Dünyamin Məmmədov

ad gününüz mübarək !!!

Bu gün ( 19 Sentyabr 1954 ) gözəl insan, etibarlı dost, əsl ziyalı, təcrübəli pedaqoq və sevimli şair Dünyamin Məmmədovun doğum günüdür. Ad gününüz mübarək, Dünyamin müəllim!!! Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rafiq Göyçəli

Rafiq Göyçəli bir şeir

Qışında da, yazında da

Səni sənsiz sevəcəyəm,
Sənə gülüm deyəcəyəm,
Səni xoşbəxt görəcəyəm,
Qışında da , yazında da.

Ürəyimdə bəsləyəcəm,
Səhər, axşam səsləyəcəm,
Sevib, candan istəyəcəm,
Qışında da , yazında da.

Könlünü vermə heç kimə,
Yamaq olmasın sevgimə,
Onsuz girmişəm qəlbinə,
Qışında da, yazında da.

Nazını mən çəkəcəyəm,
Bağında gül əkəcəyəm,
Sənə eşqim deyəcəyəm,
Qışında da, yazında da.

Ey gözəlim adın gözəl,
Xanım, xatın, şanın gözəl,
Doğmaların, yadın gözəl,
Qışında da, yazında da.

Mən Rafiqin sonasısan,
Ürəyimin aynasısan,
Məndən sevgi alasısan,
Qışında da, yazında da.

Müəllif: RAFİQ GÖYÇƏLİ (Rafiq Göyçə Cil)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı – Rzayev

Rahim üçoğlanlı bir şeir

MİLLƏTİN GÜNAHI NƏDİR

Salmısan müşkülə lap,günlərimiz qara olub,
İlahi., söylə bilək millətin günahı,nədir.?
Ürəkdə qəm cüçərib,dil dodaqda nalə bitib,
Bir nəzər eylə görək,hər sinənin ahı,nədir.?

Niyə bu qonşuların birini dost verməmisən,
Dörd yanı düşmən edib bircə qala hörməmisən.
Yaxşı ki bir dənizi bizlərə çox görməmisən,
Kimə üz tutub deyək,bu xalqın pənahı,nədir.?

Rahim,doğma vətənin bundan ağır yox çətini,
Birisi qanın içir,biri yeyir çiy ətini.
Kim, duyub anlayacaq sözlərimin hikmətini,
Daş ürəklər nə bilir, dərdlərimin şahı,nədir.?
Ağdam-19.09.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru