Rəşad Məcid haqqında

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru 

Rəşad Məcid ( Məcidov Rəşad Müseyib oğlu) — yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

Kitabları:
“Hələ ki vaxt var” (şeirlər). 1993-cü il
“10 sentyabr” (hekayələr). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004-cü il, 408 səh.
“Əlvida və salam”. 2009-cu il
“Dəlicəsinə”. Bakı: Təhsil, 2014-cü il
“Çiyələk qadın”. Bakı: Yazıçı, 2014-cü il
“Bir də gəlməyəcək…”. Bakı: Təhsil, 2015-ci il
“Cığıraçan”. Bakı: Vektor, 2015-ci il
Filmoqrafiya:
Ümid işığı (film, 2014) (əsərin müəllifi)

Uğurlarınız bol olsun, Rəşad müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir