Vidadi Ağdamlı – … bir şeir…

Vidadi Ağdamlıdan bir şeir

Ürək tab gətirmir bu dərdə ,qəmə

Saçlarım ağarıb, belim bükülüb,
Ürək tab gətirmir bu dərdə, qəmə.
Ömrümün hasarı artıq sökülüb,
Kədər qonaq gəlib yenə evimə,
Ürək tab gətirmir bu dərdə, qəmə.

Ağdam gedər oldu cavan yaşımda,
Qara tük qalmayıb indi başımda,
Bir xəbərdə yoxdu ki, qaydışımda,
Qəlbim yanır mənə gəl köçkün demə,
Ürək tab gətirmir kədərə, qəmə.

Gəzirəm yuxuda hər gün Ağdamı,
Kötəli, Xaçını xəyallarımı,
Yandırır o qərib yurdlar adamı,
Qocalıq bir qorxu salıb içimə,
Ürək tab gətirmir kədərə, qəmə.

Qarqar dərdli axır, dağlar ağlayır,
Damcı bulaq bizi gəzib, arayır,
Ürək bu sinədə rahat olmayır,
Haçan dönəcəyəm, yurda, evimə,
Ürək tab gətirmir kədərə, qəmə.

Vidadini qınamayın gün gedir,
Köçkün millət vətən deyib inləyir,
Komandan görəsən kimi gözləyir?
Hay da verən yoxdu mənim səsimə,
Ürək tab gətirmir kədərə, qəmə.

21-09-2019. Bakı.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru