SONA YUSİF- ABBASƏLİQIZI

İNCİMƏ


Mən adına eşq xənası toxudum,
Gəlişindən sevgi ətri qoxudun.
Baxışından bir küskünlük oxudum,
Gözlərinə qurban olum incimə.

Bu ömürdü hər anı bir naxışdı,
Gah bahardı,gah payızdı gah qışdı.
Xatirələr bir-birinə qarışdı,
Gözlərinə qurban olum incimə.

Eşq mülkündə könlün qurub bir dəyə,
Ömrüm təşnə sevgi dolu, badəyə.
Söz vermişdim gecikdim o vədəyə,
Gözlərinə qurban olum incimə.

Heç vaxt enmə arzuların atından,
Sevgi qoxu gəl Sonanın adından.
İncikliyi çıxar daha yadından,
Gözlərinə qurban olum incimə…

Müəllif: SONA YUSİF- ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHŞÜKÜR AĞA

DÜNYA

Dünyanınki nədir,
Get balaca uşaqla top oyna
Adını da qoy : Dünya.

Topu vur qonşunun pəncərəsinə,
Uşaqlar oyansın şüşə səsinə
Adını da qoy : Dünya.

Əlində dən tut,
bir sərçənin gözündə.
Əllərinə ensin
bir parça
göy üzü.
Adını da qoy : Dünya.

Əllərinə düşsün
bir parça bulud,
Əlində
buğda bitsin.
Adını da qoy : Dünya.

Sevdiyin qızın adı Röyadırsa,
Adını dəyiş qoy
Dünya.
Sev kərəm kimi,
Soyul Nəsimi kimi,
Bit, qurtar,
Bu da sevdiyin Dünya.

Müəllif: ALLAHŞÜKÜR AĞA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünyamin Məmmədov

Dünyamin MƏMMƏDOVUN SÖZ DÜNYASI

ACILARIN NƏĞMƏSİ…

(Gecə keçir,qoynundaca…)

Gecə keçir,qoynundaca
yaşandıqca var olmuşam…
Uçunuram uçum-uçum,
ağrılara yar olmuşam…

Canım sancı-sancı olub,
acılardan qaçım necə?…
Qaranlıqda necə bilim-
düşməndimi,dostmu gecə?!…

Bir ömürə sığacaqmış,
eh,nə qədər ağrım mənim…
Elə bil ki,doğranacaq,
bu acıyla bağrım mənim…

Bəlkə,elə son bu imiş,
bəlkə,hələ dözə billəm…
Durum bir az ayaq üstə,
bəlkə,hələ gəzə billəm…

Zülmətlərdən səs eşitdim,
nə bilim ki,nə səsidir…
Bu,bir nəğmə,içimdəki
acıların nəğməsidir…
14.10.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

QIRXINCI OTAQ…

Nağıllarda 40 otaq var,
hamısında daş-qaş,almaz…
Söyləyir ki,danışanlar:
-qırxıncını açmaq olmaz!…

Dünyaya göz açır uşaq,
sevincimiz aşıb-daşır…
40 gün onu görmək yasaq,
bunu ağbirçək danışır!…

Dünyanı tərk edir insan,
40 gün olur gələn-gedən…
Bu gün,ay Dünyamin,təksən,
40-cı gün…son,adətən!..
13.01.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

BİR OCAQDI KÖZLƏ DOLU…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur!…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…

İlk məhəbbət-yaşıl pöhrə,
açılaçaq qönçə-qönçə…
Yolumuzda gül olacaq,
bəs edəcək ömrümüzcə!…

İlk məhəbbət-tənha cığır,
bəzən getsən,azacaqsan…
O cığırda ilk nəğməni
axı özün yazacaqsan…

İlk məhəbbət-həzin nəğmə,
ilk dəfədə könül duyur…
Unudulmur,özün olur,
sözün olur ömür boyu!…

İlk məhəbbət-ilk bahar-yaz,
o,xoş nəğmə,şirin avaz…
Ömür keçər,heç bilməzsən,
ilk məhəbbət-unudulmaz!…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…
26.06.14.-10.01.16. Ağdaş.

Müəllif: DÜNYAMİN MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vasim Məmmədəliyev

Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Vasim Məmmədəliyevin vəfatından kədərləndiyimizi bildirir, başda gözəl insanın qardaşı, tanınmış tarzən, professor, Azərbaycanın xalq artisti Vamiq Məmmədəliyev olmaqlala bütün doğmalarına, yaxınlarına və onu sevən hər kəsə dərin hüzünlə baş sağlığı veririk… Başın sağ olsun, Vətən… Allah Vasim müəllimə rəhmət eləsin… Ruhu şad olsun… Amin… Amen… Ruhuna Fatihə:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru