FEHMİ ERDOĞAN

TÜRK ƏDƏBİYYATINDAN NÜMUNƏLƏR

Fehmi ERDOĞAN

Biz Fehmi beyle bu ilin iyun ayında İstanbulda ASKEF-in tədbirində tanış olduq. O, dəyərli şeirləri, gözəl çıxışları ilə diqqəti cəlb edirdi. Fehmi Erdoğan 1953-cü ildə Eskişehrin Kayı
köyündə doğulmuşdur. İstanbul Universitetinin Türk dili və Ədəbiyyatı bölümünü bitirmişdir.
Kibrisdə və Almaniyada türk uşaqlarına dərs demişdir. Hazırda Eskişehrdə müəllim işləyir. Onun şeirləri bir sıra almanaxlarda və kitablarda dərc olunmuşdur. Erdoğanın “Al götür məni”
İlk şeirlər kitabı 1994-cü ildə çap edilmişdir. Bu günlərdə Fehmi bey sonuncu kitabını bizə göndərmişdir. Bu nəfis tərtibatlı kitabda çox dəyərli şeirlər yer almışdır. Fehmi bəyin şeirləri
Azərbaycan türkcəsinə çox yaxındır. Biz bu gün hörmətli oxucularımızla FEHMİ ERDOĞAN xocanı tanış etmeyi qərara aldıq. Onun “Sahibsiz evlər” şeiri kəndlərdən şəhərlərə axıb gedən Gənclərə bir çağırışdır.

Eldar İSMAYIL BÖYÜKTÜRK,
MÜZAHİM İSKENDEROV.

SAHİBSİZ EVLƏR

Evlər uçub viran olmuş,
Zirzəmiyə quşlar dolmuş…
Pərdələri düşmüş, solmuş,
Hara getdin kənddən, qardaş?

Əski həsir yerdə durur,
Pəncərəni külək vurur.
Gələn olur, gedən olur,
Hara getdin kənddən, qardaş?

Yıxılmaqda dirəkləri,
Qırıq –salxaq kürəkləri…
Parçalayır ürəkləri,
Hara getdin kənddən, qardaş?

Sərgənləri baxımsız boş,
Odaları nəmlənmiş yaş…
Yaxındasan dön evə qaç,
Hara getdin kənddən, qardaş?

Gün doğarkən sabahları
Sən açardın qapıları.
Unutdunmu anahtarı *
Hara getdin kənddən, qardaş?

Uşaqların kəndi bilməz,
Heç biri də dönüb gəlməz…
Camlar kirli kimse silmez,
Hara getdin kənddən, qardaş?

Mən də burdan çox irakdım,
Düşündükcə yol buraxdım…
Nə aldım ki, nəyi sattım,
Hara getdin kənddən, qardaş?

Anam-atam çox sevərdi,
Hamımızı çox öyərdi…
Gah öyər, gah töhmətlərdi.
Hara getdin kənddən, qardaş?

Fehmi deyər vədə yetti,
Gurbət eldə ömür bitti…
Gənclik hər şeyi unutdu,
Hara getdin kənddən, qardaş?
*Anahtar- açar.

22.09.2019-Eskişehir

Müəllif: FEHMİ ERDOĞAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bəhmən Vətənoğlu

Bu gün tanınmış şair Bəhmən Vətənoğlunun anım günüdür. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

QISA ARAYIŞ

Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri “Dəyişməmişəm” 1958-ci ildə Kəlbəcər rayon qəzetində (“Yeni həyat uğrunda”) dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. “Haqqa qardaş yaranmışam” (1985), “Allahsız dünya” (1992) “Vətən bizi bağışlamaz” (1995), “Qaldı ürəyimdə dağı dağların” (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

Əsərləri

  • “Haqqa qardaş yaranmışam” (1985),
  • “Allahsız dünya” (1992)
  • “Vətən bizi bağışlamaz” (1995),
  • “Qaldı ürəyimdə dağı dağların” (1997)
  • “Nə yaman aldatdın Bəhməni, dünya”
  • Bir ömürün bir ili
  • İnsanam insana yazığım gəlir
  • Allahsız dünyaya gül vətənoğlu
  • Ömrün yetmişindən yüzünə doğru
  • Bəlkə bir də bitdim ək məni dünya

Şairin ruhu qarşısında baş əyir, o dünyada rahatlıq diləyirik… Son günə qədər yurd həsrəti ilə alışıb yandı, qovrula-qovrula getdi… İnşəallah tezliklə yurdu-yuvası azad olar… Ruhu rahatlıq tapar…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru