Rafiq Göyçəli

Rafiq Göyçəli bir şeir

Qışında da, yazında da

Səni sənsiz sevəcəyəm,
Sənə gülüm deyəcəyəm,
Səni xoşbəxt görəcəyəm,
Qışında da , yazında da.

Ürəyimdə bəsləyəcəm,
Səhər, axşam səsləyəcəm,
Sevib, candan istəyəcəm,
Qışında da , yazında da.

Könlünü vermə heç kimə,
Yamaq olmasın sevgimə,
Onsuz girmişəm qəlbinə,
Qışında da, yazında da.

Nazını mən çəkəcəyəm,
Bağında gül əkəcəyəm,
Sənə eşqim deyəcəyəm,
Qışında da, yazında da.

Ey gözəlim adın gözəl,
Xanım, xatın, şanın gözəl,
Doğmaların, yadın gözəl,
Qışında da, yazında da.

Mən Rafiqin sonasısan,
Ürəyimin aynasısan,
Məndən sevgi alasısan,
Qışında da, yazında da.

Müəllif: RAFİQ GÖYÇƏLİ (Rafiq Göyçə Cil)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir