Ertuğrul KALAFAT

TÜRKİYƏ ƏDƏBİYYATI NÜMAYƏNDƏLƏRİ

Ertuğrul KALAFAT

Qardaş Türkiyənin tanınmış şair və yazarları ilə tanışlığa ehtiyac var. Azərbaycan oxucuları klassik türk şair və yazarları ilə birlikdə çağdaş ədəbiyyatın nümayəndələrini də tanımalıdılar. Anadolu və Azərbaycan türklərinin şeir dili çox yaxın, anlamlı və vəzn etibarı ilə eynidir. Mən vaxt aşırı Türkiyədə yaşayan şair qardaş və bacılarımızın şeirlərini Azərbaycan oxucusuna təqdim etmək fikrindəyəm. Bu təqdimatda İstanbulda yaşayan, “Yeniçağ” qəzetinin əməkdaşı, dəyərli yazılar müəllifi, tanınmış şair Ertuğrul Kalafatın yeni yazdığı “Naz etmə” şeiri ilə möhtərəm oxucuların qonağıyam.

NAZ ETMƏ..

Oxum çıxtı artık yaydan,
Bir xətır gör dəmli çaydan…
Ulduz busə istər Aydan,
Gəl naz etmə, sev sən məni….

Ürək sənə dündən razı, 
Gül üzümə bəzi, bəzi… 
Eşqin nağılı bu yazı,
Gəl naz etmə, sev sən məni…

Məndə bitməz bu duyğular,
Yol keçəmməz fırtınalar…
Hirsin burax dəli çaylar,
Gəl naz etmə, sev sən məni …

Ay üzünə baxır, baxır,
Nəzər üçün ponçak taxır…
Sonra sənə könül yaxır,
Gəl naz etmə, sev sən məni…

Uzaq olsan nə fərq edər,
Könül onsuz da dərbədər…
Sevdiyini kim tərk edər?
Gəl naz etmə, sev sən məni…

Müəllif: Ertuğrul Kalafat

Təqdim etdi: ELDAR İSMAYIL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Nədəndi

ZAUR USTACDAN BİR ŞEİR

NƏDƏNDİ

Yanağına qəmzə atan gülüşün,
Ürəyimə nizə atır nədəndi?!
Ədasıyla meh gətirən yerişin,
Ürəyimi közə atır nədəndi?!
* * *
Sən gələndə yoxa çıxır dərd, ələm
Cismim dəftər olur, ruhumsa qələm,
Bir baxış atəşli gözümə məlhəm,
İynə tək dizimə batır nədəndi?!
* * *
İstədim deyəm ki, olasan agah,
Mat qaldım, bu işə özüm də Billah,
Ustacın işləri Vallahi dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!

07.06.2011. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

TƏRANƏ MƏMMƏD

TƏRANƏ MƏMMƏDDƏN BİR ŞEİR

Yadındamı

O çiçəkli bağlarımız,
Ağ ləcəkli dağlarımız,
Uzaq gənclik çağlarımız 
Yadındamı?

Nənələrin nağılları,
Bulaqların saf suları,
O illərin arzuları 
Yadındamı?

Alışardıq ilk oduna məhəbbətin,
Tələsərdik görüşünə səadətin,
Dözməzidik varlığına ilk həsrətin
Yadındamı?

Nə tez ötdü o işıqlı günlərimiz?
Tez açılıb tez də soldu güllərimiz?
Sevgi dolu ümman idi gözlərimiz
Yadındamı?

Bəlkə bir röyaydı, yaşandı, getdi,
Ayıldıq, yuxular bizi tərk etdi.
Bir günsə cavanlıq bizə əl etdi…

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov haqqında

Abbasqulu ağa Bakıxanov Azərbaycan ədəbiyyatında, ümumiyyətlə söz sənəti və ictimai fikir tarixində özünəməxsus yeri olan dahi şəxslərdən biridir. Uşaq və yeniyetmələrin onun “Nəsihətlər” və ya “Nəsihətnamə” adlanan kiçik həcmli kitabını oxumasında böyük fayda var. Ruhu şad olsun, millətinin gələcəyini düşünən ziyadar bir yazar olub…

QISA ARAYIŞ:

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib. Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin  imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.  Allah rəhmət eləsin… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli – Atam şeiri

ELÇİN (BAĞIROV) MƏLHƏMLİDƏN BİR ŞEİR

MƏNIM ATAM

Zəhmi ağır, özü ipək,
Əllər dəmir, ürək kövrək,
Gündə yanmış rəngi tunc tək,
Belə idi mənim atam.

Bir az ciddi, bir az şəndi,
Gözləri tox, ürək gendi,
Cib boş idi, qəlb zəngindi,
Belə idi mənim atam.

Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.

Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.

Söz-söhbəti şəkər, noğul,
Danışardı çoxlu nağıl,
Hər nağılı hikmət, ağıl,
Belə idi mənim atam.

Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam.

Müəllif: Elcin Bagirov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru