İlqar Nəsirov və onun kitabı

“İSLAM  DİNİNDƏ  İLAHI  HƏQİQƏTLƏR” – İLQAR NƏSİROV

“QARABAĞDA BİR KƏND VAR”

Hələ sovet vaxtından elimizin, obamızın bu oymağı – Ağdamın Yusifcanlı kəndi müəyyən məqamlarda seçilirdi. Beləki, kənd öz adından əlavə “Çöpçülər”, “Mollalar”,“Yazanlar” ya da elə kəsədən “Sufcannı” kimi məşhur idi. Bu kəndin bir əsas özəlliyi də  yazın gəlişinin özünəməxsus – unikal qaydada  “Qarqara çıxılan gün” kimi qeyd olunması, toy və yas adətləri olub. Yadımdadı, səksəninci illərin sonlarında Novruz bayrımı geniş təbliğ olunmağa başlayanda ilk çəkilişi AzTv  məhz bu kənddə aparmışdı. Zaur Ustacın dediyinə görə Şuşa mühasirədə olan günlərdə Şuşadan helikopterlə bu kəndə çöpçüyə uşaq gətiriblər… Məncə, bu məlumatlar sizdə nəsə ilkin təsüratlar yaratdı.

Kəndin mənim tanıdığım – haqqında eşitdiyim – Kərbəlayı Əşrəf, Molla Mürşüd, Mustafa Müseyiboğlu kimi tanınmış şəxsləri olub. Bu kəndlə yazılı tanışlığım Şahin müəllimin həmmüəllif olduğu “Qarabağda bir kənd var – Yusifcanlı ” kitabı ilə oldu. Sonra elə oldu ki, bu kəndlə ətraflı tanış oldum və nəticədə kənd sakinlərindən Sadıqov Hümbət, Qasımov Şahin haqqınada olan müəllifi olduğum iki maraqlı kitab ərsəyə gəldi. Şair – rəssam Salam İbrahimoğlunu tanıdım – onun çəkdiyi rəsmləri görməmişəm, ancaq bir şair kimi yurd həsrətli, ürək parçalayan şeirlərin müəllifi olduğunu böyük əminliklə diqqətinizə çatdırıram. Hacıxanım Aidanın “Məqam” kitabı ilə tanış oldum. Xeyli vaxt olar Zaur Ustacla tanış olmuşam. Onu qeyd edim ki, Zaur Ustac özünəməxsus yaradıcılıq yolu olan bir yazardır. Həın nəsrdə, həm də nəzmdə çağdaş ədəbiyyatəmızda üslubu ilə seçilir və məncə özünü hələ tam ifadə etməyib. Axtarışdadır. Ən son tanıdığım  bu kəndin ədəbiyyatımızda olan kiçik   nümayəndəsi Tuncay Mustafayevdir. Növbəti yazım onun haqqında olacaq.

İLQAR NƏSİROV   və   ONUN KİTABI

Sizə imkan daxilində belə yığcam və əhatəli məlumat verməkdə bir məqsədim var. İndi sizə təqdim edəcəyim insan da bu kəndin sakinlərindən biri olub. Sadə, zəhmətkeş bir şəxsdir. Ədəbiyyatla, yazıyla heç bir əlaqəsi olmayan bu şəxs – Nəsirov İlqar Qurban oğlu – ölkəmizin müstəqilliyini bəyan etdiyi gündə – 28 may 1959 – cu ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Təhsilini Yusifcanlı kənd orta məktəbində başlayıb, Ağdam şəhər 50 N-li TPM-də tamamlayıb. Hərbi xidmətdə olub. Sonra demək olar ki, keçmiş bütün İttifaqı gəzib dolanıb. Müstəqillikdən sonra dünya ölkələrini – müqəddəs məkanları-şəhərləri ziyarət edib. Yəni necə deyərlər – “çox gəzən, çox bilər” adlı həyat məktəbinin məzunudur. Və bu həyat məktəbi, özünün də dediyi kimi dərslərin birində onu bu dünyanın sahibi ilə tanış edir və nəticədə müəllifi İlqar Nəsirov olan “İslam dinində ilahı həqiqətlər” kitabı yaranır. Yuxarıda bilərəkdən geniş məumat verdim ki, belə gözəl, oxunaqlı, bütün müasirlərimiz üçün oxunması vacib olan ibrətamiz həyat hekayəsinin müəllifini az-çox sizə tanıda bilim. Redaktoru gözəl şairimiz, gənclərə daim yardımçı olan naşirimiz Musa Ələkbərli olan kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və “Elm və Təhsil” nəşriyyatında nəşr olunub. Kitabla maraqlananlar onu Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə yerləşən “LİDER KİTAB EVİ” –ndən əldə edə bilərlər.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir