Eldar İsmayıl BÖYÜKTÜRK

Eldar ismayıl BöyüktürKDƏN BİR ŞEİR 

QALX ARXAMDA DAYAN, QARDAŞ!

(Üzümü Cənubi Azərbaycandakı
qardaşlarıma tuturam…)

Eşit mənim harayımı,
Düşmən pozub halayımı.
Dağıdıblar alayımı,
Yurdum olub talan qardaş!
Qalx arxamda dayan qardaş!

Qalx səsini səsimə qat,
Harayıma, ünümə çat.
Soyuqluğun daşını at,
Qoy kor olsun düşmən, qardaş!
Qalx arxamda dayan qardaş!

Torpağımız dilim-dilim,
Başım üstə gəzir ölüm…
Bu nə vəhşət, bu nə zülüm?
Dərdim sənə bəyan, qardaş!
Qalx arxamda dayan qardaş!

Aralıqdan şər qalxmasa,
Öz yerindən nər qalxmasa…
Yumruğumuz bir qalxmasa
Qınar bizi zaman qardaş!
Qalx arxamda dayan qardaş!

Təklənmişəm, səsin hanı?
Yağılara “dərsin” hanı?
Səttarxan tək hirsin hanı?
Qoparmırsan tufan qardaş!
Qalx arxamda dayan qardaş!

Niyə dinmir qoca Təbriz?!
Ucalardan uca Təbriz!
Mən düşmüşəm saca, Təbriz,
Vermə yada aman, qardaş!
Oyan Təbriz, oyan qardaş!

Bir-birinə yadlar kömək,
Sən orda tək, mən burda tək…
Əgər qalsaq biz darda tək
Qınar bizi zaman, qardaş
Qalx arxamda dayan qardaş!

Söykənək haqqa-divana,
Bir atılaq hər tufana…
Mən boyanan qızıl qana
Sən özün də boyan qardaş!
Qalx arxamda dayan qardaş!

Qardaş gərək qardaş ilə,
Bir ağlaya, birgə gülə.
Qeyrətini götür ələ,
Qoyma qalsın bu qan, qardaş!
Qalx arxamda dayan qardaş!

Gir döyüşə qisas alaq!
Ölsək-ölək, qalsaq-qalaq!
Gəl birlikdə zəfər çalaq!
Oyan Təbriz, oyan qardaş!
Qalx arxamda dayan qardaş!

Müəllif: ELDAR İSMAYIL BÖYÜKTÜRK 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qabil Dərdli – “Ziyadar” Mükafatına layiq görüldü.

QABİL DƏRDLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Bu gün (05.10.2019) ədəbi camiədə artıq kifayət qədər tanınmış şair Qabil Dərdli özünün “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabını təqdim edib. Təqdimat mərasimi “AZƏRKİTAB” – kitab mərkəzində baş tutub. Eyni zamanda kitabın da redaktoru olan şair-publisist Nəcibə İlkinin moderatorluğunda keçən tədbirdə tanınmış şairlər, söz-sənət adamları Ramiz Qusarçaylı, Faiq Balabəyli, İlqar Türkoğlu, Aləm Kəngərli, Süleyman Abdulla, Narıngül Nadir, Aysel Xanlarqızı Səfərli, Xəzər Məsimov, Mövlud Ağamməd, Fəxrəddin Meydanlı, Nailə Əsədullayeva, Şəfəq Sahibli və Qabil Dərdlinin doğmaları, yaxınları onu sevən oxucuları iştirak etmişlər. Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Qabil Dərdliyə “Ziyadar” diplomunu təqdim etmişdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR MÜƏLLİM TANIYIRAM

BİR  MÜƏLLİM  TANIYIRAM

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər. Nədənsə “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl öz dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, can sağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qsımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), m-r Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. K-n Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, can sağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr etmişəm və onun haqqında geniş söhbət açacam. Ancaq, onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Deməli, BABKM –da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qurupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: – “onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi” Uşaqları salardı üstümə: – “sənə görə biz də kəsiləcəyik” – qəribə məntiq olsa da reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə  “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub. 90 – cı illərdə BDU –nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra  “kontur” ləqəbi qazanmış müəllimləri var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan biabırçı-yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır… Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə müəllimlər dəftər-qələmi olmayana gələn dərs evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu  üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərə odur ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur: – “pis elə pisdir” onlar həmişə olublar və olacaqlar. Sadəcə tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru İqtisad elmləri namizədi, dosent, İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017 ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində abu-havanın dəyişməsi və yerli camaatın  onun haqqında müsbət fikirləri olmuşdu. Və həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxildir.  Bu il (2019) sentyabrın 9-u, ya 10 – u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, danışdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət edirdi. Məmuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16 – sı səhər saat 9:00 –da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin və “Hafta.az” sayıtının əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda planlaşdırlmamış vacib iş çıxdığına görə gedə bilməyəcəyini bildirdi. Və mən ehtiyat əməkdaş, mənim  şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxışımı etdim. Eyni zamanda onlara iştirak edə biləcəkləri davam edən“Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzunun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki, elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara maneə olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…) Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53% – ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövürlərdən xəbərdar olan və nə olur, olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki abu-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideyinə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyin düşdü ortaya, bəs ayıbdı “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox filan qədər ha… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər pislər qalsın, pis yerində…

Bəli sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim. Sizə uzun ömür, can sağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından Sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!!!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qabil Dərdlinin ilk kitabı

Bu gün (05.10.2019) ədəbi camiədə artıq kifayət qədər tanınmış şair Qabil Dərdli özünün “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabını təqdim edib. Təqdimat mərasimi “AZƏRKİTAB” – kitab mərkəzində baş tutub. Eyni zamanda kitabın da redaktoru olan şair-publisist Nəcibə İlkinin moderatorluğunda keçən tədbirdə tanınmış şairlər, söz-sənət adamları Ramiz Qusarçaylı, Faiq Balabəyli, İlqar Türkoğlu, Aləm Kəngərli, Süleyman Abdulla, Narıngül Nadir, Aysel Xanlarqızı Səfərli, Xəzər Məsimov, Mövlud Ağamməd, Fəxrəddin Meydanlı, Nailə Əsədullayeva, Şəfəq Sahibli və Qabil Dərdlinin doğmaları, yaxınları onu sevən oxucuları iştirak etmişlər. Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Qabil Dərdliyə “Ziyadar” diplomunu təqdim etmişdir. Belə gözəl məclisin təşkilində, yadda qalan və maraqlı keçməsində əməyi olanlara –

Bəstəkar-müğənni: Zəka Vilayətoğlu

Jurnalist -qiraətçi: Arzu Heydərova

Fotoqraf: Fərrux Səfəroğlu

Operator: Xatire Memmedova – xüsusi minnətdarlığımızı bildiririk. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, Qabil müəllimə yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Qabil müəllim!!! TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİRLƏ SÖHBƏT

Tanınmış tənqidçi Əsəd cahangir birinci dərəcəli yazarların sırasında rayonda yaşayıb-yaradan gənc şair Allahşükür Ağanın da adını çəkib, onu dahi filosoflarla müqayisə edib. Gənc filosof-şair haqqında maraqlı fikirlər söyləyib. Görkəmli söz adamı, ictimai-siyasi xadim, sevimli yazarımız Aqi Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanından geniş söhbət açıb. Daha kimlərdən danışıb, nələr deyib? Bütün bunlardan xəbərdar olmaq istəyənlər üçün:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ülviyyə Hüseynli “Vintsas Mükafatı”-na layiq görüldü

Əhməd bəy Ağaoğlu irisinin araşdırmaçısı – dəyərli alim, eyni zamanda Azərbaycan Dillər və Bakı Avrasiya universitetlərində tələbələrə sevə-sevə ərəb dilinin incəliklərini öyrədən sevimli müəllim, əsl pedaqoq Ülviyyə Hüseynli (Hüseynova) elmi, idarəetmə, pedaqoji fəaliyyəti və həmçinin gənclərlə mütəmadi olaraq apardığı tərbiyəvi əhəmiyyətli işlər nəzərə alınaraq “Vintsas Mükafatı”-na layiq görülmüşdür. Mükafat Ülviyyə xanıma ad günü və Beynəlxalq Müəllimlər Günü ərəfəsində BAU -ində sevimli tələbələrinin qarşısında şəxsən Zaur Ustac tərəfindən təqdim olunmuşdur. Həm bu mükafat, həm ad günü, həm də Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Ülviyyə xanımı təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik !!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məsud Əlioğlu haqqında

Bu gün (5 Oktyabr 1928 ) görkəmli söz adamı, sadəcə davranışı ilə, sözləri ilə çoxlarına müəllimlik etmiş, öyrətmiş, cismən həyatda olmasa da əməlləri – ruhu ilə bu gün də öyrətməkdə davam edən, gözəl insan, böyük alim, sevimli yazar Məsud Əlioğlunun doğum günüdür. Ad gününüz mübarək, Ustad… Allah Sizə qəni-qəni rəhmət eləsin… Ruhunuz şad olsun…

QISA ARAYIŞ:

Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə ADU -nun  filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında “Nəsrimizdə vətəndaş müharibəsi mövzusu” adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında “Azərbaycan sovet nəsrinin inkişaf yolları” mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.

Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental “Hüseyn Cavid” monoqrafiyasının müəllifidir.

Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.

O, xalq yazıçısı Əli Vəliyevin oğlu, xalq yazıçısı Afaq Məsudun atasıdır.

Kitabları:

  • C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954
  • S.S. Axundov – Azərnəşr, 1956
  • Məfkurə dostları – Azərnəşr, 1961
  • Rəsul Rza – Azərnəşr, 1960
  • Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964
  • Məslək qardaşları – Azərnəşr, 1966
  • Tənqidçinin düşüncələri – Azərnəşr, 1968
  • Ədəbi fraqmentlər – Azərnəşr, 1974
  • H. Cavidin romantizmi – Azərnəşr, 1975
  • Amal və sənət – Yazıçı, 1980
  • Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979
  • Darıxan adamlar (iki cilddə) – “Elm və təhsil”, 2009
  • Darıxan adamlar (seçilmiş əsərləri) Bakı, “Təhsil” – 2018, 792 səh. 

Məqalələri:

  • “Böyük həqiqətləri əks etdirən kiçik hekayələr” (C.Məmmədquluzadənin ədəbi fəaliyyəti haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti 1954, 25 sentyabr
  • “Azadlıq carçısı” (M.Ə.Sabirin 100 illiyi qarşısında)-“Kommunist” qəzeti-1962
  • “Alovlu publisist və tənqidçi” (D.İ.Pisarevin anadan olmasının 100 illiyi münasibəti ilə)-“Azərbaycan gəncləri” qəzeti-1950
  • “Böyük tənqidçi və inqilabçı” (N.A.Dobrolyubov haqqında)-“Ədəbiyyatvə incəsənət” qəzeti 1951, 6 fevral
  • “Süleyman Rəhimovun “Ata və oğul” povesti haqqında”-Azərbaycan məktəbi jurnalı, 1950
  • “Atalar və oğullar problemi haqqında”-“Azərbaycan Ədəbiyyatı” jurnalı-1959
  • “Atalar və oğullar” (II hissə)-“Azərbaycan” jurnalı-1961
  • “Dahi Azərbaycan şairi” (Füzulinin vəfatının 400 illiyi qarşısında) “Azərbaycan” qəzeti, 1958, 18 iyul
  • “S.Vurğunun “Aygün” poeması haqqında”-Təbliğatçı jurnalı, 1956
  • “M.F.Axundov və Şərq” (anadan olmasının 150 illiyi qarşısında)-“Bakı” qəzeti 1962
  • “Böyük arzular tərənnümçüsü” (Ə.Haqverdiyevin anadan olmasının 90 illiyinə)-“”Azərbaycan gəncləri” qəzeti,1960, 18 dekabr
  • “Aşığın qəlbi” (Aşıq Hüseyn Cavan haqqında)-Bakı qəzeti,1959
  • “Bahar nəğmələri”-Ədəbiyyat qəzeti, 1950
  • “Qüdrətli sənətkar” (C.Məmmədquluzadənin vəfatının 25 illiyi münasibəti ilə)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1957, 6 yanvar
  • “Adil Babayevin şeirləri haqqında”-“İnqilab və mədəniyyət” jurnalı-1949
  • “B.Azəroğlunun şeirləri”-“İnqilab və mədəniyyət” jurnalı, 1950
  • “V.Q.Bellinskinin “Rus ədəbiyyatının klassikləri” haqqında” (Məcmuə)”Kommunist” qəzeti
  • “Beş poema haqqında mülahizələr”-Ulduz jurnalı, 1967
  • “Bədii nəsrimizdə tarixi roman”-“Azərbaycan” jurnalı, 1965
  • “Bədii nəsrimizdə konflikt, xarakter və kolorit məsələlərinə dair”-“Ədəbiyyat və incəsənət” qəzeti,1959
  • “İsa Hüseynovun “Bizim qızlar” kitabı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1950
  • “Qasım Qasımzadənin “Bzim dağlar” kitabı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1956
  • “Bizim Səhhət” (Şair Abbas Səhhətin yaradıcılığı haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1956
  • “Bir ailənin tarixi” (B.Vahabzadənin “İztirabın sonu” poeması haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1957
  • “Bir hekayə haqqında” (İ.Şıxlının “Raykom katibi” hekayəsi haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1948, 8 mart
  • “Bir gəncin manifesti” (Mir Cəlalın əsəri haqqında)-“İnqilab və mədəniyyət” jurnalı,1949
  • “G.Hüseynoğlunun “Bir ömrün çıraqları” kitabı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1959, 19 sentyabr
  • “Y.Şirvanın “Buludlar dağılır” romanı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1959, 19 oktyabr
  • “B.Vahabzadənin “Ədəbi heykəl” şeirlər kitabı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1955, 14 may
  • “M.Faiqin “Mənə desələr ki…” şeirlər kitabı haqqında”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1964, 4 iyul
  • “Böyük ana, şair və vətəndaş” (Ə.Cəfərzadənin hekayələr kitabı haqqında)-“Azərbaycan qadını” jurnalı,1964
  • “Böyük proletar” (M.Qorkinin anadan olmasının 85 illiyi münasibəti ilə)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1953, 4 aprel
  • “Vaqif sevirdi,Vaqif sevilir” (Anadan olmasının 250 illiyinə)-“Azərbaycan məktəbi” jurnalı, 1968
  • “Vahidin könül dünyası” (Anadan olmasının 75 illiyinə)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1970, 10 oktyabr
  • “H.Mehdinin “Cavanşir” pyesi haqqında”-“Azərbaycan” jurnalı, 1958
  • “Vidadi”-(anadan olmasının 250 illiyinə)-“Azərbaycan qadını” jurnalı, 1950
  • “S.Rüstəmin şeirləri haqqında”, “Azərbaycan gəncləri” qəzeti,1953, 12 aprel
  • “Qardaşlar” (M.Dilbazinin eyniadlı şerlər kitabı haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1953, 18 aprel
  • “Qəhrəmanlıq dramları” (S.Vurğunun dram əsərləri haqqında)-“Azərbaycan” jurnalı, 1956
  • “Qızlar bulağı” haqqında qeydlər, (V.Çəmənzəmilinin eyniadlı əsəri haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1967, 11 noyabr
  • “Qüdrətli romançı” (Y.V.Çəmənzəmilinin anadan olmasının 80 illiyinə)-“Azərbaycan gəncləri” qəzeti, 1967, 12 dekabr
  • “Dağ yolu ilə keçən insanlar” (İ.Əfəndiyevin “Dağ yolu” romanı haqqında)-“Azərbaycan gəncləri” qəzeti, 1964, 24 iyun
  • “Dağlar səslənir” (İsmayıl Şıxlının “Dağlar səslənir” povestinin çatışmayan həyatları haqqında)-“Azərbaycan gəncləri” qəzeti, 1957, 7 aprel
  • “Darıxan adamlar” (H.Cavidin “Xəyyam” əsəri haqqında)-“Ulduz” jurnalı, 1970,№ 10
  • “Darıxan adamlar” (H.Cavidin “Azər” poeması haqqında)-“Ulduz” jurnalı,1971,№ 9
  • “Darıxan adamlar” (H.Cavidin dram sərləri haqqında)-“Ulduz” jurnalı, 1970, № 8
  • “Darıxan adamlar” (H.Cavidin romantikası haqqında)-“Ulduz” jurnalı,1969, №10
  • “Darıxan adamlar” (H.Cavidin “İblis” mənzum faciəsi haqqında)-“Ulduz” jurnalı, 1969,№3
  • “Dahi tənqidçi və mütəfəkkir” (V.Q.Belinskinin anadan olmasının 150 illiyi münasibəti ilə)-“Azərbaycam” qəzeti, 1961, 13 iyun
  • “İ.Hüseynovun “Doğma və yad adamlar” romanı haqqında”-“Ədəbiyat və incəsənət” qəzeti, 1960, 27 avqust
  • “Dostumuz, müəllimimiz” (Məmməd Cəfər haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 11 yanvar
  • “Dramaturgiyamızın banisi” (M.F.Axundovun anadan olmasının 150 illiyi qarşısında)-“Azərbaycan” jurnalı, 1962
  • “Dünya qopur” (Ə.Əbülhəsənin eyniadlı əsəri haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1958, 31 may
  • “Düşündürən poeziya” (R.Rzanın şeirləri haqqında)-“Azərbaycan müəllimi”-1960, 19 may
  • “Eşq və ülviyyət” (H.Cavidin “Şeyx Sənan” faciəsi haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 29 mart
  • “Ədəbi heykəl” (B.Vahabzadənin eyniadlı poeması haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti,1953, 2 sentyabr
  • “Əsl qəhrəman haqqında povest” (İ.Qasımovun “Uzaq sahillərdə” povesti haqqında)-“Azərbaycan gəncləri” qəzeti, 1954, 28 may
  • “Əfsanə və poetik həqiqət”(C.Cabbarlının “Qız qalası poeması haqqında”)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1973, 31 mart
  • “Əhməd Cəmilin şeirləri”-“Bakı” qəzeti, 1959, 27 mart
  • “Zaman və şəxsiyyət” (H.Cavidin “Knyaz” əsəri haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1970, 27 iyun
  • “Ə.Abbasovun “Zəngəzur” romanı haqqında”-“Azərbaycan” jurnalı, 1956, №2
  • “Zeynal Xəlilin yeni şeirləri”, “Ədəbiyyat və incəsənət” qəzeti, 1955, 27 oktyabr
  • “İdeal fədakarlıq” (“Orlean qız” tamaşası haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1965, 4 dekabr
  • “İki dost” (M.P.Vaqiflə Vidadinin dostluğu haqqında)-“Bakı” qəzeti, 1968, 18 noyabr
  • “İlk addımlar” (N.Həsənzadənin haqqında)-“Azərbaycan gəncləri” qəzeti, 1955, 30 sentyabr
  • “İllər keçir” (İ.Qasımovun və H.Seyidbəylinin eyniadlı romanı haqqında)-“Kommunist” qəzeti, 1957, 19 aprel
  • “İlhamlandıran və düşündürən mövzular”-“Bakı” qəzeti, 1964, 6 noyabr
  • “İnqilab qəhrəmanı” (Şeyx Məhəmməd Xiyabani haqqında)-“Azərbaycan” jurnalı, 1958, №8, səh,185-196
  • “İnsan və vicdan”(İ.Əfəndiyevin “Unuda bilmirəm” pyesi dram teatrının səhnəsində)-“Azərbaycan gəncləri”
  • “Yeni poemalarımız” – “Azərbaycan” jurnalı, 1958, № 4, səh. 183-210
  • “Yüksək hisslər lirikası” (Nizaminin yardıcılığı haqqında) – “Ədəbiyyat və incəsənət” qəzeti, 1971, 1 yanvar
  • “Kim haqlıdır?” (B.Vahabzadənin “Yağışdan sonra” əsəri dram teatrının səhnəsində) – “Ədəbiyyat və incəsənət” qəzeti, 1971, 29 may
  • “Kitab yaşayır” (M.Əlizadənin “Kədər və sevinc” kitabı haqqında) “Azərbaycan” jurnalı, 1962.
  • “Gələcək gün” (M.İbrahimovun romanı haqqında) – “İnqilab və mədəniyyət” jurnalı, 1951
  • “Gənc şairlərin ürək sözləri” – “Ədəbiyyat” qəzeti, 1949, 21 dekabr
  • “Gərək elə yanım” – “Ədəbiyyat və incəsənət” qəzeti, 1971, 2 oktyabr
  • “Görkəmli dramaturq” (N.B.Vəzirovun ölümünün 25 illiyi münasibəti ilə) – “Ədəbiyyat” qəzeti, 1951, 6 iyun
  • “S.S.Axundovun “Laçın yuvası” dramı haqqında – “Ədəbiyyat və incəsənət” qəzeti, 1970
  • “Mirzə İbrahimovun dramaturgiyası” – “Azərbaycan” jurnalı, 1955
  • “Mehman” povesti haqqında – “Azərbaycan” jurnalı, 1954,
  • “Məslək qardaşları” (Sabir və Cəlil Məmmədquluzadə haqqında) – “Azərbaycan” jurnalı, 1962
  • “Məhəbbət və qəhrəmanlıq” (Ədəbi fraqmentlər) – “Azərbaycan” jurnalı, 1974
  • “Müasir həyat və hekayələrimiz” – “Azərbaycan” jurnalı 1961
  • “Nəsrimiz ətrafında mübahisələr” – “Azərbaycan” jurnalı, 1962
  • “Nəsrimiz haqqında yeni tədqiqat əsərləri” – “Ədəbiyyat və incəsənət” qəzeti, 1968, 19 oktyabr
  • “Nəsrimizdə qadın azadlığı problemi” – “Azərbaycan” jurnalı, 1967, 3
  • “Oqtay Eloğlu” tamaşası haqqında-“Ədəbiyyat və incəsənət” qəzeti, 1966, 9 iyul
  • “H.Cavidin “Səyavuş” faciəsi haqqında” – “Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 1 noyabr
  • “Osman Sarıvəllinin yaradıcılığında sənətkarlıq”, “Azərbaycan” jurnalı, 1954, № 6
  • “C.Məmmədquluzadənin “Ölülər” pyesi haqqında” – “Azərbaycan” jurnalı, 1954, № 10
  • “Ə.Kürçaylının “Durnalar cənuba köçür” poeması haqqında”-“Bakı” qəzeti, 1960, 29 avqust
  • “Sabir və gənclik”-“Azərbaycan gəncləri” qəzeti, 1962, 7 mart
  • “Sevildən Saçlıya” (Ədəbiyyatımızda qadın surətləri)-“Azərbaycan” jurnalı, 1962, № 3
  • “Seyid Hüseynin hekayələri haqqında”-“Azərbaycan” jurnalı, 1957, № 1
  • “S.S.Axundovun müsbət qəhrəmanları”-“Azərbaycan” jurnalı, № 9
  • “Tarixi həqiqət və onun bədii həlli”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1960, 23 iyun
  • “Torpaqdan görünən poetik üfüqlər”-“Bakı” qəzeti, 1967, 5 iyul
  • “Uğurlu yol”-“Azərbaycan gəncləri”, 1971,11 dekabr
  • “M.Seyidzadənin yaradıcılığı haqqında qeydlər”-“Bakı” qəzeti, 1967, 19 may
  • “Faciəli istedad” (M.Hadinin yaradıcılığı haqqında)-“Ulduz” jurnalı, 1972, № 8, səh. 58-62
  • “Füzuli və Üzeyir”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1971, 8 may
  • “Füzuli və Üzeyir Hacıbəyov”-“Azərbaycan” jurnalı, 1965, № 1
  • “Füzulinin eşqi”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1970, 8 avqust
  • “Xalqımızın sevimli yazıçısı” (Mir Cəlal haqqında)-“Azərbaycan qadını” jurnalı, 1958, № 5
  • “Haqverdiyevin idealları”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1970, 16 may
  • “Heçlikdən həqiqətə” (C.Cabbarlının “Aydın” tamaşası haqqında)-“Bakı” qəzeti, 1973, 25 yanvar.
  • “Həssas qəlbli sənətkar” (Ə.Məmmədxanlının seçilmiş əsərləri haqqında)-“Ədəbiyyat və incəsənət” qəzeti, 1961, 22 iyul
  • “C.Cabbarlının romantikası”-“Ulduz” jurnalı, 1973, № 11
  • “C.Cabbarlının romantikası”-“Azərbaycan” jurnalı, 1974, № 2
  • “Hüseyn Cavidin lirikası”-“Azərbaycan” jurnalı, 1968, № 12
  • “Şairin romantik dünyası”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1966, 13 avqust
  • “Şair ləyaqəti, şair sevgisi”-“Ədəbiyyat və incəsənət” qəzeti, 1972, 26 fevral
  • “Şair nə deyib, necə deyib”-“Bakı” qəzeti, 1968, 14 mart
  • “Şairə H.Billurinin yaradıcılığı haqqında”-“Azərbaycan qadını” jurnalı, 1967, № 7
  • “Şairin amalı və sənəti” (Balaş Azəroğlunun yaradıcılğı haqqında), “Azərbaycan” jurnalı, 1971, № 5
  • “Şairin romantikası haqqında” (M.Müşfiqin anadan olması 60 illiyi münasibəti ilə)-“Bakı” qəzeti, 1968, 10 iyul
  • “Şəhriyarın düşüncələri”-“Azərbaycan gəncləri” qəzeti, 1966, 9 dekabr

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru