mədəniyyət işçisi ictimai xadim və başqa digər onlarla gənclə bu siyahını uzatmaq olar…

Coğrafiyası və iqlimi:

Bu kənd Ağdam  şəhərindən 12 km cənub şərqdə, Qarqarçayın  sağ sahilindəki ərazidə yerləşir. Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçaydan  götürülən sular və Tərtərçaydan,  Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçayın  sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay  özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından “Qobu” deyilən “Quru çay” dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Qobudan əlavə “Qışlaq arxı” (Qışdı arxı) və “Köndələn arxı” da suvarmada istifadə olunub. “Köndələn arx” qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi  rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan “Quzeydən” massivi Mərzili tərəfdədir. “Qızlar” arxı da buradadır. Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakıdan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakıda 8 tamam olanda kənddə 8 – ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakıdan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayına qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvatora qədər olan məsafə 4450km, şimal qütbünə qədər isə 5565 km-dir. Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycanın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir. İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250-300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur. Buxarlanma çox olduğundan süni suvarmaya ehtiyac var.

Flora və faunası:

Kəndin əsas təbii sərvətləri – gözəl ( olduqca mülayim ) iqlim şəraiti, münbit torpaqları, bu torpaqların dərinliyindəki subartezian suları, illik günəşli günlərin çox olması, kəndətrafı ucaboylu bağların varlığı, palıd meşəsinin yayılması ola bilər. Bu bağlar və palıdlıqlar hələ çox qədimlərdə təbii meşəliklər olub. Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.

Əziz və çox dəyərli oxucum, əgər bu sicilləmə baş alıb gedən – tam səmimi olaraq onu qeyd edim ki, bir təhər qısa-qısa danışıb güclə yekunlaşdırdım…. Yazdıqca yada düşür və səndə yazmaq istəyirsən. Ancaq əvvəldədə qeyd etdim yazının bəlli bir nəqsədi var və Gülü xanımın istəyi, tələbi. Onun qoyduğu çərçivə daxilində yazmağa çalışdım. Yazı zamanı, əsasən gördüklərimə və eşitdiklərimə ( dədə – babadan, tarix müəllimim  Əbdüləli müəllimdən – ruhu şad olsun…) əsaslandım.  Bəzi yerlərdə -əsasən coğrafi məlumatlarda dəqiqliyi gözləmək xatirinə öz coğrafiya müəllim Yusif müəllimin  və yuxarıda qeyd etdiyim kimi,  hamımızın fəxri olan    Şahin müəllimin həmmüəllif olduqları  kitabdan (Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004) istifadə etdim. Qızıldan qiymətli vaxtınızı ayırıb bu yazını oxuduğunuza görə təşəkkür edirəm… Həqiqətən də belə getsə,  gücümüz  ancaq “Qarabağda bir kənd vardı…” deməyə çatacaq… Bu məsələ çox uzandı… Torpaqlara qayitmaq vaxtı çoxdan çatıb….. Kimsə ümid edir ki, vaxt ötdükcə  torpaqlar  unudulacaq  yanılır. Bu yazı elə bunun ən bariz sübutudur, Bakıda doğulmuş Ağdamı, Yusifcanlını söhbətlərdən tanıyan Gülü belə bir yazı tələb edirsə, yenə Bakıda anadan olmuş heç söhbətlərdən də bir şey anlaya bilməyən 5 yaşlı Tuncaydan soruşanda ki, “ə, sən haralısan?” – Xüsusi bir ədayla, şəstlə cavab verirsə ki, – “Ağdamlıyam” –  demək bu söhbət bitməyib… Sadəcə biz böyüklər çalışmalıyıq  ki, atalardan bizə miras qalan bu problemlər indiki “Ağdamlıyam”, “Qarabağlıyam”  deyən körpələrin çiyinlərinə yükləməyək… Görürsənmi, dəyərli oxucum sağollaşandan sonra da söhbət bitmir ki, bitmir……

14.03.2014. Bakı.

     QEYD:

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə Qələndər Xaçınçaylının Ağdam rayonu, Yusifcanlı kənd sakini Qasımov Şahin haqqında olan “ÖMÜR MƏNALI KEÇƏNDƏ…” kitabında Şahin müəllimin dilindən kənd haqqında məlumat kimi qismən verilmişdir.

Yazı həmçinin Azərbaycan Respublikası, Ağdam rayonu, Yusifcanlı kəndi haqqında Viki – məqalə  kimi kiçik ixtisarla istifadə olunub.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 1- ci yazı

BİRİNCİ  YAZI

AĞDAM

Birinci yazının  belə,  məlumat xarakterli olmasının  yeganə səbəbəi bu gün torpaqlarımızın işğal altında olmasıdır. Bu “Birinci yazıadı altında sadəcə, “Əməyə məhəbbətadlı  ilk yazımın  24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar“Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində  nəşr  olunduğunu  xatırlatmaqla kifayətlənir  və  həmin  vaxtlar  yeganə  tribunamız   olan bu  orqanda işıq üzü görmüş bütün digər yazılarıma həsr edirəm. Yəni,  çox da uzaq olmayan keçmişimizdə  “quş iliyi – can dərmanıtapılan bazarı, “Qarabağ futbol  klubu, “İmarət”-i, Ağdamın simvoluna çevrilmiş “Çay evi”-  ilə yanaşı, çoxminli oxucu auditoriyasına malik  “Ağdam”-  adlı qəzeti də olan bir Ağdam var idi Yer üzündə… İndi ürəklərdə yaşayan  Ağdam…  Biz yaxşını da, pisi də bu tribunadan paylaşırdıq.  Heç bir məhdudiyyət olmadan. Ağdam ziyalıları, alimləri, sənətkarları  bütün dövrlərdə  dünya  ədəbiyyatına,  mədəniyyətinə, incəsənətinə,  elminə  öz  töhfələrini  veriblər və müəyyən çətinliklər olmasına baxmayaraq, bu gün də  ənənənə şərəflə davam etdirilir.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi

DƏRMANSAN,DAƏVASAN, MƏLHƏMSƏN MƏNƏ…

ŞƏFASAN MƏNƏ

Sevgidən bihuşam, lap məst kimiyəm,
Eşqin şərabından sərməst kimiyəm,
Sən mənim bir hissəm, əzam kimisən,
Mən sənsiz əzizim, şikəst kimiyəm.

Dərmansan, dəvasan, məlhəmsən mənə,
Könlümün istəyi,şəfasan yenə,
Sənsiz yaşamağım mənasız olar,
Öpüşdən don biçdin eşqin əyninə.

İnan nəfəs kəsər sənsiz günlərim,
Sanki, yaşanmayıb sənsiz illərim,
Əzizim səninlə ətrini saçır, 
Könül bağçamdakı solğun güllərim.

Səsinə gəlmisən eşq harayının,
Rəssamı olmusan qəlb sarayımın,
Sevgi fırçasını alıb əlinə,
Şəklini yaratdın sən hər ayımın.

03.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru