ƏBÜLFƏZ ÜLVİ

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

HƏMİN AN

Nə qədər kreslo altmda idi,
Görürdüm taleyim yoxdan güc alır.
Görəsən bu çürük ənənə nədir,
Niyə uca insan altdan ucalır?

Yaman çoxalmışdı dostum, həmdəmim,
Bığımın altından keçirdi çoxu,
Ömrümdə bir dəfə içməyən mənim,
Lüm-lüm sağlığəma içirdi çoxu.

Növbəyə dururdu haqqımda bəhslər,
Canımı salama doyururdular.
Özünü qoruya bilmyən kəslər,
Mənim şərəfimi qoruyurdilar.

Çıxdım təqaüdə, burda nə vardı?
Qaçdı görmək üçün məni ləlilkər.
Elə ki, bağımdan ərik qurtardı,
Sanki azarladı salaməliklər.

Heyrətdən saçıma qar tökülüb, qar,
Üzür ürəyimi bir fikir yaman.
Niyə təqaüdə çıxan adamlar,
Sanki adamlıq dan çıxır həmin an.
05.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

UNUTMALIYDIM

Səndən xəyanəti görməmək üçün,
Mən səni vaxtında unutmalıydım.
Bu ağrı-acından ölməmək üçün,
Mən səni vaxtında unutmalıydım.

İndi şah əhdimiz taxtsız sayılır,
Ömür gülməyəndə bəxtsiz sayılır,
Daha bu unutma vaxtsız sayılır,
Mən səni vaxtında unutmalıydım.

Çən düşür, dilini çənin bilmirəm,
Nədən qaynaqlanır “mən”in, biımirəm,
Unutma vaxtını sənin bilmirəm,
Mən səni vaxtında unutmalıydım.

Dəyişik salanda görüş vaxtını,
Onda yazmalıydım “nifrət” aktını,
Səndə də vardırsa göstər, faktını,
Mən səni vaxtında unutmalıyıdım.

Ülvi dedikıəri nə şər, nə şərtdi,
Səninlə ötüşən hər anı pərtdi,
Vaxtsız unutmağım ikinci dərddi,
Mən səni vaxtında unutmalıydım.
03.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

YAXŞIDIR

( Şəbi Hicran adı ilə “FB”də dostluğumda olan bir aqil insanın hikmət toplusundan.)

Ürəkdə olmayan, yaddaşda qalmaz,
Hər kəs bu hikmətə baxa, yaxşıdır.
Söz vardır:- ucuzdan bahası ölmaz,
Yer də var, ucuzdan baha, yaxşıdır.

Gen olmaz, dost dosta, əgər təndisə,
Dağıt ətrafını, ətraf çəndisə,
Eyibli göstərən pencəkdəndisə,
Eyibsiz göstərən çuxa yaxşıdır.

Elə al, sinəni bəzəsin nəfəs,
Ərə ər deiilir, nakəsə nakəs,
El haqda hərcayi çıxış edən kəs,
Elin yaddaşınan çıxa yaxşıdır.

Kədər gətirirsə at yarağını,
Məhəbbət gətirsin qoy sorağını,
Sevən, sevən qəlbə eşq bayrağını,
Əllə yox, ürəklə taxa yaxşıdır.

Ülvi, haqqı yaşat daim qanında,
Bivecə yer vermə əziz canında,
Ağlı qalmayanın sənin yanında,
Özü qalmaması , daha yaxşıdır.
03.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

ÇƏKSİN

Adımız sevdaya tən yazılıbsa,
Yol verməz bu yazı pozunu çəksin,
Mənim taleyimə sən yazılıbsa,
İnanma özgə bir yazını çəksin.

Şərait yaratma sözün utansın,
Ocağın qəm çəksin. közün utansın,
Elə iş görmərəm üzün utansın,
Özünə qırmızı pazını çəksin.

İnamı qəlbimə elə eylə həkk,
Ona əsir olsun daim şübhə, şəkk,
Sən mənim şəklimi tək qəlbinə çək,
Mənim bütöv canım nazını çəksin.

Ey gül, sən gülsənsə, gəl gül bağçama,
Mehrindən, sehrindən sər tül, bağçama.
Səni gətirirəm bülbül bağçama,
Bəlkə qazsevərlər, qazlnı çəksin.

Hicran süzdürməsin qoy gözün, qaşın,
Vüsala yer vardır gəlsə min maşın,
A canım, elə əz həsrətin başın,
Ülvi öz əliylə ağzını çəksin.

01.09.2018.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

DÜŞÜB

Səni gözüm tutdu, yer yox şəkk üçün,
Qəlbimə eşqinin havası düşüb.
Hansı çox sevdiyin bildirmək üçün,
Ürəklə gözümün davası düşüb.

Elə rişə atıb kökün könlümə,
Qoymayır intizar yükün könlümə,
Sənə yer ayırmaq üçün, könlümə,
Əvvəlcə Tanrının duası düşüb.

Güllər elə gülür, qaynayır qanım,
Bilmirəm bu sirri mən necə anım ?
Sanki gülüşünə onların, canım,
Sənin gülüşünün şüası düşüb.

Elə sehrləyib həya birçəyi,
Ətrində rol alıb iydə çiçəyi,
Elə bil üzünə lalə ləçəyi,
Həm də ulduzıarın boyası düşüb.

Sənsiz ünüm batar, ruihum diz çökər,
Söz var qərib quşun evin Rəbb tikər,
Sənin də talenə, ay dili şəkər,
Yuvaslz birinin yuvası düşüb.

Qoyma Ülvi ilə həsrət əylənə ,
Məni Məcnun etdin, çevril Leylimə,
Niyə öldürürsən, yoxsa meylinə,
Könlünə mərasim halvası düşüb?
30.08.2019.

Müəllif: ƏBÜLFƏZ ÜLVİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir