Ramiz Həsənli “Üç yarpaq”-da

Ramiz Həsənli “üç yarpaq” – da


Vətən

Alın yazısıdır ömürdə hər an,
Arzular ürəkdə qalmasın balam.
Dərd-qəmin üstündə dağ tək ucalan,
Ümidlər qalası Vətəndir, Vətən.

Dağlarda yüksəlir bu haray, bu ün,
Ümiddən, arzudan qalalar hörün.
Vaxtsız qışa dönən hər şəhid ömrün,
Baharı, həm yazı Vətəndir, Vətən.

Üstündə dərd yığıb dövrü-zamanın,
Ömrü pərişandı ötən hər anın.
Gözü yaşlı qalan neçə ananın,
Dilinin laylası Vətəndir, Vətən.

Yağsa da torpağa möhnətin qarı,
Heç zaman qırılmaz ümid yolları.
Şəhid oğulların son yadigarı,
Analar anası Vətəndir, Vətən.

<<<<rAMİZ —- HƏSƏNLi>>>>

Göyçə sızıltısı,Ələsgər dərdi

Qəlbimi isidir yaz havaları,
Aşiqə güc verir naz havaları,
Dədə Ələsgərin saz havaları
Yaman sümüyümə düşüb bu axşam.

Yuxum gözlərimdən nədən tək keçir?
Xəyallar,əlində tər çiçək,keçir…
İçimdən dəli bir titrəmək keçir,
Zaman sümüyümə düşüb bu axşam.

Torpaq sədd,elədi nə qədər mərdi,
Tale günahını üstümə sərdi.
Göyçə sızıltısı,Ələsgər dərdi
Aman,sümüyümə düşüb bu axşam!

<<<<RAMİZ —- HƏSƏNLİ>>>>

PİRDİ ƏLƏSGƏR

(Dədə Ələsgərin ulu ruhuna ithaf edirəm.)

O Şahi-Mərdanın durub yanında, 
Haqq nuru çağlayıb onun qanında.
Bil, Saz məclisində, söz meydanında,
Əzəldən bircədi, birdi Ələsgər.

Ariflər zövq aldı onun səsindən,
Zərgər tək ayırdı “əlif”i “sin”dən.
Heç zaman enmədi saz sinəsindən,
Sənət meydanında sirdi Ələsgər.

İrfan dünyasının əvəzsiz şahı,
Könüllər mülkünün oldu pənahı.
Daim zikr eylədi Kəlamullahı,
Əzəldən övliya, pirdi Ələsgər.

Hər vədə nəfsiylə çıxdı savaşa,
Tamahın yolunu çox basdı daşa.
Mərifət elmini yetirdi başa,
Haqqın qapısından girdi Ələsgər.

İlahi, dağılsın qəlbimin çəni
Incitmə Ramiz tək qəlbi incəni.
İnşallah, fürsət ver görüm Göyçəni,
Ruhumu isidən sirdi Ələsgər.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ROMA XOSROV

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 23 August 1989 ) tanınmış gənc şair, qiraətçi Roma Xosrovun  doğum günüdür. Ad gününüz mübarək, Roma müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELTUN TÜRKEL

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 23 August 1985 ) tanınmış gənc şair Eltun Türkelin doğum günüdür. Ad gününüz mübarək, Eltun müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Matah çiçək

ZAUR USTACDAN BİR ŞEİR

MATAH ÇİÇƏK

Hər günaydın, bir pərvəriş,
Buruşmuşdu tağ, çiçəyim…
Ruhum düşdü xoş növrağa,
Günüm oldu ağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *
Verdin bir parç abi-gövsər,
Dünyamdan qalmadı əsər,
Talesiz bəxtindən küsər,
Qismətə bax, Ağçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Dedim, bu göz çoxdan müstər,
Aç sinənin barın göstər,
Zənbur qonar, balın istər,
Qondu gördü, Şehçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Əzəldən Ağçiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Yaralı bir qəlbdə bitdin,
Hardan gəldin, hara getdin…
Ustacı sərfnəzər etdin,
Cücərtmişəm ah, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

14.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ