Bəhmən Vətənoğlu

Bu gün tanınmış şair Bəhmən Vətənoğlunun anım günüdür. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

QISA ARAYIŞ

Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri “Dəyişməmişəm” 1958-ci ildə Kəlbəcər rayon qəzetində (“Yeni həyat uğrunda”) dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. “Haqqa qardaş yaranmışam” (1985), “Allahsız dünya” (1992) “Vətən bizi bağışlamaz” (1995), “Qaldı ürəyimdə dağı dağların” (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

Əsərləri

  • “Haqqa qardaş yaranmışam” (1985),
  • “Allahsız dünya” (1992)
  • “Vətən bizi bağışlamaz” (1995),
  • “Qaldı ürəyimdə dağı dağların” (1997)
  • “Nə yaman aldatdın Bəhməni, dünya”
  • Bir ömürün bir ili
  • İnsanam insana yazığım gəlir
  • Allahsız dünyaya gül vətənoğlu
  • Ömrün yetmişindən yüzünə doğru
  • Bəlkə bir də bitdim ək məni dünya

Şairin ruhu qarşısında baş əyir, o dünyada rahatlıq diləyirik… Son günə qədər yurd həsrəti ilə alışıb yandı, qovrula-qovrula getdi… İnşəallah tezliklə yurdu-yuvası azad olar… Ruhu rahatlıq tapar…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir