Sona Abbasəliqızı təbrik edir

sona abbasəliqızı təbrik edir:

“SPERO” hospitalın Sığorta şöbəsinin rəhbəri, gözəl insan, əsl həkim dostlarım Natavan xanım Babayevayanı və Rəna doktoru təbrik edirəm. Hörmətlə: Sona Abbasəliqızı

Ümid bağlamışam

Xəyalım gümana sarılır tez -tez,
Canım ağrıları bir hökümədir.
Mənim də canımın ağrısı artıb,
Ümid Natavan tək bir həkimədir.

Sadədi,alidi, ucadı adı,
Yoxdur bu məkanda tən o həkimə.
Əlin şəfalıdır Natavan xanım,
Ümid bağlamışam sən,tək həkimə.

Heç vaxt büdrəməsin ömür yolunda,
Dərd-qəm oturmasın daşının üstə,
Onun həkim əli mənə can verir,
Allah özü dursun başının üstə.

<<<SONA ABBASƏLİQIZI TƏBRİK EDİR:>>>

GÜL ÜZLÜ HƏKİM

Ruhunda gözəllik təravəti var,
Könüllər oxşayan məlahəti var.
Şəfalı qəlbinin şəfaəti var,
Dərmandır hər sözü Rəna həkimin.

Bahara döndərir elə bil qışı,
Ümid soraqlıdır doğma baxışı.
Bəxtini bəzəyir sevgi naxışı,
Nur saçır gül üzü Rəna həkimin.

Dərdin dağlarını yerə sindirir,
Mürgülü bəxtləri o diksindirir.
Üşüyən ümidi çox isindirir,
Sönməz odu,közü Rəna həkimin.

Həyat yollarında çəksə də cəfa,
Hippokrat andına eyləyib vəfa.
Xəstələr əlində tapdıqca şəfa,
Daim gülüb gözü Rəna həkimin.

Geydiyi ağ xalat ümid rəngidir,
Şəfalı bir ömrün xoş ahəngidir.
Ömrə ömür qatır dərdi ləngidir,
Gecəsi- gündüzü Rəna həkimin.

Bir mələk sağdadır, bir mələk solda,
Sona,o gəncləşir hər bir sağolda.
Xeyirxahlıq adlı şərəfli yolda,
Qalacaqdır izi Rəna həkimin.

Müəllif: SONA İSMAYILOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir