Abbas İlham

Abbas İlhamdan bir şeir

SƏN YADIMA DÜŞƏN ZAMAN

Gecə zülmət…ay da batar,
İlan vuran bəlkə yatar.
Dünya dərdin mənə çatar –
Sən yadıma düşən zaman.

Xəyalımda o ilk görüş,
O ilk sevda…o ilk öpüş…
Nə çəkirəm?…məndən soruş –
Sən yadıma düşən zaman.

Sevgin mənə haram oldu,
Sənsiz günlər yaram oldu,
Dərdimə dərd çarə oldu…
Sən yadıma düşən zaman.

Göz yaşını qələm tokər,
Yazıq vərəq… nələr çəkər,
Gözlərim dan yerin sökər –
Sən yadıma düşən zaman…

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir