Etibar Cavad

Etibar CavaDDAN BİR ŞEİR

DUR GEDƏK

Öz doğma yurdumda qərib kimiyəm,
Dur gedək bu yurddan, gülüm, dur gedək.
Burda ala qarğa bala çıxartmaz,
Zülmün qapısına qlfıl vur gedək.

Namərdlər qoymadı daş üstə daşı,
Talandı yadlara yurdun daş- qaşı,
Quruyub didəmin qanlı göz yaşı,
Qalmayıb gözümdə daha nur, gedək.

Ayrılaq köç edən durnalar kimi,
Dərdi şəhid verən Analar kimi,
Sularda təklənmiş sonalar kimi,
Oxuyaq bəm üstdə qəmli şur gedək.

Könlüm ocağımın yamanı deyil,
Küləşi zəmimin samanı deyil,
Zamanə kişilik zamanı deyil,
Zamanın saatın geri qur gedək.

Qalmadı əqlimin bir biləcəyi,
Görünmür cücərən ümid çiçəyi,
Burda körpələrin yox gələcəyi,
Zaman insanlığı unudur, gedək.

Kişisi az olan bir məmləkətin,
Məmuru məzluma hürdürər itin,
Aqillər bu yurdda almaz qiymətin,
Bu yurd, naqislərlə doludur, gedək.

Dur gedək qisməti başdan yazmağa,
Pozub, qaralayıb xeyrə yozmağa,
İblisə, şeytana quyu qazmağa,
Deməyək dünyanın sonudur gedək,
Bu yol insanlığın yoludur, gedək.

2018

Müəllif: Etibar Cavad 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir