BALAYAR SADİQ

Balayar SadiQDƏN BİR ŞEİR

CIDIR DÜZÜNDƏN REPORTAJ

İsa bulağında 
əl-üzünü yuyur 
unudulmuş xatirələr…

Cıdır düzünə səpələnmiş 
mərmi qəlpələridir
«Koroğlu» uverturasının 
çiliklənmiş notları.

Hər şey 
həqiqət rəngində, hər şey…
Xarı bülbülün ləçəkləri
Tanrıya yetməyən 
imdad məktublarıdır.

Allahin penah qapisindan 
kilid kimi 
asiblar Susani,

Bir misra Natevan qezelinin 
gelin sinesine
danga kimi 
basiblar Susani

Həqiqətin dili 
xəcalətdən 
topuq çalır burda.

Şeytan qəhqəhəsidir 
Şuşa qalasında 
qalanmış 
gavur ocağının tüstüsü…

Sengerleri genis qazin,
qoy pozulmasin 
general paltarinin utusu

Bax, 
Şuşa məscidinin divarlarında
güllə yaraları sızlayır hələ də…

Allahin sebrinden yixilib
Şuşa məscidi…
Susa mescidinden 
yixilib veten…
Vetenden coxdan yixilmisiq
Sen,
Men…

Susadan uzaqda
“Cidir duzu” restaranindan
yixilib Allah…

“Quran”in uzune baxmaqdan
utanir “Incil”…

Isanin adini 
her gun goz yasiyla yuyur
“Isa bulagi”

Bəs sənin itkin düşmüş 
vicdanından 
«Qırmızı xaç» 
məktub gətirirmi heç, 
Məryəmin oğlu?!

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

Mən, İldırım Əkbəroğlu (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olmuşam. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə getmişəm. Bu ərəfələrdə şerilərim rayonun çoxtirajlı qəzetində çap olunardı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki İqtisadiyyat universtetinə qəbul olunub 1979-cu ildə bitirmişəm. Bu müddətdə radioda, televiziyada şerilərim səslənib, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şerilərimlə oxuculara təqdim olunmuşam. Qəzetlərdə də şerlərim çap olunub. Universteti qurtardıqdan sonra Rayon texnika təminat birliyinində 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi işləmişəm. Hal-hazırda təqaüddəyəm. Şerlərim dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rövşən Hüseynov – şəhid

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsi “25 YARPAQ” layihəsi ilə əbədiləşdirilir. Bu layihə ustac.az və yazarlar.az – ın birgə təşkil etdiyi növbəti tədbirlərdən biridir. Layihə haqqında tam məlumat:

ONUNCU LAYİHƏ

Layihənin adı:

“25 YARPAQ”

Məqsədi:

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.

Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimiz (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasını girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir… #25yarpaq haştağından istifadə olunacaq.

QISA ARAYIŞ:

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər

Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə  “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarxuğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

Müddəti:

01.09.2019- cu ildən – MÜDDƏTSİZ.

Yer:

Azərbaycan Respublikası və WWW – Limitsiz dünya.

Tədbirlər planı:

Bütün yarımçıq qalmış tələbə ömürlərini nəzərə alaraq (20 – 30 yaş arası) Milli Qəhrəmanımız Rövşən Hüseynovun şəhid olduğu yaşı – 25 – əsas götürərək, müəyyən səbəblər üzündən kitablarını nəşr etdirə bilməmiş, oxucu rəğbəti qazanmış şairlərimizin 25 şeirindən ibarət ilk kitablarını “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində nəşr etdirmək. Kitablar ənənəvi formada 100 əd. PULSUZ olmaqla nəşr olunur və elektron (e-kitab) PDF formatda bütün əsas kitabxanalara yerləşdirilir. #25yarpaq haştağından istifadə olunacaq.

Nəticə:

Fəaliyyət müddətsiz olaraq davam edir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İldırım ƏKBƏroğlUNDAN BİR ŞEİR

ÇİÇƏKCƏ OLADIM, KAŞ, SƏNİN ÜÇÜN

Eşqinin məskəni bu ürək,bu can,
Həsrətdir qəlbimi arı tək sancan.
İpək yanağından öpər doyuncan,
Çiçəkcə olaydım,kaş,sənin üçün.

Eşqisiz göylərdə Günəş də sönər,
Ay dönüb ulduzsuz torpağa enər.
Köksünə sığınar,sinənə sinər,
Çiçəkcə olaydım,kaş,sənin üçün.

Öyün,saf eşqinlə,sevginlə öyün,
İstəyin sap kimi düşməsin düyün.
Qoxlayıb min dəfə,tər-tər öpdüyüm,
Çiçəkcə olaydım,kaş,sənin üçün.

İldırım,günbə-gün ömür solsa da,
Qəlbim saf istəklə eşqinə fəda.
Sığınım köksünə,qoy,duysun o da,
Çiçəkcə olaydım,kaş sənin üçün.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlqar Nəsirov və onun kitabı

“İSLAM  DİNİNDƏ  İLAHI  HƏQİQƏTLƏR” – İLQAR NƏSİROV

“QARABAĞDA BİR KƏND VAR”

Hələ sovet vaxtından elimizin, obamızın bu oymağı – Ağdamın Yusifcanlı kəndi müəyyən məqamlarda seçilirdi. Beləki, kənd öz adından əlavə “Çöpçülər”, “Mollalar”,“Yazanlar” ya da elə kəsədən “Sufcannı” kimi məşhur idi. Bu kəndin bir əsas özəlliyi də  yazın gəlişinin özünəməxsus – unikal qaydada  “Qarqara çıxılan gün” kimi qeyd olunması, toy və yas adətləri olub. Yadımdadı, səksəninci illərin sonlarında Novruz bayrımı geniş təbliğ olunmağa başlayanda ilk çəkilişi AzTv  məhz bu kənddə aparmışdı. Zaur Ustacın dediyinə görə Şuşa mühasirədə olan günlərdə Şuşadan helikopterlə bu kəndə çöpçüyə uşaq gətiriblər… Məncə, bu məlumatlar sizdə nəsə ilkin təsüratlar yaratdı.

Kəndin mənim tanıdığım – haqqında eşitdiyim – Kərbəlayı Əşrəf, Molla Mürşüd, Mustafa Müseyiboğlu kimi tanınmış şəxsləri olub. Bu kəndlə yazılı tanışlığım Şahin müəllimin həmmüəllif olduğu “Qarabağda bir kənd var – Yusifcanlı ” kitabı ilə oldu. Sonra elə oldu ki, bu kəndlə ətraflı tanış oldum və nəticədə kənd sakinlərindən Sadıqov Hümbət, Qasımov Şahin haqqınada olan müəllifi olduğum iki maraqlı kitab ərsəyə gəldi. Şair – rəssam Salam İbrahimoğlunu tanıdım – onun çəkdiyi rəsmləri görməmişəm, ancaq bir şair kimi yurd həsrətli, ürək parçalayan şeirlərin müəllifi olduğunu böyük əminliklə diqqətinizə çatdırıram. Hacıxanım Aidanın “Məqam” kitabı ilə tanış oldum. Xeyli vaxt olar Zaur Ustacla tanış olmuşam. Onu qeyd edim ki, Zaur Ustac özünəməxsus yaradıcılıq yolu olan bir yazardır. Həın nəsrdə, həm də nəzmdə çağdaş ədəbiyyatəmızda üslubu ilə seçilir və məncə özünü hələ tam ifadə etməyib. Axtarışdadır. Ən son tanıdığım  bu kəndin ədəbiyyatımızda olan kiçik   nümayəndəsi Tuncay Mustafayevdir. Növbəti yazım onun haqqında olacaq.

İLQAR NƏSİROV   və   ONUN KİTABI

Sizə imkan daxilində belə yığcam və əhatəli məlumat verməkdə bir məqsədim var. İndi sizə təqdim edəcəyim insan da bu kəndin sakinlərindən biri olub. Sadə, zəhmətkeş bir şəxsdir. Ədəbiyyatla, yazıyla heç bir əlaqəsi olmayan bu şəxs – Nəsirov İlqar Qurban oğlu – ölkəmizin müstəqilliyini bəyan etdiyi gündə – 28 may 1959 – cu ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Təhsilini Yusifcanlı kənd orta məktəbində başlayıb, Ağdam şəhər 50 N-li TPM-də tamamlayıb. Hərbi xidmətdə olub. Sonra demək olar ki, keçmiş bütün İttifaqı gəzib dolanıb. Müstəqillikdən sonra dünya ölkələrini – müqəddəs məkanları-şəhərləri ziyarət edib. Yəni necə deyərlər – “çox gəzən, çox bilər” adlı həyat məktəbinin məzunudur. Və bu həyat məktəbi, özünün də dediyi kimi dərslərin birində onu bu dünyanın sahibi ilə tanış edir və nəticədə müəllifi İlqar Nəsirov olan “İslam dinində ilahı həqiqətlər” kitabı yaranır. Yuxarıda bilərəkdən geniş məumat verdim ki, belə gözəl, oxunaqlı, bütün müasirlərimiz üçün oxunması vacib olan ibrətamiz həyat hekayəsinin müəllifini az-çox sizə tanıda bilim. Redaktoru gözəl şairimiz, gənclərə daim yardımçı olan naşirimiz Musa Ələkbərli olan kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və “Elm və Təhsil” nəşriyyatında nəşr olunub. Kitabla maraqlananlar onu Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə yerləşən “LİDER KİTAB EVİ” –ndən əldə edə bilərlər.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD

Mövlud AğamməDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

EY DİL…

(Qəzəl – Müstəzad)

Ey dil, bu bəla mülkü mənə verdi əziyyət,
dincəlməmişəm mən.
Hər an çəkirəm cövri-cəfa, qüssə,fəlakət,
heç gülməmişəm mən.
***
Salmış məni zindanə olub hüsnümə aşiq,
oldummu ki, layiq?
Verməklə dözüm Ol mənə göstərdi kəramət,
incəlməmişəm mən.
***
Meyl eylədiyimdən meyə zülmüm qara gəlmiş,
dərdim zara gəlmiş.
Çək dərdini derlər mənə, çək, etmə şikayət, 
heç bilməmişəm mən.
***
Yardan yana çəkmək ilə ah-nalə, dözərdim,
dərdimlə gəzərdim.
Göz yaşları bəsdir demə, etməzdi kifayət,
heç silməmişəm mən.
***
Qəm eyləmə, can tərk eləmiş cismini, getmiş,
çün vəslinə yetmiş.
Dünyaya gələndən bəri can olmadı rahət,
xoş gəlməmişəm mən.

23.05.2019. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI


GECƏDİR

(Qəzəl)

Yandırın şəmi gecə, çün vəsli-canan gecədir,
Gül üzün şölə saçır, hər yan çıraqban gecədir.
****
Məclisi-meyhanədir, saqi, dolandır badəni,
Olmuşam məsti-xumar, yar mənə mehman gecədir.
***
Qissseyi-Yusif olub dərdim, əlac qəmhanədir,
Etmişəm könlüm evin məhbəsi-zindan, gecədir.
****
Et gülüstanə güzar, cənnət olar hər tərəfin,
Yar yanında hər dəmim rövzeyi-rizvan, gecədir
***
Etsə gər tərki-yarın Mövlud edər naleyi-zar,
Qalxacaq ərşi-müəllayə bu əfğan, gecədir.

20.10.2014. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

GƏTİRDİN

(Qəzəl)

Gülşəndə, gülüm, bülbülü əfganə gətirdin,
Yardan yaralı aşiqi seyranə gətirdin.
***
Zənn etmədi, bir gün gələcək fəsli-zimistan,
Solmaqda ikən ol gülü min canə gətirdin.
***
Getməz, o yolun yolçusu olmazdı, bilirdin,
Min məkrilə ol Yusifi zindanə gətirdin.
***
Yox ağlamağın şarəsi Məcnun kimi zar-zar,
Səhrada çəkib dərdi gülüstanə gətirdin.
***
Hər an sənə şükr eyləyirəm ki, məni, Mövlud,
Sevdayə salan nazlı pərişanə gətirdin.

31.08.2016. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

“Sən ömrümün bənövşəsi” kitabımdan

İSTƏYİRƏM..

(Qoşma)

İstəyirəm, çıxıb gedim uzağa,
Bir kimsəsiz…özüm gedim, tək-tənha.
O uzaq, uzaqda, bəlkə, səninlə
Görüşərik, imkan olsa, tez gəl ha.
***
Dərd məni öldürdü, sənə qıymadı,
Doğranıb ürəyim, qıma-qıymadı.
Kərəm Əslisinin oduna yandı,
Mən sənin oduna qalandım, bil ha.
***
Fələk qara yazdı taleyimizi,
Qoruya bilmədik bu sevgimizi.
Biz necə sevirdik bir-birimizi
Ağlama, gözünün yaşını sil ha.
***
2.03.2014. Quba – Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru