
BİTMƏYƏN HƏSRƏT…
Bəli, məhz belə adlandırmaq olar İldırım Əkbəroğlunun “Ta, qanlı savaşlar milləti yordu,“ misrası ilə Zaur Ustaca xitabən başlayıb, “Qeyrət təcəssümü kişi ağrıyar…” misrası ilə özünə təskinliklə bitirdiyi bu yığcam şeirlər toplusunu… Əslində “yığcam” ifadəsini bu kitaba sadəcə həcm baxımından şamil etmək doğru olardı. Çünki, İldırım Əkbəroğlunun qaldırdığı məsələlər o qədər vacib və əhəmiyyətlidir ki, hətta belə bir formatda da, bədii zənginlik və ictimai dəyər özünü qabarıq göstərir.
Kim bilir çəkdiyim dərdi, ağrını,
Vura bilərdimi bayquş qırğını?
Tək adın bəs idi, yara bağrını,
Düşmən tor qurubmuş, biz olmuşuq xam
Torpağı tapdaqda qalmısan , Ağdam…
İldırım Əkbəroğlunun Ağdama xitabən deyilmiş təkcə bu bəndi ümumilikdə bütün Vətən torpaqlarının acı həyat hekayəsini gözlər önünə sərir. İlk sözdən son nöqtələrə qədər BİTMƏYƏN bir HƏSRƏT-i tərənnüm edir İldırım Əkbəroğlu. Şairin yaradıcılığı ilə şəxsiyyəti Ağdam, Qarabağ, Vətən, Ordu obrazlarında ümumiləşir, bütünləşir, vəhdət təşkil edir. O, özündən yazırsa, Vətəni, Vətəndən yazdıqda isə özünü təqdim edir… Onu sözündən ayrı təsəvvür etmək mümmkün deyil.
Hacıxanım AİDA
Kitabşünas, tənqidçi.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru