RAMİL QASIMOV

RAMİL QASIMOV HAQQINDA

Qasımov Ramil Adıgözəl oğlu (d. 1984, Bakı) – “Mədəniyyət” kanalının Baş direktoru , Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar Artisti (2015).

Azərbaycan vokal sənətinin tanınmış və istedadlı nümayəndələrindən olan Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. On bir yaşından başlayaraq Bakı Dövlət Uşaq Filarmolniyasının vokal şöbəsində xalq artisti Mobil Əhmədovdan, eyni zamanda paralel olaraq Niyazi adına 22 saylı musiqi məktəbinin xor-dirijor sinfində dərs almış, 2000-ci ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının hazırlıq kursunda təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünas ixtisası ilə bitirdikdən (2001-2005) sonra Ramil Qasımov Gürcüstan Respublikasında musiqi akademiyasını vokal magistri pilləsi üzrə təhsilini bitirmişdir. 1999-cü ildə Moskvada 86 ölkə vokalçısının təmsil olunduğu beynəlxalq müsabiqədə 2-ci yerə layiq görülmüşdür. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalçı kimi fəaliyyət göstərən istedadlı azərbaycanlı gənc 2012- ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir.

2000 ci ildən Ramil Qasımov, həmçinin Azərbaycan Televiziya və Radiosunda solist kimi fəaliyyət göstərmişdir. Onun repertuarı çox zəngindir. O, xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, İtalyan, İspan, Fransa, İngilis, Türk və Rus klassiklərinin əsərləri onun repertuarını zənginləşdirir, həm də opera janrında da böyük qabiliyyətə malik olduğunu ifaçılıq məharəti ilə təsdiq etmişdir.

2011-ci ildə F.Əlizadə və N.Paşayevanın “İntizar” və digər operalarda uğurla çıxış etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festifallarında, müsabiqələrdə vətəndaşı olduğu Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir. Ramil Qasımov Azərbaycan musiqi tarixinə dahi Ü.Hacıbəylinin «Koroğlu» operasının Şərqin ən gənc Koroğlusu kimi tarixə düşmüşdür. O, 26 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş «Koroğlu» əsərində baş qəhrəmanın rolunu uğurla, özünəməxsus fitri istedadla ifa etmiş və tamaşaçıların sevimlisinə çevrilmişdir.

Ramil Qasımov ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru kimi vəzifəsinin öhdəsindən layiqincə gəlir.

14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

4 noyabr 2015-ci ildə “Mədəniyyət” kanalının Baş direktoru təyin edilmişdir.

6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

MÜKAFATLARI:

1995- ci il – Bakı şəhəri məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi – 1-ci yer
1998-ci il – Respublika məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi – 1-ci yer
1999-cu il – ”Pöhrə” Respublika müsabiqəsi – laureat
1999-cu il – Moskva şəhərində keçirilən “86 Ümumrespublika” gənc vokalçılar arasında -2-ci yer
2000-ci il – ilin Vətənpərvər ifaçısı
2002-ci il – Silahlı qüvvələr günü – Fəxri Fərman
2009 –cu il – AMEA Milli Azərbaycan Tarixi Muzeyi – Diplom
02.02.2009-cu il-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi – İlin ən fəal gənci – Diplom
02.02.2009-cu il – Səbail Rayon Gənclər və İdman İdarəsi – Fəxri Fərman
26.06.2009-cu il – Silahlı Qüvvələrin yaradılmasının 91–ci ildönümü – Fəxri Fərman
24.07.2009- cu il – Səbail Rayon Gənclər və İdman İdarəsi – Diplom
25.10.2009-cu il – Şəxsi Heyət Baş İdarəsi -Tərbiyə İşləri İdarəsi – Fəxri Fərman
2009-cu il – Azərbaycan Dövlət Musiqili Komediya Teatrı – Fəxri Fərman
12.11.2009-cu il – Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi – Fəxri Fərman
17.11.2009-cu il – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi – Fəxri Fərman
10.12.2009 cu il – Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi. İlin ən işgüzar gənci – Fəxri Fərman
31.12.2009- cu il – FHN Mülki Müdafiə Qoşunları – Fəxri Fərman
02.02.2010 – Hərbi Dəniz Qüvvələri Komandanlığı- Fəxri Fərman
12.04.2011- Azərbaycan Mədəniyyət Assosasiyası -Fəxri Fərman
17.06.2011 – Rusiyanin Bakıdakı İnformasiya-mədəniyyət mərkəzi – Minnətdarlıq məktubu
18.10.2011 – Dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi Zərdab rayonu İcra hakimiyyətinin Fəxri Fərmanı
28.01.2014 – “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinim 25 illik xatirəsinə” medal
14.09.2015 – Azərbaycan Respublikasının “Əməkdar artisti” adına layiq görülüb
15.02.2016 – “Fədai” medalı
04.03.2016 – “Veteran həmrəyliyi” medalı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir